92
Yəhudi orucu
Yəhudilikdə orucluq axşamdan axşama və ya səhərdən ax-
şamadək müşahidə olunur, yeməkdən və bütün ləzzətlərdən ta-
mamilə imtina ilə xarakterizə olunur.
Şənbə və bayram günlə-
rində oruc tutmaq olmaz. Müasir yəhudilikdə yalnız
qiyamət
gününün orucu ciddi tutulur.
XRİSTİANLIQDA QİDALANMA ƏNƏNƏLƏRİ
Qədim eradan yeni eraya keçid dövründə özünün tənəzzül
mərhələsinə qədəm qoymuş yəhudilik
dərin böhran içərisində
idi. Hamı öz gəlişi ilə yəhudiləri bu böhrandan xilas edəcək bir
peyğəmbər gözləyirdi. Bu vaxt Fələstin torpağında
yeni bir
Peyğəmbər zühur edir. Xristianlıq öz adını həmin Peyğəmbərin -
İsa Məsihin adından alır ki, bu da “seçilmiş”, “məsh edilmiş”,
“kamil”, “nurlanmış” mənasındadır. İsa Məsih qanını və canını
insanların xilası naminə qurban vermiş xilaskardır. Onun zühu-
rundan bəhs edən yazı xristianların ən müqəddəs kitabı sayılan
“İncil” adlanır. Artıq I-ci əsrin ortalarında xristianlıq
Fələstin
torpağından kənara çıxaraq, Roma imperiyasının hər yerinə və
ondan kənar ərazilərə yayılmışdır.
Xristian dini bu gün dünyada ən geniş yayılmış dindir. Bu
dinə etiqad edənlərin sayı 2 milyard nəfərdir. Xristianlıq bizim
eranın I əsrində Roma inperiyasının
Şərq əyalətlərində yaran-
mışdır. Yeni yaranmış din bütün millətlərdən olan insanların
hər birinin Allah qarşısında bərabər olmasını elan edirdi. Məhz
xristianlığın bu cəhəti Roma imperiyasında yaşayan tayfaları
və xalqları cəlb etmişdi. Yalnız IV əsrdə imperator I Konstan-
tin xristian dinini tanıdı və onun hakim dinə çevrilməsinə icazə
verdi.
Xristianlıq müəyyən vaxtlardan
sonra zamanla üç əsas
istiqamətə ayrılırdı: katolisizm, pravoslavlıq, protestantlıq.
Roma imperiyası süqut etdikdən sonra pravoslavlıq Bi-
zansın əsas dininə çevrilir. Hal-hazırda onun dünyada 200
milyon davamçısı var.