Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   67

 
 
122 
 
yanaşı  əməliyyatların  müvafiq  yazılışları  jurnalda  qeyd  edilir. 
Sifariş metodu ilə işləyən zavodda baş vermiş əməliyyatlar.  
Misal  1.  İstehsalın  sifariş  metodu  ilə  işləyən  zavodunun 
aylıq təsərrüfat əməliyyatları: 
1. Kredit hesabına 182000 manatlıq xammal alınmışdır. 
2.  Nöqsanlı  olduğu  üçün  2000  manat  dəyərində  olan 
xammal malsatan təşkilata qaytarılmışdır. 
3. 
Anbardan 
165000 
manatlıq 
əsas 
material 
buraxılmışdır. 
4.  Anbardan  10000  manatlıq  köməkçi  material 
buraxılmışdır.  
5.  Hesabat  dövründə  hesablanan  əmək  haqqı  məbləğinin 
cəmi 185000 manat təşkil edir. O cümlədən,  
inzibati idarə işçilərinə - 105000 manat  
əmək haqqı hesabından alınarkən vergi departamentinə - 
60000 manat  
sosial təminat fonduna - 40000 manat 
6. Göstərilən müddətdə əməliyyatlar üzrə məbləğlər nağd 
qaydada ödənilmişdir. 
7.  Əmək  haqqının  ümumi  məbləğinin  bölüşdürülməsi 
aşağıdakı kimi olmuşdur: 
Əsas istehsalat fəhlələrinin əmək haqqı - 145000 manat 
Köməkçi  istehsalat  fəhlələrinin  əmək  haqqı  -  40000 
manat 
8. Dövlət sığortasına ödənilmişdir - 25000 manat 
9.  Hesabat  dövrünün  qeyri-müstəqim  xərcləri  -  41000 
manat 
10. Avadanlığın amortizasiyası - 30000 manat 
11. Üstəlik xərclər - 140000 manat 
12. Qeyri-istehsal üstəlik xərclər - 40000 manat 
13. Bitmiş və ehtiyata çevrilmiş hazır məhsulun dəyəri - 
300000 manat 
14. Alıcı təşkilatlara yola salınmışdır - 400000 manat 


 
 
123 
 
15.  Alıcılara  göndərilən  məhsulların  maya  dəyəri  – 
240000 manat 
 
 
 
 
 
 
 
 
 
MÖVZU 10. MƏSRƏFLƏRİN UÇOTU VƏ MƏHSULUN 
MAYA DƏYƏRİ KALKULYASİYASININ DİGƏR 
METODLARI (MODELLƏRİ). 
 
10.1. ABC uçotu modeli 
 
Uçotun “Activity Basedd Costing” və yaxud ABC modeli 
Avropa  və  Amerikanın  müxtəlif  profilli  müəssisələrində  geniş 
yayılmışdır.  Bu  modelin  analoqu  olaraq  bizim  sənaye  müəssi-
sələrimizdə məsrəflərin uçotu və maya dəyərinin kalkulyasiyası 
əməliyyat  üzrə  metodundan  istifadə  edilir.  Tam  mənası  ilə  bu 
model  məsrəflərin  işlər  üzrə  (məsrəflərin  funksional  uçotu) 
uçotu  deməkdir. Bu model  iqtisadi  strukturlarda baş  verən də-
yişikliklərin , xüsusilə məsrəflərin uçotu və məhsulun maya də-
yəri  kalkulyasiyasına  olan  elmi  baxışların  dəyişilməsi  nəticə-
sində  meydana  gəlmişdir.  Əvvəllər  maya  dəyərinin  sabit  (Ab-
sorption - Kosting) və dəyişən xərclərin (Direkt - Kosting) uço-
ta  alınması  yolu  ilə  hesablanırdı.  Dəyişən  xərclər  məhsulun 
maya  dəyərinə  bölüşdürülür  ki,  bu  da  məhsulun  tam  istehsal 
xərclərini əks etdirir. Sabit xərclər məhsulun maya dəyərinə da-
xil  edilmir  və  müxtəlif  məsrəflərə  silinir.  Bu  halda  məhsulun 
maya  dəyəri  marjinal  xərclərə  bərabərdir.  Lakin  praktikada 


 
 
124 
 
(təcrübədə)  müəssisənin  fəaliyyətini  həyata  keçirmək  üçün  is-
tehsala  uzunmüddətli  resursların  cəlb  edilməsi  tələbatını  irəli 
sürür  və  zəruri  edir  (marketinq,  satış,  xidmət  və  s.).  Ona  görə 
də  marjinal  məsrəflərlə  gəlirlərin  bərabərliyi  maksimum  gəlir 
gətirməsinə  baxmayaraq,  Direkt  –  Kostingin  tətbiqi  yalnız 
müəyyən şərtlər daxilində səmərə verə bilir. Əvvəla müəssisə-
də müstəqim məsrəflər xərclərin çox hissəsini təşkil etməlidir. 
İkincisi, az sayda məhsul buraxılmalıdır (bir, iki). Əgər müəssi-
sə  bu  tələblərə  cavab  vermirsə  maya  dəyəri  göstəricisi  mütləq 
təhrif olunacaqdır: xırda seriyalı məhsula azaldılmış əlavə (qiy-
mət  artımı),  iriseriyalıya  isə  yüksək  qiymət  artımı  idarəetmə 
uçotuna nisbətən maliyyə uçotunda gəlir göstəricisi daha aşağı 
olacaqdır,  elə  zənn  edilir  ki,  sadə  istehsala  nisbətən  mürəkkəb 
texnologiyalı və  innovasiyalı məhsul  yüksək  rentabellidir. Bu-
radan da belə bir nəticəyə gəlmək olar ki, idarəetmə uçotu əsas 
vəzifəsini  yerinə  yetirmək  üçün  sabit  və  dəyişən  göstəricilərin 
tətbiqi səmərəli deyil. 
Məsrəflər  haqqında  obyektiv  informasiya  alınması  üçün 
yeni  metodların  axtarılması  uçotun  ABC  modelinin  meydana 
gəlməsinə səbəb oldu. ABC modelinin spesifik xüsusiyyəti on-
dan ibarətdir ki, nu model tətbiq olunan zaman müəssisənin tə-
sərrüfat  fəaliyyətinə  işçi  əməliyyatların  yığımı  kimi  baxılır.  İş 
prosesində  ehtiyatlar  (material,  informasiya,  avadanlıq  və  s.) 
müvafiq  olaraq  müəssisədə  ABC  tətbiqinin  ilkin  mərhələləri 
mürəkkəb iş əməliyyatlarının paralel olaraq ehtiyatların istehla-
kını  hesablamaqla  sadələşdirilmiş  tərkib  hissələrinə  ayırmaqla 
işlərin siyahısının və ardıcıllığının təyin edilməsi hesab olunur.  
ABC çərçivəsində məhsul buraxılışında iştirak üsullarına 
görə işlər üç növə ayrılır: 
1. Unit level (işəmuzd, görülən işi) 
2. Batch level (paket işi) 
3. Product level (məhsul işi) 


 
 
125 
 
Bu  təsnifat  müxtəlif  istehsal  prosesləri  və  məsrəflər  ara-
sındakı asılılığın öyrənilməsini nəzərdə tutur: məhsul vahidinin 
buraxılışı,  sifariş  (paket)  buraxılışı,  məhsul  istehsalı.  Bununla 
belə  yenə  də  məsrəflərin  mühüm  bir  kateqoriyası  bütövlükdə 
müəssisənin  fəaliyyətini  təmin  edən,  istehsal  hadisələrindən 
asılı olmayan məsrəflər nəzərə alınmır. Bu məsrəfləri uçota al-
maq üçün dördüncü növ iş – Facility level (ümumtəsərrüfat iş-
ləri). İşlərin birinci üç kateqoriyası, daha doğrusu o kateqoriya-
lar  üzrə  məsrəflər  konkret  növ  məhsula  aid  edilə  bilərlər. 
Ümumtəsərrüfat  işlərinin  nəticələrini  bu  və  ya  digər  konkret 
növ məhsula aid etmək olmaz. Ona görə də onların bölüşdürül-
məsi üçün müxtəlif alqoritmlər təklif edilir. 
Optimal  təhlilə  nail  olmaq  üçün  ehtiyatlar  da  (resurslar) 
təsnifləşdirilir: istehlak anında verilən resurslar, əvvəlcədən ve-
rilən  resurslar.  Məsələn,  birinciyə  misal  olaraq  işəmuzd  əmək 
haqqını göstərmək olar.  Bu zaman işçiyə  iş  əməliyyatlarının  o 
miqdarı üçün əmək haqqı verilir ki, o işlər yerinə yetirilmişdir, 
ikinciyə  qəti  müəyyən  edilmiş  əmək  haqqını  misal  göstərmək 
olar, konkret miqdar  tapşırıqla əlaqəli olmayan əmək haqqı.  
İşçi  əməliyyatlarına sərf edilən bütün  resurslar onun də-
yərini təşkil edir. Təhlilin birinci mərhələsinin sonunda müəssi-
sənin bütün işləri onların yerinə yetirilməsi üçün zəruri olan re-
surslara aid edilməlidir. Bir sıra hallarda məsrəf maddəsi hansı-
sa bir işə uyğun gəlir. Məsələn, “Təchizat şöbəsinin əməkhaq-
qı”  “Təchizat”  işçi  əməliyyatlarının  dəyərinə  daxil  edilir.  Bu-
nunla yanaşı “Ofis binalarının icarəsi” maddəsi “Təchizat”, “İs-
tehsal”, “Marketinq” və s. məsrəf maddələri üzrə resursların is-
tehlakına  mütənasib  olaraq  bölüşdürülməlidir.  Bəzən  belə  hal-
lar da olur ki, hər hansı bir resurs heç bir işçi əməliyyatı ilə düz 
gəlmir, aid edilmir, boş yerə sərf edilir. 
ABC uyğun olaraq işçi  əməliyyat indeks ölçüsünə, çıxış 
nəticəsinə -  KOST  Drayverə  malik  olmalıdır. “Təchizat” məs-
rəf  maddəsi  üçün  KOST  Drayver  “Alışın  miqdarı”  olmalıdır, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə