Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   67

 
 
144 
 
3.  Materialın  normativ  sərfiyyatını  faktiki  sərf  edilən 
materialın  miqdarı  ilə  müqayisə  etməklə  sərfiyyat  faizini 
(nisbətini) təyin edirlər. 
4. 
Normativ 
sərfiyyat 
alınmış  nisbətlə  təshih 
(korrektirovat)  etməklə  konkret  növ  məhsula  sərf  edilən 
material sərfiyyatı təyin edilir. 
 
11.3. Qeyri-müstəqim xərclərin uçotu və bölüşdürülməsi 
 
Sənayedə  istehsalata  xidmət  və  idarəetmə  xərclərinə 
maşın  və  avadanlıqların  saxlanılması  və  istismarı  xərcləri, 
ümumistehsalat və ümumtəsərrüfat xərcləri daxildir. Sadalanan 
xərclərin  “İstehsala  xidmət  və  idarəetmə  xərcləri”  anlayışı 
altında  birləşməsi  aşağıda  göstərilən  ümumi  xüsusiyyətlər  ilə 
bağlıdır: 
1. Yuxarıda sadalanan xərclər hamısı  kompleks xarakter 
daşıyır; 
2.  İki  və  daha  çox  məhsul  buraxan  müəssisələrdə  bu 
xərcləri  məhsulun  maya  dəyərinə  birbaşa  aid  etmək  mümkün 
deyil,  onlar  bir  tərəfdən  hazır  məhsul,  yerinə  yetirilən  işlər  və 
göstərilən xidmətlər, digər tərəfdən bitməmiş istehsal arasında, 
sonra  isə  qeyri-müstəqim  xərc  kimi    ayrı-ayrı  məhsul  (iş  və 
xidmət  növləri)  növləri  arasında  bölüşdürülürlər.  Beləliklə 
kalkulyasiyanın düzgünlüyü əhəmiyyətli dərəcədə bu xərclərin 
qəbul edilmiş bölüşdürülmə üsulundan asılıdır; 
3. Növləri üzrə xərclərin uçotu vahid sxem üzrə aparılır: 
xərc  nomenklaturalarına  uyğun  olaraq  məsrəflərin  analitik 
uçotu  maddələr  üzrə  aparılır.  Onların  uçotu  təşkil  edilən 
hesabların ayın axırına qalığı olmur. 
4.  Məsrəflər  üzərində  nəzarətin  vahid  metodikası 
mövcuddur. Hər bir xərc növü üzrə maddələrə ayırmaqla ayrıca 
smeta  tərtib  edilir  ki,  bu  da  faktiki  məsrəfləri  maddələr  üzrə 
smeta  göstəricisi  ilə  müqayisə  etməyə  imkan  verir.  İqtisadi 


 
 
145 
 
məzmunu  nöqteyi–nəzərdən  ümumistehsalat  xərclərinin  çox 
hissəsi  məhsul  istehsalı  prosesində  iştirak  edən  əmək 
vəsaitlərinin  saxlanılması  ilə  bağlıdır,  ona  görə  üstün 
əlamətlərinə əsasən bu xərclər əsas, yəni texnoloji xərclərə aid 
edilməlidir,  bu  xərclərin  digər  hissəsi  ümumtəsərrüfat  xərcləri 
istehsalın idarəetmə və xidmət xərclərini təşkil edir və ona görə 
də üstəlik (qeyri-texnoloji) xərclərə daxil olunur. 
Ümumistehsalat xərclərinin  müəyyən bir hissəsini  şərti-
dəyişən xərclərə aid etmək olar ki,  bunlara da istehsalat maşın, 
avadanlıq,  mexanizm  və  nəqliyyat  vasitələrini  hərəkətə 
gətirmək  üçün  istifadə  edilən  enerji  resurslarını,  maşın  və 
dəzgahlara  və  iş  yerlərinə  cari  xidmət,  yağlama  və  silmə 
materiallarının  dəyəri,  sazlayıcıların  və  xırda  təmir  və  digər 
işçilərin  əmək  haqqı,  müəssisə  daxilində  material  və 
məhsulların hərəkəti və s. xərcləri aid etmək olar. Bu xərclərin 
həcmi  ən  çox  məhsul  istehsalının  həcmi  ilə  əlaqədar  olduğu 
üçün onları üstəlik xərc adlandırmaq olmaz. 
Mövcud  qanunvericiliyə  və  normativ  sənədlərə  uyğun 
olaraq  ümumistehsalat  xərclərinə  sex  idarə  aparatının  və  sair 
sex  heyətinin  əmək  haqqı,  bina  qurğu  və  inventarların 
amortizasiyası,  cari  təmiri  və  saxlanılması  xərcləri,  sınaq, 
təcrübə,  tədqiqat,  səmərələşdirmə  və  ixtira  xərcləri,  əmək 
mühafizəsi  xərcləri,  azqiymətli  və  tez  xarab  olan  əşyaların 
köhnəlməsi,  boşdayanmadan,  material  qiymətlilərin  xarab 
olması  və  saxlanması  xərcləri,  material  qiymətlilərin  və 
bitməmiş  istehsal  qalığının  çatışmazlığı,  sair  qeyri-məhsuldar 
xərclər və s. daxildir. 
Ümumtəsərrüfat 
(üstəlik) 
xərclərə 
müəssisənin 
bütövlükdə idarə olunması və xidməti ilə bağlı olan xərclər aid 
edilir ki, bunlara da əsasən bölmələr üzrə aşağıdakılar daxildir: 
a) Müəssisənin idarə olunması (müəssisə idarə aparatının 
əmək  haqqı,  ezamiyyət  və  yerdəyişmə  xərcləri,  yanğından 


 
 
146 
 
mühafizə,  hərbiləşdirilmiş  keşikçi  dəstəsi  xərcləri  və  sair 
xərclər); 
b)  Ümumtəsərrüfat  xərcləri  (ümumzavod  təyinatlı  əsas 
vəsaitlərin  amortizasiyası,  təmiri  və  saxlanılması  xərcləri, 
ümumzavod  laboratoriyalarının,  sınaq,  təcrübə,  elmi-tədqiqat, 
kəşfiyyat  və  texniki  təkmilləşdirmə  xərcləri,  əmək  mühafizəsi 
və kadr hazırlığı və s. xərclər); 
c) Vergilər, rüsumlar və s. ödənişlər
ç) 
Qeyri-məhsuldar 
xərclər 
(boşdayanamadan, 
ümumzavod  anbarında  saxlanılan  materialların  xarab 
olmasından  itkilər  (artıqgəlmələr  çıxılmaqla)  sair  qeyri-
məhsuldar xərclər). 
Bütün  bu  yuxarıda sadalanan ümumistehsalat  və  ümum-
təsərrüfat  (ümumzavod)  xərcləri  ay  ərzində  toplayıcı  –  bölüş-
dürücü  hesablarda  (721  (25,  26),  731  (47,48)  N-li  hesablarda 
və  uçotun  jurnal  –  order  forması  ilə  işləyən  müəssisələrdə  12 
N-li və 15 N-li köməkçi cədvəldə) uçota alınır və ayın sonunda 
sexlər, axınlar, aqreqatlar, qovşaqlar və nəhayət ayrı-ayrı məh-
sullar arasında bölüşdürülür. 
Ümumistehsalat və ümumtəsərrüfat  (ümumzavod xərclə-
ri)  xərclərinin  sintetik  və  analitik  uçotu  “Maliyyə  uçotu”  fən-
nində daha geniş öyrənildiyi üçün biz burada əsas fikrimizi hə-
min xərclərin uçot və kalkulyasiya obyektləri arasında necə bö-
lüşdürülməsi  və  müvafiq  maya  dəyərlərinin  necə  aid  edilməsi 
kimi  məsələlərə  yönəltmişik.  Təcrübədə  qeyri-müstəqim  xərc-
lərin  məhsul,  iş  və  xidmət  növləri  arasında  bölüşdürülməsinin 
bir neçə üsulundan istifadə edilir. 
Mütənasib bölgü bazasına, əsasən, aşağıdakılar daxildir: 
1.   İstehsalat fəhlələrinin əsas əmək haqqı; 
2. Emal məsrəfləri
3. Müstəqim (birbaşa) məsrəflər
4. Avadanlığın işinin maşın – saat əmsalı üzrə smeta də-
rəcəsi (stavkası); 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə