Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   67

 
 
153 
 
məsi hesab olunur, ona görə də bir çox sənaye müəssisələrində 
o planlaşdırılmır. Bir sıra istehsal sahələrində (tökmə, şüşə is-
tehsalı,  vakuum  və  s.)  çıxdaşın  qarşısını  tam  almaq  mümkün 
deyil.  Texnoloji  cəhətdən zəruri  olan mərhələlər  üçün planlaş-
dırılır. 
Aşkara çıxarılan qüsurların xarakterindən asılı olaraq çıx-
daş  düzəldilə  bilən  və  düzəldilə  bilməyən  çıxdaşa  ayrılır.  Dü-
zəldilməsi texniki  cəhətdən mümkün olan və iqtisadi  cəhətdən 
məqsədəuyğun  olan  və  düzəldikdən  sonra  texniki  şərtlərə  və 
yaxud standartların tələblərini təmin edə bilən detallar, qovşaq-
lar,  məmulatlar,  işlər  düzəldilə  bilən  çıxdaşlar  hesab  olunur. 
Əgər qüsurların düzəldilməsi texniki cəhətdən mümkün deyilsə 
və yaxud nöqsanın aradan qaldırılması xərci çıxdaşdan olan itki 
məbləğindən  çox  olursa,  həmin  detalları,  qovşaqları,  işləri    və 
s. düzəldilə bilməyən qəti (son) çıxdaşa aid edirlər. 
Aşkara  çıxarılma  yerinə  görə  çıxdaşlar  daxili  (müəssisə 
daxilində) və xarici çıxdaş (istehlakçıda) olmaqla iki yerə ayrı-
lır. Bütün hallarda istehsalatda aşkara çıxarılan çıxdaşlar müva-
fiq  sənədlə  rəsmiləşdirilməlidir.  Ən  çox  geniş  yayılmış  sənəd 
“Çıxdaş haqqında akt” hesab olunur. Bu sənəddə texniki nəza-
rət  şöbəsinin  işçisi  tərəfindən  çıxdaş  edilmiş  məmulatın  adı, 
onun texniki nömrəsi, əməliyyat nömrəsi, kodu, çıxdaşın səbə-
bi  və  s.  göstərilir.  Çıxdaş  haqqında  aktda  müstəqim  məsrəf 
maddələri  üzrə  çıxdaşı  kalkulyasiya  etmək  üçün  xüsusi  bölmə 
ayrılır. 
Müəssisələrdə  çıxdaşın  rəsmiləşdirilməsi  uçotu  və  silin-
məsinə dair təlimat işləyib hazırlayırlar. Bu təlimatda istehsalın 
sahəvi  və  texnoloji  xüsusiyyətindən  asılı  olaraq  çıxdaşın  no-
menklatura nömrələri, səbəbləri və çıxdaşa məsuliyyət daşıyan 
xidmət və işçi müəyyən edilir. 
İstehsalatda  baş  verən  ən  mühüm  vəzifələrindən  biri  də 
çıxdaşı  törədən  səbəblərin  aradan  qaldırılmasından  ibarətdir. 
Çıxdaş haqqında aktlar tərtib edilərək Hesablama Mərkəzlərinə 


 
 
154 
 
təqdim  olunur  və  bununla  da  çıxdaşın  əmələ  gəlmə  səbəbləri, 
növləri, sexlər, axınlar, sahələr və s.  üzrə operativ olaraq gün-
dəlik və yaxud beşgünlük icmal məlumat almaq olur. 
Xərclərin  kalkulyasiya  maddələrinin  nümunəvi  nomenk-
laturasında  “Çıxdaşdan  itkilər”  maddəsi  nəzərdə  tutulmuşdur 
ki, burada da aşağıdakılar göstərilir: 
1. Qəti çıxdaş edilmiş məhsulun maya dəyəri (tutulmalar 
və ödəmələr çıxılmaqla); 
2.  Düzəldilən  çıxdaşın  qüsurlarının  aradan  qaldırılması 
üzrə xərcləri; 
3.  Avadanlıqların  müəyyən  edilmiş  normadan  artıq  saz-
lanması  (sahmana  salınması)  xarab  olmuş  materialların  və  ya-
rımfabrikatların dəyəri; 
4. Təminat üzrə aparılan təmir xərclərinin müəyyən edil-
miş normadan artıq sərf edilmiş məbləği. 
Çıxdaş üzrə bütün əməliyyatların uçotu “İstehsalatda çıx-
daş”  sintetik  kalkulyasiya  hesabında  uçota  alınır.  Bu  hesabda 
analitik  uçot  ayrı-ayrı  struktur  bölmələri,  məhsul  növləri,  xərc 
maddələri  və  çıxdaşa  məsuliyyət  daşıyan  şəxslər  üzrə  aparılır. 
Hesabdarlığın jurnal-order formasını tətbiq edən müəssisələrdə 
14 N-li cədvəldə uçotun maşınqeydiyyatlı formasında isə xüsu-
si  maşınqrammalarda  aparılır.    Yeni  hesablar  planına 
(18.06.2006-cı  il  tarixli)  görə  məhsulun  maya  dəyərini  əmələ 
gətirən xərclər həm elementlər
 
, həm də kalkulyasiya maddələri 
üzrə qruplaşdırılır.  
Çıxdaşla bağlı olan əməliyyatların uçotu elementlər üzrə 
qruplaşmada “sair xərclər” maddəsində, kalkulyasiya maddələ-
ri üzrə qruplaşmada isə “çıxdaşdan (zaydan) olan itkilər” mad-
dəsində aparılır. Çıxdaş (zay) məhsulun düzəldilməsinə çəkilən 
xərclərin  uçotu  isə  731  N-li  “Sair  əməliyyat  xərcləri”  sintetik 
hesabında aparılır. 
İstehsal  məhsulları  və  yarımfabrikatları  böyük  (çox)  no-
menklaturalı müəssisələrdə çıxdaş məhsulu ya plan maya dəyə-


 
 
155 
 
ri, ya da normativ maya dəyəri ilə qiymətləndirirlər. Çıxdaşdan 
itkiləri  mümkün  istifadə  qiyməti  ilə  qiymətləndirməklə  alınan 
tullantının  dəyəri  qədər  azaltmaq  lazımdır.  Bu  qaydada  təyin 
edilən  xərci  konkret  cavabdeh  şəxsin  əmək  haqqından  tutulan 
məbləğ  və  mümkün  istifadə  qiyməti  ilə  qiymətləndirilən  (alı-
nan) materialın dəyəri qədər azaltmaq olar. 
Bütün daxili qəti (son) çıxdaş (zay) məhsula cədvəl (ma-
şınqramma) tərtib edilir (bax cədvəl N 19). Cədvəlin 1-8 və 12-
13-cü sütunları çıxdaş (zay) məhsul haqqında tərtib edilmiş ak-
ta  əsasən  doldurulur.  Alınan  hesablaşmalar  qüvvədə  olan  nor-
mativlərə  əsasən  yerinə  yetirilir.  Qəti  çıxdaş  edilmiş  məhsula 
aid olan bütün xərclər əsas istehsal məsrəflərinə daxil edilmiş-
dir. Ona  görə  də  çıxdaş  (zay) məhsulun maya dəyərinə  (233,8 
min manat) aşağıdakı kimi yazılış verilir: 
Debet  “İstehsalatda çıxdaş (zay) məhsul 
Kredit “İstehsalat məsrəfi” 


 
 
156 
 
Daxili son çıxdaşdan (zay məhsuldan) itkilərin maşinoqramması 
 Cədvəl 19. 
Kodlar 
Ç
ıx
da
ş e
di
lmi
ş 
m
əmu
la


m
iq
da

 

d
əd)
 
Çıxdaş edilmiş məhsulun maya dəyəri 
S
ex
 
Ç
ıx
da
şı



 
Ç
ıx
da
şı


b
əbi
 
Ç
ıx
da
şa
 müq
əss
ir
 
şə
xs
 
D
et
al
la
r,
 q
ov
şa
ql
ar
 
X
a
mm
a

v
ə 
əsa

ma
te
ri
a

İst
eh
sa
l f
əhl
əl
ər
in
in
 
əm
ək
 h
aq

 
S
o
si
a


m
in
a
ta
 
ay
ır
ma
la

Ü
mumi
st
eh
sa
la

x
ər
cl
əri
 
M
əsr
əfl
ər
in
 y
ek
u
n
u
 
M
ü
mkü
n
 i
st
if
a
d
ə 
q
iy
m
ət

ü
zr
ə 
çı
xd

ın
 d
əy
əri
 
Müq
əssi

şə
x
sd
ən 
tu
tu
lma
 
M
a
ls
a
ta
n
 t
ər
əf
in
d
ən 
öd
ən
ilm
işd
ir
 
Ç
ıx
da
şd
an
 it
ki



tu
n
u
 
11
-(
1
2
+
1
3
+1
4










10 
11 
12 
13 
14 
15 
18 



3765 

1100 
190 
70 
173 
1533 
807 


726 
18 



3786 

1720 
270 
100 
121 
2211 
412 
230 

1569 
18 



3114 
11 
3720 
380 
141 
311 
4552 
102 
 
2500 
1031 
Və.s 





10370 
5925 
2193 
4850 
23338 
7427 
1236 
9400 
5275 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə