55
sul istehsal edən, texnoloji prosesin qısa dövrünə malik olan,
əksər hallarda bitməmiş istehsal olmayan
kütləvi istehsalatlarda
tətbiq edilir. Buna misal olaraq tikinti materialları,
kimyəvi ma-
teriallar istehsal edən müəssisələr, enerji istehsalı və s. göstər-
mək olar.
Proseslər üzrə metodun mahiyyəti ondan ibarətdir ki,
müstəqim və qeyri-müstəqim xərclər kalkulyasiya maddələri
üzrə bütün məhsul buraxılışına aid edilir. Bununla əlaqədar
olaraq məhsul (iş, xidmət) vahidinin maya dəyəri ay ərzində
çəkilmiş bütün xərclərin cəmini, həmin dövrdə istehsal edilən
məhsulun miqdarına bölünməklə təyin edirlər. Məsrəflərin uçot
obyektləri bir çox hallarda kalkulyasiya obyektləri ilə üst-üstə
düşür. Məsrəflərin və onların əmələgəlmə yerləri üzərində nə-
zarətin gücləndirilməsi üçün bir çox müəssisələrdə istehsal bir
sıra hallarda fazalara bölünür. Bununla əlaqədar olaraq istehsal
məsrəfləri uçota alınan maddələri nomenklaturalarında da dəyi-
şiklik edilir. Nə qədər ki, bütün məsrəflər birbaşa (müstəqim)
məsrəflər hesab edilir, onları iqtisadi elementlər üzrə əks etdir-
mək imkanı yaranır.
İstehsalın yuxarıda sadalanan xüsusiyyətləri məhsulun
maya dəyərinin uçotu və kalkulyasiyasının proseslər üzrə me-
todunun xüsusiyyətlərini şərtləndirir və onun əsasını təşkil edir.
Ona görə də uçot ədəbiyyatlarında bu
metodu müxtəlif formada
sadə, birmərhələli proseslər üzrə və s. adlandırırlar, lakin bu
növ məhsul istehsalı daxilində planlaşdırmanı, normalaşdırma-
nı və uçotu onun ayrı-ayrı toplananları (proseslər, fazalar) üzrə
aparılması prinsipindən (mahiyyətindən) çıxış edilərsə meto-
dun ən düzgün adının “Məsrəflərin uçotu və məhsulun maya
dəyərinin kalkulyasiyasının proseslər üzrə metodu” olması da-
ha məqsədəuyğun hesab edilir.
İstehsal məsrəflərinin uçotu və məhsulun faktiki maya
dəyəri kalkulyasiyasının proseslər üzrə metodu məhsulun ha-
zırlanması, iş və xidmətlərin yerinə yetirilməsinin texnoloji
56
prosesinin tərkibinin mərhələlərə ayrılmasını nəzərdə tutmur.
Bu metodda məsrəflərin uçot obyekti bütövlükdə texnoloji pro-
ses, kalkulyasiya obyekti isə həmin texnoloji prosesin məhsulu
hesab olunur. Məhsul vahidinin orta maya dəyəri bütün istehsal
məsrəflərini hazır məhsulun miqdarına bölməklə alınır. Hesa-
bat kalkulyasiyası həm müstəqim, həm də qeyri müstəqim
xərcləri özündə əks etdirir.
Məsrəflərin uçotu və məhsulun maya dəyəri kalkulyasi-
yası 1 N-li əlavə sxemdə verilmişdir.
5.4. Proseslər üzrə metodun tətbiqində uçotun ardıcıllığı və
tətbiq sahələri
Uçotun proseslər üzrə metodunda yerinə yetirilən
əməliyyatların ardıcıllığı 7 N-li sxemdə verilmişdir. Kompleks
maddələr (blok 2) köməkçi istehsalatın və və idarəetmə
məsrəflərin uçotu və nəzarəti zəruriliyi ilə əlaqədar olaraq
yaranır. Məsrəflərin uçotunun bütövlükdə istehsal üzrə deyil,
ayrı-ayrı proseslər üzrə aparıldığı zaman məsrəflər fazalar üzrə
bölüşdürülür. Əgər yalnız bir növ məhsul istehsal edilirsə və
bitməmiş istehsal yoxdursa məsrəflərin ay üzrə müəyyən edilən
cəmi məbləği (blok 4) ay ərzində buraxılan məhsulun maya
dəyərini (blok 9) təşkil edir. Bir sıra hallarda
məsrəflərin
bölüşdürülməsi zəruriliyi meydana çıxır. Bu zaman istehsal
şirkətindən asılı olaraq bölüşdürmənin üç variantından istifadə
edilir (blok 6-8).
57
İstehsal məsrəflərinin uçotunun və məhsulun maya dəyəri
kalkulyasiyasının proseslər üzrə metodunun blok sxemi N1
Sxem 7.
Məsrəflərin elementlər
üzrə sənədləşdirilməsi və
uçotu
1
Kompleks maddələrə aid
edilən məsrəflərin
sənədləşdirilməsi və
uçotu
2
Məsrəflərin proseslər üzrə
bölüşdürülməsi
3
Ay ərzində sərf edilən
məsrəflərin ümumi məbləğinin
təyin
edilməsi
4
Məsrəflərin bölüşdürülməsi (istehsalın xarakterindən
və məhsul növündən asılı olaraq) variantları
5
Məsrəflərin
hazır məhsul və
bitməmiş
istehsal
arasında
bölüşdürülməsi
Məsrəflərin
bir neçə
növ məhsul
arasında
bölüşdürül
məsi
Məsrəflərin
proseslər
üzrə
cəmlənməsi
Məmulat üzrə aylıq məhsul buraxılışının
maya dəyərinin
təyin edilməsi
9
6
7
8
58
İstehsal məsrəflərinin proseslər üzrə kalkulyasiya
sistemində maya dəyərinin dəyişməsi
Proses A Proses B
Material 1000 B prosesinə A prosesindən 3000 C prosesinə
Əmək məsrəfləri 1000 verilir Əmək məsrəfi 2000 verilir
Üstəlik xərclər 1000 3000 Material 1000 6500
3000 Üstəlik xərclər 500
6500
Proses C Hazır məhsul
B prosesindən 6500 Hazır məhsul
C prosesindən
Əmək sərfi 3000 anbarına verilmişdir 12000
Material 2000 verilmişdir
Üstəlik xərclər 1000 12000
12500
Məsrəflərin məhsul buraxılışı ilə bitməmiş istehsal ara-
sında bölüşdürülməsinin birinci variantı (blok 6) istehsalın
uzunmüddətli tsklində tətbiq edilir və hər dövrün sonunda bit-
məmiş istehsal əmələ gəlir. Bu sahələrə misal olaraq torf və
meşə materialları sənayesi ilə məşğul müəssisələri göstərmək
olar. Bu müəssisələrdə məsrəflərin uçotu proseslər üzrə aparı-
lır, lakin hər prosesin axırında məhsulun maya dəyəri kalkulya-
siya edilmir. Bitməmiş istehsal inventarizasiya edilərkən hər
prosesdə onun qalığı prosesdən asılı olaraq plan maya dəyəri
ilə qiymətləndirilir. Sonra məhsul buraxılışının faktiki maya
dəyəri hesablanır: ay ərzində sərf edilmiş faktiki məsrəflərin
üzərinə bitməmiş istehsalın ayın əvvəlinə olan qalığı gəlinir və
ayın sonuna qalığı çıxılır.
Məsrəflərin bölüşdürülməsinin ikinci variantı (blok 7) bir
neçə növ məhsul istehsalı ilə məşğul olan müəssisələrdə istifa-
də edilir ki, burada da bitməmiş istehsal olmur. Bu kateqoriya
müəssisələrə eyni zamanda elektrik və istilik enerjisi istehsal
edən elektrik stansiyalarını, neftçıxarma sənayesini, tikinti ma-