Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   67

 
 
141 
 
Bunlar  ümumsex  və  ümumzavod  xərclərindən  ibarətdir.  Ayrı-
ayrı məhsul növlərinə aid edilmə üsuluna görə xərclər – müstə-
qim (birbaşa) və qeyri-müstəqim (dolayı) xərclərə ayrılır. Müs-
təqim (birbaşa) xərclər bilavasitə ayrı-ayrı növ məhsul istehsalı 
ilə bağlıdır (xammal, material, və s.). Bu xərclər istehsal edilən 
məhsulun  əsasını  təşkil  edir.  Bunlarsız  məhsul  istehsal  etmək 
olmaz.  Qeyri-müstəqim  (dolayı)  xərclərə  sexdə  və  yaxud  bü-
tövlükdə müəssisədə istehsal edilən bir neçə növ məhsul isteh-
salı  ilə  bağlıdır  (ümumsex  və  ümumzavod  xərcləri).  Qeyri-
müstəqim (dolayı) xərclər ay ərzində tonlayıcı-bölüşdürücü he-
sablarda cəmlənir və ayın axırında müəyyən edilmiş metodika-
ya  (istehsal  əmək  haqqına,  avadanlığın  (dəzgahların)  işlərinin 
maşın  -  dəzgah  -  saatların miqdarına mütənasib  olaraq) uyğun 
olaraq ayrı-ayrı növləri arasında bölüşdürülür.  
Məsrəflərin  ayrı-ayrı  məhsul  növlərinə  daxil  edilməsi 
üsuluna  görə  müstəqim  (birbaşa)  və  qeyri-müstəqim  (dolayı) 
xərclərə  bölünməsi  xərc  maddələrinin  kalkulyasiya  nomenkla-
turasına,  istehsal  məsrəflərinin  uçotunun  təşkilinə,  məsrəflərin 
uçotu  və  məhsulun  maya  dəyərinin  kalkulyasiyasına  əhəmiy-
yətli dərəcədə təsir edir.  
Məhsul  istehsalı  ilə  əlaqə  xarakterinə  görə,  başqa  sözlə 
desək  istehsal  prosesindəki  və  məhsul  satışındakı  roluna  görə 
məsrəflər istehsal və  qeyri-istehsal xərclərinə  bölünür. Məhsul 
istehsalı əlaqədar olan xərclər istehsal məsrəflərinə aiddir. 
Məhsulların satışı ilə əlaqədar olan xərclərə qeyri-istehsal 
xərcləri deyilir. Bunlara – hazır məhsulun taralaşdırılması, yola 
salınma stansiyasına qədər nəqliyyat xərcləri, yükləmə, boşalt-
ma xərcləri və digər satış xərcləri daxildir. 
Sənaye müəssisələrində məsrəflərin əmələ gəldikləri yer-
lər üzrə təsnifatı da maya dəyərinin hesablanması və kalkulya-
siyalaşdırılmasında  mühüm  əhəmiyyət  kəsb  edir  (əsas  və  kö-
məkçi  istehsalat  ayrı-ayrı  sexlər,  istehsal  mərhələləri  və  digər 
struktur bölmələri). 


 
 
142 
 
 
11.2. Müstəqim məsrəflərin uçotu və bölüşdürülməsinin 
məhsulun maya dəyərinin hesablanmasına və 
kalkulyasiyasına təsiri. 
 
Müstəqim xərclərin uçotu  “202  N-li”  hesabda uçot  (sex-
lər,  mərhələlər  və  s.)  və  kalkulyasiyalaşdırma  obyektləri  üzrə 
və  cədvəldə  (hesabatda,  kartoçkalarda)  xərclərin  kalkulyasiya 
maddələri üzrə və yaxud kabulyaqrammalarda aparılır ki, bu da 
məhsulun faktiki maya dəyərinin kalkulyasiyasının tərtibi üçün 
mütləqdir.  Bəzi  hallarda  bu  xərcləri  uçot  registrlərini  ilkin  sə-
nədlərin  məlumatlarına  əsasən  yazırlar,  başqa  hallarda  icmal 
sənədlərin rəqəm məlumatlarından istifadə edərək tərtib edirlər. 
İkinci halda müstəqim xərcləri xüsusilə bu məhsulun geniş çe-
şiddə olduğu halda kalkulyasiya obyektləri arasında  yəni eyni-
cinsli məhsullar arasında bölüşdürmək zərurəti yaranır. 
Bu mövzunun 1-ci sualında göstərildiyi kimi materiallar, 
istehsalat işçilərinin əmək, həmin əmək haqqından sosial sığor-
taya ayırmalar, istehsalat dəzgah və  avadanlıqlarının amortiza-
siya məbləği və s. ayrı-ayrı  məhsulların maya dəyərinə birbaşa 
daxil edilir, digər xərclər isə  dolayı  yolla. Məhsulun maya də-
yərinə birbaşa aid etmək mümkün olan bir sıra xərclər bilavasi-
tə  istehsalın,  hazırlanan  məhsulun  tipindən,  mürəkkəbliyindən 
və xarakterindən asılıdır. 
Belə  ki  yalnız  bir  adda  məhsul  buraxan  müəssisələrdə 
(kömür  sənayesi  müəssisələrində,  elektrik  stansiyalarında  və 
b.)  müstəqim  xərc  maddələrini  dairəsi  (miqdarı)  əhəmiyyətli 
dərəcədə  genişdir,  nəinki,  çoxnomenklaturalı  məhsul  istehsal 
edən müəssisələrdə. 
Məhsulun  maya  dəyərinə  adətən  birbaşa  aid  edilə  bilən 
müstəqim  xərclərin  tərkib  hissəsi  sayılan  xərclərdən  biri  də 
xammal  və  materialdır.  Xammal  və  material  əmək  əşyalarına 
daxil  olmaqla  istehsal  edilən  məhsulun  əsasını  təşkil  edir.  O 


 
 
143 
 
materiallar  ki,  hazırlanan  məhsulun  əsasını  təşkil  etmir,  lakin 
istehsal  prosesində  iştirak  edir  və  həmin  məhsula  xüsusi 
keyfiyyət  aşılayır,  bunlar  köməkçi  materiallar  qrupuna  daxil 
edilirlər.  Ay  ərzində  anbardan  istehsalata  buraxılan  xammal 
materialları  DT  202  “İstehsalat  məsrəfləri”,  KT  201  “Əsas 
materiallar”  yazılışı  ilə  rəsmiləşdirilir  və  uçot  qiyməti 
adlandırılan  –  topdan  satış  qiyməti  ilə    və  yaxud  plan  maya 
dəyəri  ilə  qiymətləndirilir.  Ayın  axırında  istehsalatdan  uçot 
qiymətilə  buraxılan  məhsullar  onların  faktiki  maya  dəyərinə 
çatdırılır.  Yəni  məhsulun  faktiki  maya  dəyəri  plan  maya 
dəyərindən  çox  olarsa,  fərq  məbləğinə  adi  qaydada  yazılış 
verilir, əksinə olarsa fərq məbləğinə “qırmızı storno” uçotu ilə 
yazılış verilərək faktiki maya dəyərinə çatdırılır.  
İlk sənədlərdə materialın hansı növ məhsul istehsalı üçün 
buraxılması  göstərilir.  Lakin  bu  o  halda  mümkündür  ki, 
müəssisədə həmin materialdan yalnız bir növ məhsul buraxılır. 
Bəs  əgər  yeni  bir  materialdan  bir  növ  deyil,  bir  neçə  növ 
məhsul  istehsal  edilirsə  onda  nə  etməli.  Bu  zaman  həmin 
materialı bir neçə növ məhsulun maya dəyərinə birbaşa silmək 
mümkün  deyil.  Ona  görə  də  eyni  materialı  bir  neçə  növ 
məhsulun  maya  dəyərinə  daxil  etmək  üçün  həmin  materialın 
kalkulyasiya  obyektləri  arasında  bölüşdürülməsinin  müxtəlif 
üsullarından  istifadə  edilir.  Bir  sıra  sənaye  sahələrində 
(maşınqayırma,  kimya,  yüngül  sənaye  və  b.  )  materialın  bir 
neçə 
növ 
məhsul 
arasında 
bölüşdürməyin  normativ 
metodundan 
istifadə 
edilir. 
Bu 
metodun 
mahiyyəti 
aşağıdakılardan ibarətdir: 
1. Hər bir məhsul növü üçün məhsula sərf edilən konkret 
növ material üçün norma təyin edilir
2.  Konkret  növ  materialın  sərfiyyat  normasını 
istehsalatdan  buraxılan  məhsulun  miqdarına  vurmaqla  faktiki 
buraxılan məhsula materialın normativ sərfiyyatını təyin edilir


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə