Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   67

 
 
138 
 
MÖVZU 11. İSTEHSALIN UÇOTU VƏ MƏHSULUN 
MAYA DƏYƏRİNİN KALKULYASİYASI 
 
11.1. Məsrəflərin uçotu və məhsulun maya dəyəri 
kalkulyasiyası üzrə ümumi müddəalar 
 
Məhsulun maya dəyəri müəssisənin istehsal, təsərrüfat və 
maliyyə fəaliyyətinin bütün cəhətlərini özündə ehtiva edən gös-
təricidir. Ona görə də istehsal məsrəflərinin uçotu və məhsulun 
maya dəyərinin kalkulyasiyası mühasibat uçotunun əsas sahələ-
rindən  biri  hesab  olunur.  Mövcud  planlaşdırma  sistemində 
müəssisənin  fəaliyyətini  qiymətləndirmək  üçü  istifadə  edilən 
əsas göstəricilərdən biri də  mənfəət göstəricisidir. Müəssisənin 
istehsal  təsərrüfat  fəaliyyətinin  yaxşılaşdırılmasında  və  mən-
fəətin  artırılmasında  maya  dəyərinin  aşağı  salınması  həlledici 
rol oynayır. Bu baxımdan da müəssisələrdə məsrəflərin uçotu-
nun tələb olunan səviyyədə aparılmasına (təşkilinə) və məhsu-
lun  maya  dəyərinin  kalkulyasiyasının  dəqiq  və  düzgün  hesab-
lanmasına xüsusi fikir verilir. Mühasibat uçotu məhsulun isteh-
salı  və  satışı  ilə  bağlı  olan  xərclərin  düzgün  əks  etdirilməsini, 
onların  üzərində  ciddi  nəzarət  olunmasını  təmin  edir  və  maya 
dəyərinin  aşağı  salınması  planının  yerinə  yetirilməsinə müsbət 
təsir  göstərir.  Buradan  da  məsrəflərin  uçotunun  əsas  vəzifəsi 
aşağıdakılardan ibarətdir: 
1.  Məhsulun  istehsalı  və  satışı  ilə  əlaqədar  olan  faktiki 
xərclərin vaxtında, tam və düzgün əks etdirilməsi
2.  Norma,  normativlər,  smeta  və  limitlərlə  müqayisə  et-
məklə istehsal prosesində istifadə olunan material resurslar, pul 
vəsaitləri və əmək məsrəfləri üzərində nəzarətin təşkili
3.  Müəssisənin  sexlərə  və  digər  struktur  bölmələri  üzrə 
faktiki məsrəflərin aşkara çıxarılması; 
4. Müəyyən hesabat dövrləri üzrə müəssisənin istehsal tə-
sərrüfat  fəaliyyətinin  nəticələrini  aşkara  çıxarmaq  və  istehsal 


 
 
139 
 
məsrəflərinin azaldılması (ixtisar edilməsi) ehtiyatlarının aşka-
ra çıxarılması məqsədi ilə məhsulun maya dəyəri planının yeri-
nə yetirilməsi vəziyyətinin yoxlanılması, təhlili və qiymətləndi-
rilməsi kimi işlərin həyata keçirilməsi
5.  Əmtəəlik  məhsulun,  bitməmiş  istehsalın  və  konkret 
növ məhsulların daha düzgün hesablanmasının təmin edilməsi. 
Sovet  dövründə  sənayedə  istehsal  məsrəflərinin  planlaş-
dırılması və uçotunun məhsulun maya dəyərinin hesablanması 
metodologiyasını  tənzimləyən  əsas  sənəd  “Sənaye  müəssisələ-
rində  məhsulun  maya  dəyərinin  planlaşdırılması  uçotu  və  kal-
kulyasiyası” üzrə təlimat olmuşdur. Bu sənədə əsasən nazirlik-
lər  və  baş  idarələr  tərəfində  sənayenin  ayrı-ayrı  sahələri  üçün 
“Məhsulun  maya  dəyərinin  planlaşdırılması,  məhsulun  uçotu 
və kalkulyasiyası” üzrə təlimatlar hazırlanmışdır. 
İstehsal  müəssisələrinin  maliyyə,  təsərrüfat  fəaliyyəti 
yoxlanılarkən və təhlil edilərkən daxili və xarici auditorlar tərə-
findən yoxlanılarkən istehsal məsrəflərinin uçotunun əsas prin-
siplərinə ciddi riayət  etməlidirlər.  İstehsal  məsrəfləri uçotunun 
təşkilində  və  məhsulun  maya  dəyərinin  kalkulyasiyasında  ən 
mühüm  şərtlərdən biri  də  istehsal məsrəflərinin  düzgün təsnif-
ləşdirilməsidir.  Məhsulun  maya  dəyərini  təşkil  edən  xərcləri 
uçota  alarkən  və  məhsulun  plan  və  faktiki  maya  dəyərini  he-
sablayarkən  məhsulun  maya  dəyərinə  daxil  edilən  və  edilmə-
yən xərclər haqqında real biliyə malik olmaq və həmin xərcləri 
bir-birindən düzgün ayırd etməyi bacarmaq lazımdır.  
Əks halda məhsulun maya dəyəri digər mənbələr hesabı-
na silinməli olan xərclər hesabına şişirdilmiş olar. 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  məhsulun  maya  dəyərinə 
daxil edilməyən xərclər əsas vəsaitlərin əsaslı təmirinə sərf edi-
lən məsrəflər, müəssisə işçilərinin mədəni-məşğul ehtiyaclarına 
çəkilən xərclər, bank kreditləri üçün ödənişlərin faiz məbləğlə-
ri, cərimələr, premiyalar, dəbbə pulları və s. xərclər aiddir. Bu 


 
 
140 
 
xərclər yaradılmış xüsusi fondlar, mənfəət və s. mənbələr hesa-
bına silinir. 
Məsrəflər əsasən aşağıdakı əlamətlər üzrə təsnifəşdirilir: 
1. məsrəflərin iqtisadi məzmununa görə
2. məsrəflərin texniki-iqtisadi təyinatına görə; 
3. məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə; 
4. məhsulun həcmi ilə bağlı olan xüsusiyyətlərə görə. 
İqtisadi məzmununa görə istehsal məsrəfləri iqtisadi ele-
mentləri və kalkulyasiya maddələri xərc maddələri üzrə təsnif-
ləşdirilir. 
İqtisadi elementlər dedikdə məhsul istehsalına ilkin eyni-
cinsli məsrəflər başa düşülür. Bu xərcləri müəssisə çərçivəsin-
də tərkib hissələrinə parçalamaq mümkün deyil. Məsələn, xam-
mal  və  əsas  material,  köməkçi  materiallar,  əməkhaqqı,  kənar-
dan satın alınan enerji və s. Məsrəflərin elementlər üzrə bölgü-
sü bütövlükdə müəssisə üzrə plan və faktiki istehsal məsrəfləri-
ni müəyyən etmək üçün lazımdır. 
Məsrəflər  texniki-iqtisadi  təyinatı  və  məqsədli  istifadəsi 
üzrə - əsas xərclərə və istehsala xidmət və idarəetmə xərclərinə 
ayrılır. 
Əsas xərclərə məhsul buraxılışının texnoloji proseslərinin 
yerinə yetirilməsi və satışı ilə əlaqədar olan xərclər daxildir. Bu 
xərclərə  -  sərf  edilmiş  xammalın,  materialların,  yarımfabrikat-
ların maya dəyəri; texnoloji məqsədlər üçün istifadə edilən ya-
nacaq  və  enerjinin  maya  dəyəri;  istehsalat  fəhlələrinin  əsas  və 
əlavə əmək haqqı; bu işçilərin əmək haqqından sosial sığortaya 
ayrılmalar; istehsalın hazırlanması və mənimsənilməsi xərcləri. 
İstehsala xidmət və idarəetmə xərcləri – istehsal prosesi-
nin təşkili və xidməti və onların ayrı-ayrı bölmələr, həm də bü-
tövlükdə idarə  olunması  ilə  əlaqədar olan  xərclərdən ibarətdir. 
Bu xərclərə  üstəlik xərclər də deyilir.  Bunlara idarə aparatının 
saxlanılması  xərcləri,  istehsala  xidmət  xərcləri,  əmək  mühafi-
zəli,  bina  və  qurğuların  saxlanılması  xərcləri  və  s.  daxildir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə