Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   67

 
 
86 
 
Turist təşkilatlarında istehsalat uçotunun ən mühüm sahə-
lərindən biri turməhsulun formalaşmasına məsrəflərin uçotu və 
onun  maya  dəyərinin  müəyyən  edilməsidir.  Turist  firması  tur-
məhsulların  ayrı-ayrı  növlərinin  maya  dəyərini  hesablamaq 
üçün,  öz  fəaliyyətinin  xüsusiyyətlərini  nəzərə  almaqla  məsrəf-
lərin  kalkulyasiya  maddələri  üzrə  qruplaşdırılmasını  müstəqil 
olaraq təyin edir. 
Turist  təşkilatlarında  məhsulun  maya  dəyəri  kalkulyasi-
yasının maddələri aşağıdakılardan ibarətdir: 
1. Əmək ödənişi xərcləri
2. Sosial ehtiyaclara ayırmalar; 
3. Əsas vəsaitlərin amortizasiyası; 
4. Binaların, qurğuların, avadanlıq və inventarların saxla-
nılması və icarə xərcləri
5. Əsas vəsaitlərin təmiri xərcləri
6. Qeyri-maddi aktivlərin amortizasiyası; 
7. Reklam xərcləri; 
8. Nümayəndəlik xərcləri
9. Nəqliyyat xərcləri (quru, dəniz, hava yolları üzrə); 
10. Turların həyata keçirilməsi üzrə göstərilən xidmətlər 
(mehmanxana,  yemək,  transfer,  ekskursiya,  tərcüməçi,  mobil 
telefon, sığorta və s.) üçün kənar təşkilatlara ödəmələr; 
11. Yeni turməhsulların hazırlanması və mənimsənilməsi 
xərcləri; 
12. Kontagentlərə ödənilən komisyon xərcləri
13. Sair xərclər və ödənişlər. 
Turməhsul növləri üzrə faktiki maya dəyəri – (növ daxi-
lində kalkulyasiya maddələri üzrə) 202 N-li “İstehsal məsrəflə-
ri” sintetik hesabında əks etdirilir. Bu hesabın debetində ay ər-
zində bütün əsas xərclər əks etdirilir. Əməliyyatları özündə əks 
etdirən  ilk  sənədlərdə  məsrəflərin  başvermə  yeri,  turməhsulun 
adı və müvafiq xərc maddələri göstərilir. 
Turist firmalarının əsas xərclərinə aşağıdakılar daxildir: 


 
 
87 
 
1.  Tur  məhsulu  formalaşdıran  işçilərin  əmək  ödənişi 
xərcləri; 
2. Sosial ehtiyaclara ayırmalar; 
3. Nəqliyyat xərcləri (hava, dəniz, çay, dəmir yolu və s.); 
4. Kənar təşkilatlara ödəmələr (bax maddə 10); 
5. Yeni turməhsulun hazırlanmasına və mənimsənilməsi-
nə məsrəflər; 
6. Kontagentlərə komisyon mükafatlarının ödənişi; 
7. Sair məsrəflər və ödənişlər. 
Turist  təşkilatlarında  üstəlik  xərclər  ay  ərzində  711  N-li 
“Kommersiya  xərcləri”,  721  N-li  “İnzibati  xərclər”,  731  N-li 
“sair əməliyyat xərcləri” sintetik hesablarda uçota alınır. Ayın 
sonunda  bu  xərclər  daxili  uçot  siyasətinin  tələblərinə  uyğun 
olaraq  müvafiq  olaraq 711, 721 və  731 N-li hesabların  kredi-
tindən 202 N-li “İstehsalat məsrəfləri”, 701 N-li “Satışın maya 
dəyəri” hesabların debetinə silinir. 
 
7.2. Nəşriyyat poliqrafiya təşkilatlarında məsrəflərin uçotu 
və məhsulun maya dəyəri kalkulyasiyasının xüsusiyyətləri 
 
Müasir  şəraitdə  nəşriyyat  poliqrafiya  fəaliyyəti  istənilən 
növdə  çap  nəşrlərinin  hazırlanması  və  buraxılmasını  özündə 
ehtiva edir. Çap nəşri dedikdə onların tirajı və hazırlanma üsul-
larından asılı olmayaraq qəzet, jurnal, albom, plakat, buklet və 
digər poliqrafiya istehsalı məhsulları nəzərdə tutulur. 
Nəşriyyat  poliqrafiya  müəssisələrində  məsrəflərin  uçotu 
kalkulyasiya maddələri üzrə məsrəflərin istehsal texnoloji təyi-
nat  və  əmələgəlmə  yerləri əlamətləri üzrə aşağıdakı  maddələr-
də aparılır: 
1. Müəlliflik qonorarları üzrə xərclər; 
2. Bədii qrafik işlər üçün müəlliflik qonorarları; 
3. Poliqrafiya işlərinə xərclər
4. Material xərcləri; 


 
 
88 
 
5. Redaksiya xərcləri
6. Ümumnəşriyyat xərcləri; 
7. Satış xərcləri; 
8. Çıxdaşdan itkilər. 
Müəlliflik və bədii qrafik işləri üçün ödənilən qonorarlar 
nəşriyyat  müqaviləsi,  əmək  müqaviləsi,  qonorarların  müəyyən 
edilməsi üçün aparılan hesablamalar məbləğin ödənilməsi üçün 
hesab kimi ilk sənədləşmələrdən istifadə edilir. 
Poliqrafiya  işlərinə  sərf  edilən  xərcləri  nəşr  məhsulunun 
maya  dəyərində  yüksək  xüsusi  çəkiyə  malikdir.  Onların  plan-
laşdırılan həcmi ədəbiyyat buraxılışının tematik planından, nəş-
rin  bədii-qrafik  rəsmiləşdirilməsi  planından  və  nəşrə  hazırlan-
masının müqavilə qiymətindən çıxış edilərək təyin edilir. Lakin 
nəşriyyatın poliqrafiya işlərinə sərf etdiyi faktiki xərclərin həc-
mi nəşriyyatda və poliqrafiya müəssisələrində istehsalın texniki 
hazırlıq  səviyyəsindən  asılıdır  və  əhəmiyyətli  dərəcədə  onunla 
şərtlənir. 
İstehsalın texniki hazırlığının səmərəli təşkili yeni texni-
kanın tətbiqinə, mövcud standartlara, texniki şərtlərə, texnoloji 
təlimatlara  və  mütərəqqi  texnikanın  tətbiqinə  şərait  yaradır  və 
təmin edir ki,  bu da nəticə  etibarı ilə sifarişlərin hazırlanması-
nın  nəşriyyat-poliqrafiya  tsiklini  uzunluğunu  ixtisar  edir  və 
nəşriyyat  və  poliqrafiya  işlərinə  xərclərin  azaldılması  ilə  nəti-
cələnir. 
Poliqrafiya  işlərində  xərcləri  uçota  almaq  üçün  müvafiq 
ilk sənədlərdən (müqavilə, müqavilə qiymətinin razılaşdırılma-
sına  dair  protokol,  ödəniş  hesabı,  hesab  faktura,  tirajı  təhvil 
vermək üçün qaimə və s.) istifadə edilir. 
Poliqrafiya işlərinə sərf edilən xərclər nəşriyyatın müha-
sibatlığında aşağıdakı yazılışla rəsmiləşdirilir: 
Debet 201 “İstehsal məsrəfləri” 
Kredit  431,  531  “Malsatanlar  və  podratçılarla  hesablaş-
malar” 


 
 
89 
 
İstehsal xarakterli işlərin dəyəri nəşriyyatın uçotunda De-
bet 202 “İstehsal məsrəfləri”, debet 721 “İnzibati xərclər”, Kre-
dit 431, 531 “Malsatanlar və podratçılarla hesablaşma” hesabı. 
Material xərcləri aşağıdakı yazılışda rəsmiləşdirilir: 
Debet 202 “İstehsalat məsrəfləri” 
Debet 711 “Kommersiya xərcləri” 
Kredit 201 “Material ehtiyatları” 
İstehsal  prosesində  əmələ  gələn  qaytarılmalı  atqıntılar 
nəşriyyatın material məsrəflərinin məbləğini azaldır. 
Debet 201 “Material ehtiyatları” 
Kredit 202 “İstehsalat məsrəfləri” 
Redaksiya  xərclərinin  nomenklaturasına  aşağıdakı  xərc-
lər daxildir: 
1. İdarəetmə heyəti işçilərinin saxlanılması xərcləri; 
2. Redaksiyanın istehsalat heyətinin saxlanılması xərclə-
ri; 
3. İşlərin emalı və rəsmiləşdirilməsi üzrə xərclər; 
4. Orijinal-maketlərin satın alınmasına və texniki işlərinə 
xərclər; 
5. Əsas vəsaitlərin amortizasiyası; 
6. İstehsal təyinatlı əsas vəsaitlərin təmir xərcləri
7. Əsas vəsaitlərin saxlanılması xərcləri; 
8. Sair xərclər. 
Nəşr  –  poliqrafiya  müəssisəsinin  idarəetmə  heyətinin  və 
ümumnəşriyyat  heyətinin  saxlanılması  eləcə  də  ümumtəsərrü-
fat məsrəfləri “Ümumnəşriyyat xərcləri” maddəsində uçota alı-
nır.  Ümumnəşriyyat  xərcləri  11-ci  cədvəldə  verilmiş  nomenk-
laturaya uyğun olaraq 721 N-li “İnzibati xərclər” sintetik hesa-
bında uçota alınır. 
Nomenklaturaya aşağıdakı xərc maddələri daxildir: 
1. İnzibati – idarə xərcləri; 
2. Ümumtəsərrüfat təyinatlı əsas vəsaitlərin amortizasiya-
sı; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə