Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   67

 
 
126 
 
“Sazlama” maddəsi üçün KOST Drayver “satınalmanın miqda-
rı” olmalıdır. ABC tətbiqinin ikinci mərhələsi KOST Drayverin 
onlar tərəfindən hər bir resursun istehlak göstəricilərinin hesab-
lanması  ilə  nəticələnir.  Yekunda  konkret  növ  məhsulun  hazır-
lanmasına  sərf  edilən  əmək  məsrəflərinin  məbləğini  alırıq. 
Məhsul  istehsalı  üçün  sərf  edilən  işlərin  məbləği  onun  maya 
dəyərini təşkil edir. Bu hesablamalar ABC metodikasının prak-
tik tətbiqinin üçüncü mərhələsini təşkil edir. 
Müəssisənin  işçi  əməliyyatları  toplusuna  malik  olması 
onun  fəaliyyət  göstəricisinin  təkmilləşməsi  üçün  geniş  imkan-
lar açır və investisiyalaşdırma, ümumi heyətin uçotu, kadrların 
idarə  edilməsi  və  s.  fəaliyyət  sahələrində  keyfiyyətin  qiymət-
ləndirilməsinə imkan verir.  
Nəticə etibarı ilə ABC tətbiqi  müəssisənin rəqabət qabi-
liyyətinin yüksəlməsinə imkan verir və bütün idarəetmə səviy-
yələrində operativ informasiya təminatı yaradır. 
 
10.2. JİT uçot modeli 
 
Müasir  şəraitdə  kommersiya  təşkilatlarının  fəaliyyəti  is-
tehsal  xərclərini  maksimum  azaltmaqla  yüksək  keyfiyyətli  və 
rəqabətqabiliyyətli məhsul istehsalına yönəldilməlidir. Ona gö-
rə  də  əməyin  təşkilinin  və  istehsalın  idarə  edilməsinin  iqtisadi 
cəhətdən inkişaf etmiş ölkələrdə tətbiq edilən mütərəqqi forma 
və  metodlarının  istifadə  edilməsi  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Bununla əlaqədar olaraq bizim üçün istehsalın JİT  (“just – in –
time”, yəni “dəqiq, vaxtında”) modeli üzrə idarəolunması xüsu-
si maraq doğurur. 
JİT modeli XX əsrin 70-ci illərində Yaponiyanın “Toyo-
ta” şirkətində yaranmışdır və hal-hazırda bir çox sənayesi inki-
şaf etmiş ölkələrdə böyük müvəffəqiyyətlə tətbiq edilir. Yapo-
niyada bu modeli ifadə etmək üçün “Kanban” anlayışından isti-
fadə edirlər ki, bu da “kartoçka” və yaxud “yazılışın vizual (gö-
rünən) sistemi” deməkdir. 


 
 
127 
 
JİT anlayışı yapon ekvivalenti olmayan, Yaponiyanın iş-
güzar dairələrində qəbul edilmiş ingilis sözüdür.  
JİT  modelinin  mahiyyəti  iri  partiyalarla  məhsul  istehsa-
lından inkar etməkdən ibarətdir. Bunun əvəzində fasiləsiz axın 
əşya istehsalı yaradılır. Bununla da istehsal sexlərinin və sahə-
lərinin  təchizatı  o  qədər  kiçik  partiyalarla  həyata  keçirilir  ki, 
mahiyyətcə  ədədlə  təminata çevrilir. Bu model  əmtəə  material 
ehtiyatlarının  mövcudluğuna,  bir  sıra  problemlərin  həllini  çə-
tinləşdirən  zərərli  bir iş  kimi  baxırlar. Saxlanılmasına  əhəmiy-
yətli dərəcədə xərc tələb edən, külli miqdarda material ehtiyat-
ları maliyyə  resurslarının çatışmazlığına, müəssisənin  manevr-
liyinə və rəqabətin qabiliyyətinə mənfi təsir edir. 
Praktiki nöqteyi-nəzərdən JİT modelinin əsas məqsədi is-
tənilən  artıq  xərclərin  aradan  qaldırılmasından  və  müəssisənin 
istehsal potensialından səmərəli istifadə etməkdən ibarətdir. 
JİT modeli ənənəvi “məhsulun bazara çıxarılması” meto-
duna nisbətən daha çox təkliflə bağlıdır. Modelin prinsipi belə-
dir:  məhsulu  o  vaxt  istehsal  et  ki,  ona  ehtiyac  var  və  yalnız  o 
həcmdə ki, alıcı tələb edir. Təklif bütün istehsal boyu məhsulu 
müşayiət edir. Hər bir əməliyyatda o istehsal edilir ki, o növbə-
ti  əməliyyata  lazımdır.  İstehsal  prosesi  o  vaxta  qədər  başlamır 
ki,  növbəti  əməliyyat  yerindən  istehsala  başlamağın  zəruriliyi 
haqqında  siqnal  daxil  olmasın.  Detallar,  qovşaqlar,  materiallar 
yalnız istehsal prosesində onların istifadəsinə başlanılmalı olan 
halda gətirilir. 
JİT modeli emalda olan partiyaların həcminin azalmasını, 
bitməmiş istehsalın praktik olaraq ləğvini, əmtəə material həc-
minin minimuma çatdırılmasını və sifarişlərin aylar və həftələr 
üzrə deyil, günlər və hətta saatlar üzrə  yerinə  yetirilməsini nə-
zərdə  tutur.  Bununla  da  həmçinin  istehsalın  uçotu  sistemi  də 
sadələşir,  belə  ki  materialların  uçotu  ilə  istehsal  məsrəflərinin 
uçotunun bir hesabda aparılmasına imkan yaranır. Bundan baş-
qa bu sistemin tətbiqində müəssisənin məsrəflərinin bir hissəsi 
qeyri-müstəqim kateqoriyasından müstəqim xərclər kateqoriya-
sına  keçir.  Məsələn,  istehsalı  JİT  modeli  ilə  təşkil  edərkən 


 
 
128 
 
məhsul istehsalı ilə məşğul olan istehsal xəttinin fəhləsi texniki 
xidmət, təmir və sazlama işlərini də yerinə yetirir, ənənəvi me-
todda isə bu işləri başqa işçilər yerinə yetirdikləri üçün bu xərc-
lər qeyri-müstəqim xərclər kateqoriyasına daxil olur. Bu da öz 
növbəsində məhsul vahidinin maya dəyərinin düzgün hesablan-
ması ilə nəticələnir.  
JİT prinsiplərinin tətbiqi istehsal məsrəflərinin uçotu sis-
temini sadələşdirir. Bu sadələşmə istehsalın keyfiyyətinin  yax-
şılaşması, xidmətin və dəyərin qiymətləndirilməsinin yaxşılaş-
dırılması ilə nəticələnir. 
JİT modelinin tətbiqinin nəticəsi olaraq materialların hə-
rəkəti aşağıdakı yazılışla rəsmiləşdirilir: 
1. Malsatan təşkilatlardan material alınmışdır 
Debet 202 “İstehsalat məsrəfləri” 
Kredit  431,  531  “Malsatanlar  və  podratçılarla  hesablaş-
malar” 
2. Hazır məhsul buraxılışı və satışı 
Debet 701 “Satışın maya dəyəri” 
Kredit 202 “İstehsalat məsrəfləri” 
Qeyri  -müstəqim  xərclərə  aid  edilən  bir  sıra  xərclər  JİT 
sisteminin  tətbiqi  şəraitində  müstəqim  xərclər  kateqoriyasına 
keçir (bax: cədvəl 14). 
 
Ənənəvi uçot sistemi ilə JİT uçot sisteminin müqayisəsi 
 
Cədvəl 14.  
S/n 
Məsrəflərin növləri 
Məsrəflərin kateqoriyası 
Uçotun 
ənənəvi 
sistemində 
JİT uçot 
sistemində 





Müstəqim əmək məsrəfləri 
müstəqim 
müstəqim 

Müstəqim material məsrəfləri 
müstəqim 
müstəqim 

Təmir və texniki xidmət 
qeyri-
müstəqim 
müstəqim 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə