Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   67

 
 
110 
 
 
 
 
 
 
Əməliyyat jurnalı 
Cədvəl 12 
 
 
 
S/n 
Əməliyyatın 
məzmunu 
Məbləğ 
Müxabirləşən hesablar 
Debet 
Kredit 
 

Heyvandarlıq 
işçilərinə əmək haqqı 
hesablanmışdır 
 
79500 
 
202/2 
 
533 

Hesablanmış əmək 
haqqından 
məzuniyyət üçün 
ehtiyat yaradılmışdır 
3975 
202/2 
515 
 

Sosial ehtiyaclara 
ayırmalar 
aparılmışdır 
 
3500 
 
202/2 
 
522 

Yem sərf edilmişdir 
133200 
202/2 
204 

Dərman maddələri 
işlənmişdir 
4700 
202/2 
201 

Elektrik  enerjisi və 
su sərf edilmişdir 
3200 
202/2 
202 

Amortizasiya 
hesablanmışdır 
30000 
202/2 
112 

Ümumi istehsalat 
xərci hesablanmışdır 
33075 
202/2 
721 

Ümumi təsərrüfat 
xərci hesablanmışdır 
26950 
202/2 
721 
10 
 
Heyvanların çəki 
artımı 
326740 
Cavan və 
kökəldilməkdə 
olan heyvanlar 
204 
202/2 


 
 
111 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Heyvandarlıqda  kalkulyasiya  obyektləri  dedikdə  istehsal 
edilən  məhsul  növləri  (süd,  yun,  yumurta,  ət  və  s.), 
böyüdülməkdə  və  kökəldilməkdə  olan  heyvanlar  üzrə  isə  çəki 
artımı və heyvanların baş hesabı ilə sayı (iribuynuzlu mal-qara, 
qoyunlar,  quşlar,  keçilər,  donuzlar  üzrə  diri  çəkisi)  başa 
düşülür. 
 Çəki  artımının  maya  dəyəri  özündə  hesabat  ili  ərzində 
onların  böyüdülməsinə  və  kökəldilməsinə  çəkilən  məsrəflərin 
məbləğini ehtiva edir. Heyvanların baş hesabı ilə diri çəkisinin 
maya dəyəri kalkulyasiyasından il ərzində mal-qara və quşların 
hərəkətini  qiymətləndirmək  və  eləcə  də  satılan  heyvanlardan 
alınan maliyyə nəticələrini təyin etmək üçün istifadə edilir.  
 
8.4. Köməkçi istehsalatda məhsul, iş və xidmətlərə 
məsrəflərin uçotu və maya dəyəri kalkulyasiyasının 
xüsusiyyətləri 
 
Kənd  təsərrüfatı  sferasında  köməkçi  istehsalat  müxtəlif 
növ  iş  və  xidmətlər  vasitəsilə  bitkiçilik  və  heyvandarlıq 
sahələrinə  xidmət  göstərir.  Bunlara  təmir    mexaniki 
emalatxana,  yük  avtonəqliyyatı,  traktorların  nəqliyyat  işləri, 
elektrik təchizatı və s. daxildir.  


 
 
112 
 
Mühasibat  uçotu  istehsalatın  hər  bir  növü  üzrə  bütün 
məsrəflərin  aşkara  çıxarılmasını  və  uçota  alınmasını,  yerinə 
yetirilən 
işlərin,  buraxılan  məhsulların  və  göstərilən 
xidmətlərin həcmini müəyyən etmək və onların maya dəyərinin 
düzgün  hesablanmasını  təmin  etməlidir.  Bu  məsrəfləri  uçota 
almaq üçün 202 N-li “İstehsalat məsrəfləri”  sintetik hesabının 
nəzdində  “Köməkçi  istehsalat”  sub  hesabı  açılır.  Köməkçi 
istehsalatın  hər  bir  növü  üzrə  analitik  (məsələn,  “təmir-
mexaniki  emalatxana”,  “yük  avtonəqliyyat”  və  s.)  hesablar 
açılır və onların daxilində məsrəflər kalkulyasiya obyektləri və 
xərc maddələri üzrə uçota alınır.  
Sənaye 
müəssisələrindən 
fərqli 
olaraq 
köməkçi 
istehsalatın  iş  və  xidmətləri  nəinki  ay  ərzində,  hətta  bütün  il 
boyu  istehlakçıların  hesabına  plan  maya  dəyəri  ilə  silinir. 
Məhsul,  iş  və  xidmətlərin  maya  dəyərinin  kalkulyasiyasını 
yalnız bir dəfə ilin axırında hesablayırlar. Plan və faktiki maya 
dəyəri  arasında  aşkara  çıxarılan  kalkulyasiya  fərqi  əlavə  və 
yaxud  ləğvedici  yazılışla  il  ərzində  məhsul,  iş  və  xidmətlərin 
aid edildikləri hesabların debetinə silinir.  
Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  18  aprel 
2006-cı  il  tarixli  38  N-li  əmri  ilə  təsdiq  edilmiş  Kommersiya 
təşkilatları  üçün  hesablar  planına  görə  köməkçi  istehsalatın 
uçotu  202  N-li  “İstehsalat  məsrəfləri”  sintetik  hesabının 
nəzdində  açılmış  “  Köməkçi  istehsalat”  sub  hesabında 
aparılmalıdır. “Köməkçi istehsalat” sub hesabı əsas istehsalata 
göstərilən  xidmətlərə,  əsasən  müxtəlif  resurslarla  təchiz 
edilməsinə  (elektrik  enerjisi,  buxar,  qaz,  işıq,  müxtəlif 
nəqliyyat  xidmətləri,  əsas  vəsaitlərin  təmiri,  alət  və  ehtiyat 
hissələri istehsalı və s.) sərf edilən məsrəfləri uçota almaq üçün 
istifadə  edilir.  Bu  sub  hesabın  debetində  əsasən  köməkçi 
istehsalatın  məhsul  buraxılışı,  yerinə  yetirdikləri  işlər  və 
göstərdiyi  xidmətlər  üzrə  müstəqim  xərclər  uçota  alınmaqla 
köməkçi istehsalatın idarəedilməsi, onlara göstərilən xidmətlər 


 
 
113 
 
və  çıxdaş  olan  itkilər  kimi  qeyri-müstəqim  xərclər  də  uçota 
alına bilir. Kənd təsərrüfatı sferasında fəaliyyət göstərən təmir-
mexaniki sexlərdə məsrəflərin uçotu sifarişlər əsasında aparılır. 
Burada təmir edilən hər bir traktor, avtomobil, kombayn, kənd 
təsərrüfatının  eynicinsli  maşın  və  avadanlıqları  kalkulyasiya 
obyekti  hesab  olunur.  Məsrəflər  xərclərin  bu  maddələr  üzrə 
əsas  və  əlavə  əməkhaqqı,  sosial  ehtiyaclara  ayırmalar,  ehtiyat 
hissələri  və  təmir  materialları,  yanacaq  və  sürtgü  materialları, 
köməkçi  materiallar,  sair  əsas  xərclər,  ümumistehsalat  və 
ümumtəsərrüfat  xərcləri  uçota  alınırlar.  Sadalanan  bütün  bu 
xərclər ( ümumistehsalat xərcləri istisna olmaqla) müvafiq ilkin 
sənədlərə  əsasən  yerinə  yetirilmiş  işlərin  və  hazırlanmış 
məmulatın  maya  dəyərinə  müstəqim  yolla  bir  bloka  daxil 
edilirlər. 
Ümumistehsalat  xərcləri  müstəqim  xərclərdən  ayrılıqda 
uçota  alınır.  Qeyri-istehsalat  xərclərinə  sexin  (emalatxananın) 
idarəetmə 
heyətinin 
saxlanılmasına 
çəkilən 
xərclər, 
avadanlığın,  sex  binasının  və  inventarların  cari  təmir  xərcləri, 
elektrik 
enerjisinin 
dəyəri 
və 
s. 
xərclər 
daxildir. 
Ümumistehsalat xərcləri yerinə yetirilmiş işlərin maya dəyərinə 
müstəqim  əmək  haqqına  mütənasib  olaraq  bölüşdürülür. 
Ümumistehsalat  xərcləri  il  ərzində  kalkulyasiya  obyektlərinə 
ilin axırında təshih edilməklə normativ həcmdə daxil edilir. 
Təmir  işlərinin  aparılmasına  və  məmulat  istehsalına 
çəkilən  bütün  məsrəflər,  ehtiyat  hissələri,  xammal  və 
materiallar, neft məhsulları, köməkçi istehsalat, əsas vəsaitlərin 
amortizasiyasını  kreditləşdirməklə  “Köməkçi  istehsalat”  sub 
hesabının  “Təmir-mexaniki  emalatxana”  analitik  hesabında, 
debetində  əks  etdirilir.  Qurtarmış  işlərə  və  anbara  təhvil 
verilmiş  məmulatlara  sərf  edilən  məsrəflər  aşağıdakı 
yazılışlarla rəsmiləşdirilir. 
1.    Maşın,  avadanlıq,  nəqliyyat  vasitələrinin  qurtarmış 
əsaslı təmirinin faktiki maya dəyərinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə