Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   67

 
 
103 
 
2.  İstehsal  məsrəflərinin  uçotunun    təşkili  prinsiplərinə 
əməl edilməsi
3. Müstəqim məsrəflərin bölüşdürülməsini təmin etməli; 
4.  Digər  əsas  məsrəflərin  bölüşdürülməsi  üzərində 
nəzarət; 
5.  Qeyri-müstəqim  xərclərin  uçot  və  kalkulyasiya 
obyektləri arasında düzgün bölüşdürlüməsini təmin etmək
6.  Qeyri-məhsuldar  xərclərin  yaranma  mənbələrinin 
aradan qaldırılması; 
7.    Köməkçi  istehsalat  məsrəflərinin  bölüşdürülməsi 
üzərində nəzarət; 
8.  İstehsal  məsrəflərinin  əmtəəlik  məhsulla  bitməmiş 
istehsal  qalığı  arasında  düzgün  bölüşdürülməsi  üzərində 
nəzarət; 
9.  Məsrəflərin  uçotunun  mütərəqqi  formalarının  tətbiqi 
və  məhsulun  maya  dəyəri  kalkulyasiyasının  aparılması 
üsulunun düzgün seçilməsi üzərində nəzarət
10.  Məsrəflər  və  maya  dəyəri  kalkulyasiyası  üzrə 
hesabatın tərtibi üzərində nəzarət. 
 
8.2. Bitkiçilikdə məsrəflərin uçotu və məhsulun maya 
dəyərinin kalkulyasiyası 
 
Bitkiçilik  kənd  təsərrüfatı  istehsalının  əsas  sahələrindən 
biri  hesab  olunur.  Bitkiçilik  yalnız  kənd  təsərrüfatı  məhsulları 
vermir,  o  həmçinin  heyvandarlıq  üçün  əsas  yem  bazası 
mənbəyi hesab olunur. 
Məsrəflərin uçotunun təşkilinə və məhsulun maya dəyəri 
kalkulyasiyasına  təsir  edən  amillərdən  biri  də  təsərrüfatın 
ixtisaslaşması  və  istehsalın  texnoloji  xüsusiyyətidir  ki,  bunlar 
da  öz  əksini  –  məsrəf  və  kalkulyasiya  obyektlərinin 
seçilməsində, 
xərc 
maddələrinin 
nomenklaturasının 
qurulmasında,  ilkin  uçotda,  qeyri-müstəqim  xərclərin 


 
 
104 
 
bölüşdürülməsinin spesifik (özünəməxsus) xüsusiyyətlrində və 
digər məsələlərdə tapır. 
Bitkiçilikdə  məsrəflərin  uçot  obyekti  dedikdə  ayrı-ayrı 
məhsul  növləri  deyil,  konkret  bitkilər  və  yaxud  bitki  qrupları 
başa  düşülür.  Bu  da  onunla  əlaqədardır  ki,  bir  çox  kənd 
təsərrüfatı  bitkiləri  eyni  vaxtda  bir  neçə  növ  məhsul  verir. 
Məsələn,  payızlıq  dənli  bitkilər  üzrə  məsrəflərin  uçot  obyekti 
bitki  qrupu  hesab  olunur  ki,  bu  qrupa  da  buğda,  arpa,  darı 
bitkiləri  daxildir.  Yazlıq  dənli  və  dənlik  paxlalı  bitkilər  üçün 
məsrəflərin  uçot  obyektinə  yazlıq  buğda,  darı,  qarabaşaq, 
dənlik  qarğıdalı,  düyü,  cuqara,  noxud,  çöl  noxudu  və  s. 
bitkilərdir.  Texniki  bitkilər  üzrə  məsrəflər  hər  bir  bitki  növü 
(pambıq, şəkərçuğunduru, günəbaxan, tütün) üzrə ayrıca uçota 
alınır. 
Bitkiçilikdə  məsrəflər  aşağıdakı  xərc  maddələri  üzrə 
uçota alınır:  
1. Əsas və əlavə əmək haqqı; 
2. Sosial təminata ayırmalar; 
3. Toxum və  əkmə materialları; 
4. Yanacaq və sürtkü materialları; 
5. Gübrə (mineral və üzvi); 
6. Avtonəqliyyat xərcləri
7. Əsas vəsaitlərin amortizasiyası; 
8. Əsas vəsaitlərin cari təmiri
9. Sair əsas xərclər; 
10. Ümumi istehsalat xərcləri
11. Ümumi təsərrüfat xərcləri. 
Bitkiçiliyə məsrəflərin və məhsul çıxımının uçotu 202 N-
li  “İstehsal  məsrəfləri”    sintetik  hesabının  “Bitkiçilik”  sub 
hesabında  aparılır.  Hesabın  debetində  bitkiçiliyə  sərf  edilmiş 
məsrəflər, kreditində isə plan maya dəyəri ilə il ərzində məhsul 
çıxımı  əks  etdirilir.  İlin  ortasında  kalkulyasiya  hesabatı  tərtib 
edildikdən  sonra  alınan  məhsulun  plan  maya  dəyəri  faktiki 


 
 
105 
 
maya  dəyərinə  çatdırılır.  Bitkiçilik  hesabının  ilin  axırına  olan 
qalığı  bitməmiş istehsalı göstərir. 
İstehsalat  üzrə  məsrəflərin  analitik  uçotu  hər  bir  bitki 
üzrə  və  yaxud  bitki  qrupları  üzrə  aparılır.    Əgər  bitkidən  əsas 
və  əlavə  məhsul  alınırsa,  onda  məsrəflər  məhsul  növləri  üzrə 
deyil,  bir  analitik  hesabda  aparılır.  Sonra  isə  həmin  məsrəflər 
müəyyən  edilmiş  əmsallara  əsasən  həmi  məhsullar  arasında 
bölüşdürülür. Analitik hesab açılan bitkilərin nomenklaturasına 
dənli  bitkilər,  texniki  bitkilər,  kartof,  tərəvəz,  yem  bitkiləri, 
meyvə,  giləmeyvə  və  s.  daxildir.  Bundan  əlavə  bitkiçilik 
sintetik  hesabının  nəzdində  aşağıdakı  analitik  hesablar  da 
açılır: 
1.  Bitkiçilikdə  istifadə  edilən  əsas  vəsaitlər  üzrə 
bölüşdürülməmiş amortizasiya ayırmaları; 
2.  Bitkiçilikdə  istifadə  edilən  əsas  vəsaitlərin  cari  təmir 
xərcləri; 
3. Bölüşdürülməli olan suvarma xərcləri
4. Bölüşdürülməli olan qurutma xərcləri. 
Kənd 
təsərrüfatında 
məhsulun 
maya 
dəyərinin 
kalkulyasiyasına  keçməzdən  əvvəl  aşağıdakı  işləri  yerinə 
yetirmək  lazımdır.  Bitkiçilik  məhsullarının  uçotuna  dair 
registrlərin məlumatlarına əsasən məsrəflərin ümumi məbləğini 
və  həmin  bitkidən  alınan  əsas  və  əlavə  məhsul  çıxımını 
müəyyən etmək lazımdır. Sonra isə təbii fəlakət üzündən məhv 
olmuş  əkin  sahələri  üzrə  məsrəfləri  təyin  etməli,  təbii  fəlakət 
nəticəsində məhv olmuş əkin sahələrinə sərf edilmiş məsrəfləri 
bitkiçilik  hesabının  kreditindən  801  N-li  hesabın  debetindən 
silmək lazımdır. 
Bitkiçilik  məhsullarının  maya  dəyərini  kalkulyasiya 
edirlər: taxıl (dən) – franko – sahə (xırman), ot – franko – taya, 
kökü  meyvəlilər,  kartof,  tərəvəz,  bağ  bitkiləri,  kətan,  pambıq 
və  digər  texniki  bitkilər  –  franko  saxlama  yeri,  yaşıl  yem  – 


 
 
106 
 
franko istehlak yeri, ot toxumu – franko anbar, tərəvəz, meyvə 
və giləmeyvə - franko qəbul məntəqəsi. 
Taxıl (dən) istehsalında buğda, arpa, çovdar və qarğıdalı 
yüksək  xüsusi  çəki  təşkil  edir.  Qarğıdalı  istehsalı  özünün 
yüksək  iqtisadi  faydalılığına  görə  digər  dənli  bitkilərdən  xeyli 
fərqlənir.  Qarğıdalı  dənindən un, kraxmal,  yağ kimi  məhsullar 
alınır. 
Dənli bitkilər: taxıl (dən) 1 sentner =1.0; saman 1 sentner 
=0.08.  
Misal  1.  Təsərrüfatda  30000  sentner  buğda  və  36000 
sentner  saman  üyüdülmüşdür  (o  cümlədən  2200  sentner 
istifadə  oluna  bilən  tullantı).  Buğdanın  becərilməsinə  14000 
manat  xərc  çəkilmişdir.  Şərti  məhsulların  miqdarını  və  xüsusi 
çəkisini təyin edək: 
Dən   30000x1 =30000vahid 
Saman  36000x0.08 =2880 vahid 
Yekun -  32880 
Hər növ məhsulun xüsusi çəkisi: 
Dən        30000x100     =    91.24% 
                  32880 
Saman    2880x100       =     8.76% 
                  32880 
Taxıla  (dənə)  çəkilən  14000  manat  xərcin  12773  manat 
60  qəpiyi  buğdanın,  (14000x91,24:100),  1226 manat  40  qəpik  
isə (14000x88.766:100) samanın payına düşür. 
Sonra  tam  dəyərli  dənin  və  tullantının  maya  dəyərini 
təyin  edirik.  Laboratoriya  analizinin  məlumatına  əsasən  dən 
tullantısında dənin tərkibinin faizini tapırıq. Bizim misalımızda 
tullantıda dənin (tərkibi 42%) təşkil edir. 
Tullantıda olan dənin miqdarı 924 sentner (2200.42:100) 
təşkil edir. Tam dəyərli dənin miqdarı 28724 sentner (30000 – 
2200+924) təşkil edir. 1 sentner tam dəyərli dənin maya dəyəri 
4  manat  45  qəpik  (12773-50x100:28724)  təşkil  edir.  Dən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə