Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə17/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   113
 
Ət yeməyinə keçid 
Fransız filosofu, hüquqşünas, siyasətçi J. A. Brilya-Sava-
renin 1825-ci ildə yazdığı “Dadın fiziologiyası” adlı traktatında 
qeyd edir ki, “Ət yeməyinə keçid qanunauyğun proses idi. 
İnsan mədəsi kiçik olduğu üçün bitki mənşəli qidalar insanın 
həyat fəaliyyətinə təsir edəcək qədər zülal, yağ, enerji vermək 
iqtidarında deyildir.”
İnsan mədəniyyətində, ictimai davranışın formalaşmasında 
xüsusi rol ətə verilmişdi. Çünki, ət qədim zamanlarda qidalanmada 
əsas yer tutmuşdur. Qədim dövrlərdə insanların ət yeməsinə dair 
sübutlar onların vaxtilə yaşadığı yerlərdən heyvan sümüklərinin 
yığılması ilə bağlı idi. Bu sümüklərin yığılması təsadüfi deyildi. 
Çünki tədqiqatçılar sümüklərdə daş alətlərin izlərini tapırdılar. Bu 
sümüklərdən ət diqqətlə çıxarılır, sümük iliyi əzilirdi. Bunlar əc-
dadlarımızın məişətində məşhurluq qazanmışdı. 
Ovçuluq bəzən giləmeyvə, bitki kökləri, quş yumurtaları 
toplamaqla tamamlanırdı. Lakin bu, əhəmiyyətli rol oynamırdı. 
Bu məlumatlar qədim insanların yalnız ət yeməsi fərziyyəsinin 
çox real bir əsasa sahib olduğunu göstərir. Əgər şimalda yaşa-
yan çoxsaylı xalqlar indiki dövrdə yalnız ət yeməyi ilə yaşaya 
bilirsə, deməli, qədim dövrün insanı da təkcə ət yeməyi ilə ya-
şaya bilərdi. Alt Paleolit dövrünün insanları üçün vəhşi hey-
vanların əti onların mövcudluğu və qidalanma sisteminin əsa-
sını təşkil edirdi. Bütün bu heyvanlar - vəhşi öküzlər, ayılar, 
maral, vəhşi qaban, keçi və başqaları bu gün bir çox xalqlar 
üçün gündəlik qidalanmanın əsasını təşkil edir. 
Qədim insanların qida rasionunda heyvanların qanı mü-
hüm rol oynayırdı. Onu həm təzə, həm də mürəkkəb yemək-
lərin tərkibində qəbul edirdilər. Xüsusilə dərialtı və daxili hey-
van yağı çox yüksək qiymətləndirilirdi. Məsələn, uzaq şimalda 


37 
yağ əvəzedilməz və orqanizm üçün zəruri olan müxtəlif mad-
dələrin yeganə mənbəyi idi. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə