Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   67

 
 
95 
 
2.  Biçmə  sexində  parçanın  hazırlıq  sexindən  qəbul  edil-
məsi, parçanın döşəməyə sərilməsi, ölçmə, ölçmənin keyfiyyə-
tinə nəzarət, biçmə detallarının nömrələnməsi, komplektləşdir-
məsi və tikiş sexinə verilməsi
3. Tikmə sexində - qəbul, furniturların yoxlanılması, biç-
mənin komplektləşdirilməsi və markirovkası (maskalama), mə-
mulatın tikilməsi, məhsulun yaş – istilik emalı sexinə verilmə-
si; 
4. Yaş – istilik emalı sexində, texniki nəzarət, məmulatın 
markirovkası, bükülməsi və hazır məhsul anbarına təhvil veril-
məsi. 
Tikiş müəssisələrində istehsalın təşkili və texnoloji ema-
lından asılı olaraq məsrəflərin uçotu və məhsulun maya dəyəri 
kalkulyasiyasının mərhələ və sifariş metodlarından istifadə edi-
lir. 
Tikiş müəssisələrində istehsal məsrəfləri 202 N-li “İsteh-
salat məsrəfləri”, satışla bağlı olan xərclər isə 711 N-li “Kom-
mersiya xərcləri” sintetik hesablarında uçota alınır. 
Tikiş məhsulları maya dəyərinin tərkibinə aşağıdakı xərc 
maddələri daxil edilir: 
1. Əsas material; 
2. Qaytarılmış tullantılar (çıxılır): 
3. Köməkçi materiallar
4. Texnoloji məqsəd üçün yanacaq və enerji; 
5. İstehsalat fəhlələrinə əmək haqqı xərci; 
6. Sosial ehtiyaclara ayırmalar; 
7. İstehsalat maşın və avadanlığının istismar xərcləri
8. Ümumistehsalat (ümumsex) xərcləri; 
9. Sair istehsalat xərcləri; 
10. Sex istehsalat maya dəyərinin yekunu
11. Ümumtəsərrüfat xərcləri; 
12. Ümumzavod istehsal maya dəyərinin yekunu
13. Satış xərcləri; 


 
 
96 
 
14. Tam maya dəyərinin cəmi. 
Tikiş müəssisələrində “Əsas materiallar” maddəsində is-
tehsal  edilən  məhsulun  əsasını  təşkil  edən  və  maddi  cəhətdən 
onun tərkibinə daxil olan materiallar əks etdirilir. Malsatan təş-
kilatlardan  daxil  olan  materiallar  hazırlıq  sexinin  müdiri  tərə-
findən qəbul edilir və qəbul aktı və yaxud qaimə ilə rəsmiləşdi-
rilir. 
Biçmə  sexində  materialların  üzərində  nəzarət  etmək  və 
uçotunu aparmaq üçün “biçmə kartından” istifadə edilir. 
Biçmə kartında biçmə sexinə buraxılan parçanın miqdarı, 
anbara qaytarılan qırıqların, biçmə sexinin işçilərinə əmək haq-
qı hesablanması, hazır biçmənin hazır biçmə anbarına və yaxud 
tikiş sexinə təhvil verilməsinin uçotu və s. göstəricilər əks etdi-
rilir. 
Biçmə kartının məlumatlarına əsasən sərf edilmiş faktiki 
parçanın, müəyyən edilmiş normadan kənarlaşmalar aşkara çı-
xarılır. 
Normadan  kənarlaşma  faktiki  buraxılan  parça  ilə  norma 
arasındakı fərq kimi hesablanır. 
Əsas  materialların  dəyəri  tikiş  məhsullarının  ayrı-ayrı 
növlərinin  maya  dəyərini  uçot  qiyməti  ilə  birbaşa  daxil  edilir. 
Ayın sonunda əsas materialların uçot dəyəri ilə onların faktiki 
maya dəyəri arasındakı fərq silinir. 
“Qaytarılan  tullantılar”  maddəsində  tikiş  məhsullarının 
istehsalına  sərf  edilən  faktiki  məsrəflərini  azaldan  tullantıların 
dəyəri əks etdirilir. Bura istehsal prosesində  qalıq kimi qalmış 
və  özünün  istehlak  keyfiyyətini  qismən  və  yaxud  tam  itirmiş 
materiallar  daxildir.  Qaytarılan  tullantılar  aşağıdakı  kimi  qiy-
mətləndirilir: 
1. Materialın aşağı salınmış qiyməti ilə
2. Mümkün istifadə qiyməti ilə; 
3. Tullantılar üçün müəyyən edilmiş qiyməti ilə
4. Satış qiyməti ilə. 


 
 
97 
 
Məhsulun  maya  dəyəri  kalkulyasiyasının  “Köməkçi  ma-
teriallar”  maddəsində  tikiş  məhsulunun  əsasını  təşkil  etməyən 
lakin ona xüsusi istehlak keyfiyyəti aşılayan materiallar əks et-
dirilir. 
Məhsulun  maya  dəyərinə  daxil  edilən  digər  maddələr 
uçot  və  kalkulyasiyada  yüngül  sənayenin  digər sahələrində ol-
duğu kimi mövcud normativlərə və təlimat xarakterli sənədlərə 
əsasən əks etdirilir. Cari hesabat dövründə buraxılan məhsulla-
rın  maya  dəyərinin  düzgün  hesablanması  üçün  hesabat  ayının 
bütün istehsal məsrəflərini əsas istehsaldan buraxılan və anbara 
təhvil  verilən  hazır  məhsulla  bitməmiş  istehsal  arasında  hədd 
qoyulmalıdır. 
Tikiş  istehsalında  bitməmiş  istehsala  aşağıdakılar  daxil-
dir: 
a)  müxtəlif  emal  mərhələlərində  yerləşən  yarımfabrikat-
lar; 
b) komplektləşdirilməmiş biçki; 
c) tikiş sexində bitməmiş tikiş məmulatları; 
ç) texniki nəzarət şöbəsinin işçiləri tərəfindən təsdiq edil-
məmiş və anbara təhvil verilməmiş hazır məhsul. 
Biçmə detallarının və yarımfabrikatların faktiki miqdarla-
rı  inventarizasiya  siyahısında  əks  etdirilir.  Bunların  əsasında 
bitməmiş  istehsalın  qiymətləndirilməsinin  icmal  cədvəli  tərtib 
edilir.  Tikiş  məhsulları  vahidinin  maya  dəyərini  təyin  etmək 
üçün konkret növ məhsul istehsalın sərf edilmiş bütün xərclərin 
kalkulyasiya  maddələri  üzrə  məmulatların  miqdarına  bölmək 
lazımdır. 
 
7.4. Çörəkbişirmə müəssisələrində məsrəflərin uçotu və 
məhsulun maya dəyərinin kalkulyasiyasının xüsusiyyətləri 
 
Çörəkbişirmə  müəssisələrində  istehsalatın  uçotu,  istehsal 
prosesinin 
təşkili 
və  texnoloji  xüsusiyyətlərindən  və 
idarəetmənin 
mövcud  forma  strukturlarından  asılıdır. 
Çörəkbişirmə müəssisələrinin təşkilati formalarına gəldikdə isə 


 
 
98 
 
onlar zavodlar, kombinatlar və  çörəkxanalar şəklində fəaliyyət 
göstərirlər. 
Çörəkbişirmə  müəssisələri istehsal  gücündən asılı  olaraq 
xırda  (sutkalıq  gücü  3  ton),  orta  (sutkalıq  gücü  3  tondan  16 
tonadək),  iri  (sutkalıq  gücü  16  tondan  yuxarı)  müəssisələrə 
bölünürlər. 
İri  və  orta  çörəkbişirmə  sexlərində  materialları  və  hazır 
məhsulları  saxlamaq  üçün  anbarlar  və  sexlər  olur.  İri  və  orta 
çörəkbişirmə  müəssisələri  növbə  ilə  sutka  boyu  işləyirlər.  Hər 
bir  növbə  bitmiş  istehsal  tsiklinə  malik  olur  və  növbənin 
axırında  hazır  məhsul  anbara  təhvil  verilir.  Növbəlik  işin 
nəticələri  “Növbə  istehsalat  hesabatında”  əks  etdirilir.  Buna 
əsasən  mühasib  istehsal  əməliyyatlarının  uçotunu  həyata 
keçirir. 
Çörəkbişirmə müəssisəsinin tərkibində müxtəlif sexlər və 
sahələr (çörək, bulka, suxari, şirniyyat, makaron və s.) fəaliyyət 
göstərir.  Çörəkbişirmə  müəssisələri  texnoloji  proseslərin 
xarakterindən asılı olaraq məsrəflərin uçotu və məhsulun maya 
dəyəri kalkulyasiyasının mərhələ metodundan istifadə edir və o 
aşağıdakı əməliyyatlardan ibarətdir: 
1. Xammal və materialın istehsala hazırlanması; 
2. Xəmirin hazırlanması və qıcqırdılması; 
3. Çörəyin bişirilməsi; 
4. Məmulatın soyudulması və saxlanılması. 
Elə  ona  görə  də  çörəkbişirmə  müəssisələri  məsrəflərin 
uçotu  və  məhsulun  maya  dəyəri  kalkulyasiyasının  həm 
yarımfabrikatsız,  həm  də  yarımfabrikatlı  variantından  istifadə 
edə bilərlər. 
Çörək,  bulka  məmulatlarının  hazırlanması  və  bişirilməsi 
növbə  ərzində  bir  neçə  vaxta  başa  gəlir  və  burada  bitməmiş 
istehsal  olmur.  Bu  da  hazır  məhsulun  qiymətləndirilməsini, 
uçotunu  və  eləcə  də  məhsulun  maya  dəyəri  kalkulyasiyasını 
asanlaşdırır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə