49
məhsul vahidinin bütün qruplarının istehsal həcminin artması-
nın nəticəsidir.
Misal 2.
Satışdan pul gəliri:
Hər 1 ədədinin qiyməti 20 manat olmaqla 500000 ədəd
mal satılmışdır 1000000 manat.
Ticarət xərcləri:
Reklam xərcləri 100000 man.
Əmtəə satışı ilə məşğul olan işçilərin əməkhaqqı 80000 man.
Satıcıların ezamiyyət xərcləri 50000 man.
Ticarət binasının icarə pulu 10000 man.
Rəhbərlik gələn il yeni satış ərazisi yaratmaq istəyir. Ona
görə də reklam xərcinin 30% artırılması və əlavə olaraq isə sa-
tıcılar qəbul edilməlidir, əmək haqqı 15000 manat, ezamiyyət
xərcləri 10% artırılacaq, yeni ərazidə 100000 ədəd məhsul sa-
tılması planlaşdırılır, təqribən hər bir ədəd məhsul vahidinə də-
yişən xərclər 5 manat olacaqdır.
Qeyd edilnələri nəzərə almaqla şirkətin yeni satış ərazisi
açması lazıdırmı? Bu baxımdan təhlil işləri aparmaq üçün rəh-
bərliyə aşağıdakı informasiyalar təqdim edilir.
Cari Proqnozlaşdırılan İnkrement
məsrəflər məsrəflər məsrəflər
1. Satış pulu
(satışdan gəlir) 1000000 1200000 20000
2. Reklam xərcləri 100000 130000 30000
3. Satışla
məşğul
olan işçilərin 80000 95000 15000
əməkhaqqı
4. Ezamiyyə xərci 50000 55000 5000
5. İcarə haqqı 10000 10000
6. Dəyişən istehsal
xərcləri 250000 490000 300000 590000 50000 100000
50
Yeni satış bazarının meydana gəlməsi nəticəsində gözlə-
nilən inkrement məsrəflər və gəlirlər göstərilən hesablamaların
sonuncu sütunlarında verilmişdir. Məsrəflərin əlavə artımının
təhlili aşağıdakı sxem üzrə aparıla bilər.
(manat) (manat)
1. İnkrement gəlirlər 200000
2. İnkrement məsrəflər:
a) reklam xərci 30000
b) əməkhaqqı 15000
c) ezamiyyət xərci 5000
ç) istehsalat məsrəfləri 50000 100000
3. İnkrement mənfəət 100000
1) Satışdan cari gəlirlər 500000 ədədi, 1 ədədin qiyməti-
nə
(1
ədədin qiyməti 20 manat) vurmaqla alınır
(500000x20=100000 m.). Proqnozlaşdırılan məbləğ 60000x20
=120000man.
2) Cari dəyişən istehsalat məsrəfləri məhsulun 1 vahidi-
nin qiyməti 5man.x50000=250000 manat, proqnozlaşdırılan
dəyişən məsrəflər 60000x5=300000 manat təşkil edir.
MÖVZU 5. MƏSRƏFLƏRİN UÇOTUNUN VƏ MAYA
DƏYƏRİ KALKULYASİYASININ METODLARI
5.1. Məsrəflərin uçotunun və maya dəyəri kalkulyasiyasının
sahəvi və təşkilati aspektləri
Məhsulun maya dəyərinin uçotu və kalkulyasiyasının
üsullarının müxtəlifliyi bir sıra amillərlə bağlıdır ki, bunları da
əsasən sahəvi xüsusiyyəti və təşkilati əsas olmaqla iki qrupa
bölmək olar. Məsrəflərin uçotunun və məhsulun maya dəyəri
kalkulyasiyasının sahəvi xüsusiyyəti istehsal edilən məhsulun,
51
yerinə yetirilən işlərin və göstərilən xidmətlərin nomenklatura-
sında istehsalatın və tətbiq edilən texnologiyanın xarakterindən
asılıdır. Bütün bu amillər daim dəyişməyə meyillidirlər. Ona
görə də onlar hər ay uçotun təşkilinə məsrəflərin uçot obyektlə-
rinin və məhsulun maya dəyəri kslkulyasiyasının obyektlərinin
seçilməsinə müyyən təsir göstərirlər.
Məsrəflərin uçotu və maya dəyəri kalkulyasiyasının təş-
kilati əsasları müəssisə tərəfindən formalaşır və ona görə də da-
ha “çevik” hesab olunurlar.
Təşkilati əsaslara aşağıdakılar daxildir:
1. İstehsalatın uçotunun və müəssisənin bölmələrinin
struktur fəaliyyətinin inkişaf səviyyəsi, uçotun məsrəflərinin
əmələgəlmə yerləri, məsuliyyət mərkəzləri, onun daha da də-
rinləşdirilməsi (briqadalara qədər, işçi yerlərinə qədər) müfəs-
səlləşdirilməsindən asılı olaraq məsrəflərin analitik uçot dərə-
cələri
də dəyişilir;
2. Maya dəyəri üzərində nəzarət etmək üçün qəbul edil-
miş üsullar. Bir çox müəssisələrdə istehsalın gedişində mövcud
normalardan kənarlaşmaların sənədləşdirilməsinin mütərəqqi
üsulları tətbiq edilir. Bu kənarlaşmaların səbəblərinin operativ
qaydada aşkara çıxarılmasına köməklik edir və neqativ (mənfi)
nəticələrin qarşısının alınması
məqsədilə onlara təsir edir;
3. İnzibati idarə heyətini, sahibkarları, təsisçiləri, səhm-
darları qərar qəbul etmək üçün informasiya ilə təmin olunma
dərəcəsi. Bu informasiyaların tamlığı
onun təqdim olunma döv-
rünün qısaldılması məhsulun maya dəyərinin formalaşması
prosesini idarəetmə səviyyəsinin (təsirinin) imkanlarını geniş-
ləndirir. Bununla da istehsal uçotunun və onun əmək tutumu-
nun müfəssəlləşmə dərəcəsi azalır və yaxud da çoxalır.
Bir sıra müəssisələr uçot prosesində əmək təminatının
azalmış yolu ilə gedirlər ki, bu da bir qayda olaraq məhsulun
istehsalı prosesində məsrəflər üzərində nəzarəti zəiflədir və
idarəetmənin məhsulun maya dəyərinə təsirini aşağı salır.