Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   67

 
 
129 
 

Enerji təchizatı 
qeyri-
müstəqim 
müstəqim 

Cari material təminatı 
müstəqim 
müstəqim 

Keyfiyyətə nəzarət 
qeyri-
müstəqim 
müstəqim 

Bina və qurğuların amortizasiyası 
qeyri-
müstəqim 
qeyri-
müstəqim 

Sığorta ödəmələri, vergi və 
rüsumlar 
qeyri-
müstəqim 
qeyri-
müstəqim 

Binaların icarəsi 
qeyri-
müstəqim 
qeyri-
müstəqim 
10 
Texnoloji avadanlıqların 
amortizasiyası 
qeyri-
müstəqim 
müstəqim 
11 
İstehsala xidmət və onun idarə 
olunması 
qeyri-
müstəqim 
qeyri-
müstəqim 
JİT  modelinin  tətbiqinin  əsas  üstünlükləri  aşağıdakılar-
dan ibarətdir: 
1.  Modelin  tətbiqi  ehtiyatların  səviyyəsinin  azalması  isə 
nəticələnir ki, bu da əmtəə - material qiymətlilərə kapital qoyu-
luşunun azalması deməkdir. 
2. JİT sisteminin tətbiqi şəraitində sifarişlərin yerinə yeti-
rilməsinə  olan ümid və  etibarlılıq xeyli  yüksəlir və  materialla-
rın alınmasına və saxlanmasına sərf edilən vaxt azalır.  
3.    Bu  sistemin  tətbiqin  nəticəsində  istehsalın  keyfiyyəti 
yüksəlir. Məhsul sifarişinin miqdarı çox olmadıqda keyfiyyətlə 
bağlı problemlərin mənbələri tez aşkara çıxarılır və lazimi təd-
birlər həyata keçirilir. 
4. Material ehtiyatları və hazır məhsul saxlamaq üçün an-
bar binalarına qoyulan kapital məsrəfləri azalır; 
5. Ehtiyatların mənəvi köhnəlməsi riskinin azalması: 
6. Çıxdaşdan itkilərin azalması və yenidən düzəlməyə çə-
kilən xərclərin minimuma endirilməsi
7. Sənədləşdirmənin həcminin azalması; 


 
 
130 
 
8.  Əsas istehsal materiallarına sərf edilən xərclərin  onla-
rın keyfiyyətinin yüksəlməsi hesabına aşağı salınması. 
Əvvəlcə  həmin  məhsulu  daha  ucuz  eləmək  lazımdır  ki, 
bu da xüsusi bacarıq tələb edən bir sənətdir. Rəqobin həmin işi 
görməyəcəyini  təsəvvür  etmək  sadəlöhvlük  olardı.  JİT 
modelinin tətbiqi istehsalat uçotunun xarakterinə də ciddi təsir 
göstərir.  Onun  tətbiqi  şəraitində  qeyri-müstəqim  xərclərin  bir 
hissəsi  müstəqim  məsrəflər  kateqoriyasına  keçir.  Bu  modeldə 
istehsalat  uçotu  dəyərin  idarə  edilmə  sisteminə  dəyişilir 
(çevrilir)  və  menecerlərin  məhsulun  tərkibi,  maya  dəyəri,  qiy-
məti,  növləri  və  satış  yolları  haqqında  səmərəli  idarəetmə  qə-
rarlarının qəbulu sahəsində menecerlərin tələbatının ödənilməsi 
üçün istifadə edilir. 
 
10.3. “Target - Kosting” uçot sistemi 
 
Bazar iqtisadiyyatı şəraitində yüksək gəlir əldə etmək üs-
tünlüyünə  nail  olmaq  uğrunda  mübarizə  bir  qayda  olaraq,  son 
dərəcə  məhdud tədbirlərdə  əks  olunur ki,  bu da “rəqibə nisbə-
tən  ucuz  satmaq”,  “başqasından  fərqlənən  məhsul  istehsal  et-
mək”, “keyfiyyətli məhsul istehsal etmək” kimi  şüarlar altında 
həyata keçirilir.  Hal-hazırda alıcı  yalnız keyfiyyətə  görə  deyil, 
məhsulun digər göstəricilərinə  qarşı da çox tələblər irəli sürür. 
Hal-hazırda  məsrəflərin  çeşidi  əhəmiyyətli  dərəcədə  genişlən-
mişdir, bu proses dayanmır, əksinə gündən-günə artır. 
Bir çox sahələrdə istehsalçılar nisbətən sabit bazar və is-
tehsal texnologiyasına malik olduğu bir şəraitdə külli miqdarda 
standart  məhsullarını  sata  bilmirlər.  Müasir  bazar  dəyişkəndir, 
texnologiya  isə  sürətlə  inkişaf  və  tərəqqi  edir  ki,  bu  da  mene-
cerləri  məcbur  edir  ki,  istehlakçıların  davranışlarına  istinad 
edərək  idarəetmədə  yeni  yanaşmalardan  istifadə  etsin 
məsrəflərin  planlaşdırılması,  ölçülməsi,  uçotu  və  nəzarət 
sahəsində  müvafiq  vasitələr  işləyib  hazırlasın.  Problemin 


 
 
131 
 
özünün  dərk  edilməsi  və  onun  həlli  yollarının  axtarışı  ondan 
ibarətdir ki, öz məhsulunu rəqibə nisbətən ucuz satmaq, bu isə 
xüsusi  bacarıq  tələb  edən  sənətdir.  Bu  problemə  ənənəvi 
yanaşma  istehsal məsrəflərinin aşağı salınmasıdır. Bunun üçün 
uçotun  “Standart  -  Kosting”,  “Direkt  -  Kosting”  və  s.  kimi 
modellər  tətbiq  edilir.  Əvvəllər  məsrəflərin  idarəedilməsi  və 
uçotunun  bu  metodu  özünü  doğruldurdu,  indi  isə  bir  çox 
mütəxəssislər  belə  hesab  edirlər  ki,  vərdiş  etdiyimiz 
yanaşmalara  yenidən  baxılması  vaxtı  çatmışdır,  onlar  müasir 
rəqabət  mühitinin  tələbləri  ilə  uzlaşmır.  Qarşıda  duran  ən 
mühüm  və  ən  yeni  vəzifələrdən  biri  innovasiya  məhsullarına 
məsrəflərin 
uçotu 
və 
maya 
dəyəri 
kalkulyasiyasının 
metodologiyasının yeniləşdirilməsindən ibarətdir. 
Təcrübədə  bir  çox  müəssisələr  məsrəflərin  azaldılması 
uğrunda  real  olaraq  o  vaxt  mübarizəyə  başlayırlar  ki,  məhsul 
artıq  işlənib  hazırlanmış  və  satışa  və  ya  istehlaka  verilmişdir. 
Məhz  məhsul  istehsalı  tsikli  başa  çatdıqdan  sonra  məlum  olur 
ki,  məhsulun  maya  dəyəri  həddindən  artıq  yüksəkdir.  Ola 
bilərmi  ki,  onu  qabaqcadan  müəyyənləşdirmək  və  artıq  xərcə 
yol  verilməməsi  istiqamətində  müvafiq  tədbirlər  həyat 
keçirmək  mümkün  olsun.  Daha  dəqiq  desək  belə  bir  sual 
yaranır öz məhsulunu ucuzlaşdırmağa nə vaxt başlamaq lazım? 
Yaponiyanın istehsal menecmenti üzrə mütəxəssisləri bu 
suala hələ 1960-cı illərdə inandırıcı cavab verdilər və məqsədli 
maya  dəyəri  “Target  –  Kosting  (yapon  dilində  -  genyua 
kikaku)” idarəetmə konsepsiyasını işləyib hazırlayacaq sadə və 
səmərəli qərar təklif etdilər.  
Bu model ilk dəfə 1965-ci ildə “Toyoto” şirkətində tətbiq 
edildi. Onun ilkin forması Amerika Birləşmiş Ştatlarında 1947-
ci ildə “General electric” şirkətində başda L.Mays olmaqla bir 
qrup  mühəndislər  tərəfindən  işlənib  hazırlanmışdır.  Onlar 
tərəfindən  işlənib  hazırlanan  məsrəflərin  məqsədli  idarə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə