Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   67

 
 
132 
 
olunması  modeli  müasir  konsepsiyanın  yalnız  sadələşdirilmiş 
bir versiyası idi.  
“Target  -  Kosting”in  müasir  formasını  ilk  dəfə  Toşino 
Xiromoto  istifadə  etmiş  və  yapon  idarəetmə  uçotunun 
nailiyyətlərinə həsr edilmiş məqalə nəşr etdirmişdir.  
Target  –  Kosting  modeli  məsrəflərin  aşağı  salınması 
strategiyasını  inkişaf  etdirməklə,  yeni  məhsul  istehsalının 
planlaşdırılmasını  həyata  keçirməklə,  bazar  reallığına  uyğun 
olaraq  məsrəflərin  və  məqsədli  maya  dəyəri  kalkulyasiyası 
üzərində  nəzarət  etməklə  idarəetmə  konsepsiyasının  tamlığını 
özündə ehtiva edir. 
Target  –  Kosting  modeli  uzun  illərdir  ki,  istehsal 
müəssisələrində, xüsusilə mütəmadi olaraq yeni məhsul növləri 
və  modelləri  işləyib  hazırlayan  innovasiyalı  sahələrdə  istifadə 
edilir.  Yaponiyanın  iri  şirkətlərinin  80%-də  (Toyota,  Nissan, 
Sony,  Matsushita,  Nippen,  Dinso,  Dnihatsu,  Canon,  Nec, 
Olympus,  Komatsu  və  s.),  eləcə  də  Avropa  və  Amerikanın 
aparıcı  şirkətlərinin  mühüm  hissəsi  (Chrysler,  ETT, 
Avtomotive,  Caterpiller,  Procter,  Gemble  və  s.)  yüksək 
keyfiyyətli və rentabelli məhsula nail olmaqla Target – Kosting 
modelindən istifadə edirlər. 
İnnovasiyalı məhsul istehsalı ilə yanaşı Target – Kosting 
sistemi xidmət sahələrində və qeyri-kommersiya təşkilatlarında 
da tətbiq edilir.  
Qiymətəmələgəlmənin 
ənənəvi 
düsturu 
aşağıdakı 
kimidir: 
maya dəyəri + mənfəət = qiymət 
Yapon menecerləri qiymətəmələgəlmə düsturunda sadəcə 
olaraq  komponentləri  dəyişdirmişlər.  Target  –  Kosting 
konsepsiyasında  qiymətəmələgəlmənin  düsturu  aşağıdakı  kimi 
verilmişdir: 
qiymət – mənfəət = maya dəyəri 


 
 
133 
 
Target –Kosting uçot modelində məmulatın maya dəyəri 
qiymətəmələgəlmənin 
ənənəvi  üsulundan  fərqli  olaraq 
qabaqcadan  müəyyən  satış  qiymətindən  çıxış  edilərək 
hesablanır.  Satış  qiyməti  marketinq  tədqiqatı  nəticəsində 
müəyyən edilir ki, bu da məhsul və yaxud xidmətin gözlənilən 
bazar qiyməti hesab olunur.  
Məmulatın  məqsədli  maya  dəyəri  bazar  qiymətindən 
mənfəəti  çıxmaqla  alınır  ki,  bunu  da  firma  almaq  istəyir. 
İstehsal  prosesinin  bütün  iştirakçıları  menecerdən  sadə  işçiyə 
qədər  məmulatın  məqsədli  maya  dəyərinə  uyğun  olaraq 
layihələndirmək 
və 
hazırlamaq 
üzərində 
çalışırlar. 
Müəssisələrdə məhsulun Target – Kosting sistemindən istifadə 
edən  mühəndis  tərəfindən  işlənməsi  ənənəvi  yanaşmadan 
fərqlənir. 
Məhsulun təkmilləşdirilməsinin klassik prosesi aşağıdakı 
kimi həyata keçirilir: 
layihələndirmə 

istehsal 
maya 
dəyəri 

yenidənlayihələndirmə 
Bu proses Target – Kosting ideologiyasına uyğun olaraq 
başqa görünüş alır: 
planlaşdırılan  maya  dəyəri  >    layihələndirmə  >  istehsal 
maya dəyəri 
Bu  yanaşmanın  üstünlüyü  yeni  məhsulun  işlənib 
hazırlanmasındakı  interaktiv  yanaşmadan  ibarətdir  ki,  bu  da 
maya dəyərin hər bir mərhələsində mütəmadi anlaşmanı təmin 
edir. 
Məqsədli maya dəyəri bütövlükdə yeni model üçün deyil, 
layihələndirilən  məhsulun  ayrı-ayrı  qovşaqları  və  hətta  ayrı-
ayrı  detalları  üzrə  də  təyin  edilir.  Mühəndis  və  dizaynerlər 
smeta 
layihəsi 
işləyib 
hazırlayırlar 
və 
çalışırlar 
aydınlaşdırsınlar  ki,  yeni  məmulatın  smeta  maya  dəyəri 
məqsədli  maya  dəyəri  çərçivəsindədirmi.  Əgər  olmasa, 
layihədə  lazımi  dəyişikliklər  edirlər.  Bu  proses  smeta  maya 


 
 
134 
 
dəyəri  məqsədli  maya  dəyərinə  bərabər  olmayıncaya  qədər 
davam  etdirilir.  Yalnız  bundan  sonra,  yəni  bütün  sınaqlardan 
sonra məhsul kütləvi istehsala buraxılır. 
Məsrəflərin  nə  qədər  azalması  lazın  olduğunu  təyin 
etmək üçün aşağıdakı tədbirləri həyata keçirmək lazımdır: 
1. Nəzərdə tutulan məhsul və xidmət üçün mümkün satış 
qiymətini təyin etmək
2.  Məhsulun  məqsədli  maya  dəyərini  təyin  etmək 
(bütövlükdə və məhsul vahidi üçün); 
3.  Məsrəfləri  ixtisar  etmək  üçün  məhsulun  məqsədli  və 
smeta maya dəyərini müqayisə etmək
4.  Məsrəflərin  ixtisarına  nail  olmaq  üçün  məhsulun 
yenidən layihələndirilməsi və eyni zamanda istehsal prosesində 
təkmilləşmələr həyata keçirmək. 
Target-Kosting  uçotu  modelinin  müsbət  cəhətləri 
aşağıdakılardan ibarətdir: 
1.  “Target-Kosting”  uçotu  modelində  marketinq  sanki 
üstdən  idarəetmə  uçotuna  “yapışdırılır”,  yəni  marketinq  və 
layihələndirmə  funksiyaları  birgə  həyata  keçirilir,  sistemin 
“çıxışında”  isə  istehlakçıların  tələbatını  maksimum  ödəmək 
qabiliyyətinə  malik  olan  münasib  qiymətli  məhsul  alınır. 
Target-Kosting  uçotu  modeli  istifadə  edilərkən  müəssisənin 
bütün istehsal fəaliyyəti mühüm strateji istiqamət hesab edilən 
məqsədli maya dəyərinə yönəldilir. 
2. 
Target-Kosting 
uçot 
modeli 
mənfəətin 
büdcələşdirilməsi,  planlaşdırılması,  məsuliyyət  mərkəzlərinin 
formalaşması,  qiymətəmələgəlməsinin  müxtəlif  strategiyaları 
və qiymətləndirmə prosedurları ilə çox gözəl uyğunlaşır. 
3.  Yaponiyada  meydana  gələn  “Target-Kosting”  uçot 
modeli  mahiyyət  etibarı  ilə  Amerikada  geniş  yayılmış 
“Standart-Kosting”i  xatırladır. Bununla belə bu iki sistem bir-
birindən  köklü  surətdə  fərqlənir.  “Standart-Kosting”  əsasən 
məsrəflərə nəzarət etmək və nəticəliliyi qiymətləndirmək üçün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə