Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   67

 
 
99 
 
Çörəkbişirmə  istehsalının  ən  mühüm  xüsusiyyətlərindən 
biri də hazır məhsulun çəkisinin ona sərf edilən xammala (una) 
nisbətən  çox  olmasıdır.  Soyumuş  hazır  məhsulun  çəkisi  ilə 
onun istehsalına sərf edilmiş unun çəkisi arasındakı fərqə hazır 
məhsul “çıxımı” deyilir. 
Çörək,  bulka  çıxımı  norması  unun  bazis  nəmliyinə 
(14.5%)  əsasən  təyin  edilir.  Hazır  məhsul  çıxımı  aşağıdakı 
düsturla təyin edilir: 
 
 
 
M
c  
- məhsul çıxımı, kq 
H
c  
- hazır məhsulun çəkisi, kq. 
Əgər unun nəmliyi dəyişilirsə, məhsul çıxımı norması da 
dəyişilir.  Bu  halda  unun  bazis  nəmliyinə  əsasən  təyin  edilmiş 
un normasını onun faktiki nəmliyinə təshih (korrektə) edirlər. 
 
    
   
 
   
     
                
 
M
təs
 – unun faktiki nəmliyinə təshih edilmiş məhsul 
çıxımı. 
M
baz
 – unun bazis nəmliyində məhsul çıxımı, %. 
M – sərf edilmiş unun faktiki nəmliyi %. 
Çörəkbişirmə  müəssisələrində  məhsulun  maya  dəyəri 
aşağıdakı məsrəf maddələrindən əmələ gəlir: 
1. Əsas materiallar: 
a) un və maya
b) boyat çörək və çıxdaş edilmiş məmulat; 
c) sair əsas material; 
ç) əsas materiallar üzrə nəqliyyat xərcləri. 
2. Öz istehsalının yarımfabrikatları (xəmir); 
3. Qaytarılmış tullantılar (çıxılır); 
4. Bükücü materiallar
M

 = 
       
 
 ;
 


 
 
100 
 
5. Texnoloji məqsəd üçün yanacaq və enerji; 
6. İstehsal fəhlələrinin əmək haqqı; 
7. Sosial ehtiyaclara ayırmalar; 
8. İstehsalat maşın və avadanlıqlarının istismarı xərcləri; 
9. Ümumistehsalat xərcləri
10. Sair istehsal xərcləri; 
11. Sex istehsalat maya dəyərinin yekunu; 
12. Ümumtəsərrüfat xərcləri
13. Ümumzavod istehsalat maya dəyəri; 
14. Satış xərcləri; 
15. Cəmi, tam maya dəyəri. 
İstehsalat  fəhlələrinin  əmək  haqqı  məmulat  növləri 
arasında  istehsal  edilən  məhsulun  çəkisinə  mütənasib  olaraq 
bölüşdürülür.  Əlavə  əmək  haqqı  çörək  bulka  məmulatları 
arasında əsas əmək haqqına mütənasib olaraq bölüşdürülür. 
Ümumi  istehsalat  (sex)  xərcləri  maddəsinə  sexin  idarə 
heyətinin  əmək  haqqı  və  xidmət  xərcləri  aid  edilir.  Bu  maddə 
sex quruluşlu çörəkbişirmə müəssisəsində tətbiq edilir. 
Ümumistehsalat  xərcləri  çörək,  bulka  məmulatları 
arasında aşağıdakı qaydada bölüşdürülür: 
1.  Şərti  məhsula  çevirmə  əmsalını  tətbiq  etməklə  hazır 
məhsulun həcminə mütənasib olaraq
2.  İstehsal  fəhlələrinin  əsas  əmək  haqqına  mütənasib 
olaraq; 
3. Plan normalarına mütənasib olaraq. 
Ümumtəsərrüfat 
xərcləri 
maddəsində 
bütövlükdə 
müəssisə miqyasında idarəetmə  və  xidmətlə  bağlı olan xərclər 
əks 
etdirilir. 
Ümumtəsərrüfat 
xərclərinin 
nümunəvi 
nomenklaturası dörd bölmədən ibarətdir: 
a) müəssisənin idarəedilməsi xərcləri; 
b) ümumistehsalat xərcləri; 
c)  vergi, rüsum, ayırmalar; 
ç)  sair xərclər. 


 
 
101 
 
Ümumtəsərrüfat  xərcləri  çörək  bulka  məmulatları 
arasında, ümumistehsalat xərcləri bölüşdürüldüyü kimi aparılır. 
“Satış xərcləri” maddəsində çörək – bulka məhsullarının 
satışı  ilə  bağlı  xərclər  uçota  alınır.  Satışla  bağlı  xərclərin 
sintetik  uçotu  711  N-li  “Kommersiya  xərcləri”  hesabında 
aparılır və ayın sonunda satış, satışın maya dəyəri (701) hesabı 
ilə bağlanır. 
Çörəkbişirmə  müəssisəsi  hər  ay  məsrəflər  haqqında 
məlumatlara  əsasən  buraxılan  çörək  –  bulka  məmulatlarının 
növləri üzrə  məhsulun maya dəyərinin  faktiki  kalkulyasiyasını 
tərtib  edir.  Buraxılan  məhsulun  hər  1  sentneri  kalkulyasiya 
vahidi  hesab  olunur.  1  sentner  məhsulun  maya  dəyərini  təyin 
etmək  üçün  hər  bir  məsrəf  maddəsi  üzrə  və  cəmi  hesabat 
dövrünün  faktiki  məsrəflərini  həmin  dövrdə  buraxılan 
məhsulun  miqdarına  bölmək  lazımdır.  Faktiki  kalkulyasiya 
məlumatlarını  plan  (normativ)  məlumatları  ilə  müqayisə  edilir 
və  çörəkbişirmə  müəssisəsinin  texniki-iqtisadi  göstəricilərinin 
yaxşılaşdırılmasını təmin edə bilən tədbirlər işlənib hazırlanır. 
 
MÖVZU 8. KƏND TƏSƏRRÜFATINDA 
MƏSRƏFLƏRİN UÇOTU VƏ MƏHSULUN MAYA 
DƏYƏRİ KALKULYASİYASININ XÜSUSİYYƏTLƏRİ 
 
8.1. Kənd təsərrüfatında məsrəflərin uçotunun ümumi 
xüsusiyyətləri 
 
Kənd 
təsərrüfatı 
milli  iqtisadiyyatın  ən  aparıcı 
sahələrindən  biri  olmaqla  ölkəmizin  əhalisini  yeyinti 
məhsulları,  sənayesini  isə  kənd  təsərrüfatı  xammalı  ilə  təmin 
edir.  Kənd  təsərrüfatında  məsrəflərin  uçotunun  bitkiçilik  və 
heyvandarlıq  məhsullarının  maya  dəyərinin  formalaşması  və 
məhsul  vahidinin  kalkulyasiyasının  fərqli  xüsusiyyətləri  bu 
sahənin  özünəməxsus  xüsusiyyətləri  ilə  bağlıdır.  Kənd 


 
 
102 
 
təsərrüfatının  özünəməxsus  xüsusiyyətlərindən  biri  istehsal 
prosesinin  uzunluğu,  istehsalın  mövsümi xarakter  daşıması  və 
nəhayət  istehsal  vaxtı  ilə  iş  vaxtının  üst-üstə  düşməməsidir. 
Bəzən  istehsal  bu  il  başlayır,  lakin  gələn  il  başa  çatır.  Bunlar 
hamısı mühasibat uçotunun təşkilinə, aparılmasına və ən əsası, 
məhsulun  maya  dəyərinin  hesablanması,  kalkulyasiyası  və 
maliyyə  nəticələrinin  hesablanmasına  öz  təsirini  göstərir.  İl 
ərzində  bitməmiş  istehsal  və  qalığı  hazır  məhsul,  istehsal 
ehtiyatları  artıqlığına  səbəb  olur.  Bunun  nəticəsidir  ki,  il 
ərzində  istehsal  edilən  və  satılan  məhsullar  yalnız  plan  maya 
dəyəri ilə qiymətləndirilir. İlin sonunda faktiki maya dəyəri ilə 
müqayisə edilərək mənfəət və zərər aşkara çıxarılır. 
Kənd  təsərrüfatı  müəssisələrində  mühasibat  uçotu 
Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  18  aprel  2006-
cı  il  tarixli,  38  saylı  əmri  ilə  təsdiq  edilmiş  “Kommersiya 
təşkilatları  üçün  mühasibat  uçotunun  hesablar  planına”  əsasən 
aparılır.  İstehsal  məsrəflərinin  uçotu  və  kənd  təsərrüfatı 
məhsullarının 
maya 
dəyərinin 
kalkulyasiyasının 
planlaşdırılması, uçotu və maya dəyərinin kalkulyasiyasına dair  
qüvvədə  olan  əsasnaməyə  uyğun  olaraq  təşkil  edilir.  Kənd 
təsərrüfatında  məsrəflərin  uçotunun  aparılması  və  məhsulun 
maya dəyərinin kalkulyasiyası üçün ilkin sənədlərin unifikasiya 
edilmiş  (eyniləşdirilmiş)  uçotun  jurnal  –  order  formasının 
vahid uçot registrlərindən və Azərbaycan Respublikası Maliyyə 
Nazirliyinin təsdiq etmiş olduğu hesabat formalarından istifadə 
edilir. 
Kənd  təsərrüfatı  müəssisələrində  məsrəflərin  uçotu  və 
məhsulun  maya  dəyəri  kalkulyasiyasının  əsas  vəzifəsi 
aşağıdakılardır: 
1.  Məsrəflərin  uçotunu  və  məhsulun  maya  dəyəri 
kalkulyasiyasını  tənzimləyən  normativ  –  hüquqi  sənədlərin 
tələblərinə ciddi riayət edilməsi; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə