Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   67

 
 
150 
 
dəyərinə  birbaşa  daxil  etmək  olmur.  Ay  ərzində  toplayıcı  bö-
lüşdürücü hesablarda cəmlənir və ayın sonunda müvafiq baza-
ya əsasən hazır məhsul və bitməmiş istehsal arasında sonra isə 
ayrı-ayrı  məhsul  növləri  arasında  bölüşdürülmək  konkret  növ 
məhsulun maya dəyərinə daxil edilir. 
 
“Azər” kiçik müəssisəsinin ümumtəsərrüfat xərcləri 
Cədvəl 18. 
S/n 
Məsrəf maddələri 
Məbləğ (manat) 
Hazır 
məhsul 
Bitməmiş 
istehsal 
Yekun  

İdarəetmə heyətinin əmək 
haqqı və sosial təminata 
ayırmalar 
173236 
21411 
194647 

Xidməti ezamiyyə xərcləri 
9687 
1197 
10884 

Ümumtəsərrüfat təyinatlı 
əsas vəsaitlərin 
amortizasiyası 
2384 
295 
2679 

Dəftərxana, poçt və rabitə 
xərcləri 
3600 
445 
4045 
 
Yekun  
188907 
23348 
212255 
Ümumtəsərrüfat xərclərinin müstəqim material 
məsrəflərinə mütənasib olaraq bölüşdürülməsi 
 
Əvvəlki sualda göstərildiyi kimi hazır məhsula düşən ma-
terial məsrəflərinin payı 89% təşkil edir, bitməmiş istehsala isə 
11%. 
Məhsulun  maya  dəyərinə  daxil  edilən  ümumtəsərrüfat 
xərclərinin  məbləği  ümumtəsərrüfat  xərclərinin ümumi  məblə-
ğini 0.89 əmsalına vurmaq lazımdır: 
212255 manatx0.89 =188907 manat 
Bitməmiş  istehsala  düşən  ümumtəsərrüfat  xərclərinin 
məbləği təşkil edir: 
212255 manatx0.11 =23348 manat və yaxud 
212255-188907 =23348 manat 


 
 
151 
 
Ümumtəsərrüfat  xərclərinin  buraxılan  məhsul  növləri 
arasında  bölüşdürülməsi  ümumistehsalat  xərclərinin  bölüşdü-
rüldüyü prinsiplər üzrə həyata keçirilir. 
A məhsulu üzrə 188907x0.54 =102009 manat 
B məhsulu üzrə 188907x0.29 =54784 manat 
C məhsulu üzrə 188907x0.17 =32114 manat 
                                  188907 manat 
Deməli,  188907  manat  ümumtəsərrüfat  xərcinin  102009 
manatı A məhsulunun, 54784 manatı B məhsulunun, 3244 ma-
natı isə C məhsulunun maya dəyərinə daxil edilməlidir. 
Bitməmiş istehsalın payına düşən 23348 manatın ayrı-ay-
rı məhsul növləri arasında bölüşdürülməsini araşdıraq. 
Müəssisənin  uçot  siyasəti  haqqında  əmri  hazırlanarkən 
baş mühasib, müəssisənin rəhbəri və iqtisadi və istehsal xidmə-
ti  müəssisələri  qeyri-müstəqim  xərclərin  bölüşdürülməsinin 
hansı üsulunun müəssisə üçün daha əlverişli olması mütləq təh-
lil edilməlidir. Ayrı-ayrı növ məhsulların maya dəyərinin  yük-
sək  olması  satışa  daha  yüksək  qiymət  təyin  edilməsi  ilə  nəti-
cələnir ki, bu da bir qayda olaraq alıcı təklifinə mənfi təsir edir. 
Hesabdarlığın jurnal – order forması ilə işləyən müəssisə-
lərdə,  köməkçi  istehsalat  bölmələrində  məsrəfləri  uçota  almaq 
üçün 12 N-li cədvəldən istifadə edilir. Köməkçi istehsalat fəa-
liyyətinin nəticələri, onların təyinatından asılı olaraq məhsulun 
təhvil qaiməsi, yerinə yetirilmiş işlərin qəbul təhvil aktları, yol 
vərəqləri, texnologiya, mexaniki xidmət şöbə rəhbərlərinin ara-
yışları və digər sənədlərlə rəsmiləşdirilir. 
Köməkçi  istehsalatın məhsulları,  işləri, xidmətləri müəs-
sisə daxilində istehlak olunur və yaxud alıcılara və sifarişçilərə 
satılır.  Köməkçi  istehsalatın  müəssisə  daxilində  istifadə  edilən 
əmək məhsulları üzrə faktiki məsrəflər məhsul, iş və xidmət is-
tehlakçıları,  bölmələr  arasında,  bölmələr  daxilində  isə  uçot  və 
kalkulyasiyanın  digər  obyektləri  üzrə  bölüşdürülür.  Bu  bölüş-
dürmənin əsas ölçüsü müəssisənin uçot siyasətində qəbul edil-


 
 
152 
 
miş  variant  məhsul  (iş,  xidmət)  normativ  (plan)  maya  dəyəri, 
əmək haqqı məbləği, material xərcləri, müstəqim xərclər və s. 
ola bilər. 
Ümumistehsalat,  ümumtəsərrüfat  və  köməkçi  istehsalat 
uçotu  və  bölüşdürülməsi  üzrə  məlumatlar  məhsul  (iş,  xidmət) 
istehsalat məsrəflərinin icmal uçot cədvəlində, 10 və 10/1 nöm-
rəli jurnal orderlərdə, eləcə də hazır məhsulun (iş və xidmətin) 
faktiki  maya  dəyərinin  kalkulyasiya  cədvəlində  əks  etdirilir. 
Ayrı-ayrı  məhsul  növlərinin  maya  dəyərinin  kalkulyasiyalaş-
dırma üzrə rəqəm məlumatları kalkulyasiya kartoçkalarında əks 
etdirilir. 
 
11.4. Qeyri-məhsuldar xərclərin uçotu və silinmə qaydası 
 
İstehsal  məsrəflərinin  mühasibat  uçotunun  təşkilinin  ən 
mühüm problemlərindən biri də çıxdaşdan, boş dayanmalardan, 
materialların, yarımfabrikatların çatışmazlığı və xarab olmasın-
dan əmələ gələn qeyri-məhsuldar xərclərin və itkilərin vaxtında 
və düzgün aşkara çıxarılması və müəyyən edilməsidir. 
Qeyri-məhsuldar xərclər  və itkilər, onların  xarakterindən 
və növündən asılı olaraq müxtəlif kalkulyasiya maddələri üzrə 
məhsulun  maya  dəyərində  əks  etdirilir.  Belə  ki,  xarici  səbəb 
üzündən  (material  və  enerji  resurslarının  vaxtında  tədarük 
olunması və s.)  yaranan boşdayanmalardan  əmələ gələn itkilər 
ümumtəsərrüfat  xərclərinin,  sexlərin,  emalatxanaların  və  digər 
struktur  bölmələrin  təqsiri  üzündən  əmələ  gələn  itkilər  isə 
ümumistehsalat xərclərinin tərkibində uçota alınır. 
İstehsalat çıxdaşı dedikdə, öz keyfiyyətinə görə müəyyən 
edilmiş  standartlara və  yaxud texniki şərtlərə  uyğun gəlməyən 
və öz təyinatı üzrə istifadə etmək mümkün olmayan yarımfab-
rikatlar, detallar, konstruksiyalar, iş növləri və s. başa düşülür. 
İqtisadi məzmununa görə istehsalatda əmələ gələn çıxdaş 
(brak) əmək və material resurslarının qeyri-məhsuldar xərclən-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə