Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   67

 
 
114 
 
Debet  113  –  torpaq,  tikili  və  avadanlıqla  bağlı 
məsrəflərin kapitallaşdırılması 
Debet  204  –  material  ehtiyatları  anbara  təhvil  verilmiş 
hazır məmulatın faktiki maya dəyəri 
Debet  202  –  “Bitkiçilik”,  “Heyvandarlıq”,  “Köməkçi 
istehsalat”  və  s.  hesablar,  əsas  vəsaitlərin  cari  təmirinə  sərf 
edilən faktiki xərclər. 
Debet 721– satışla bağlı olan xərclər 
Kredit 202 – “Köməkçi istehsalat” sub hesabı 
Yük  avtonəqliyyatının  istifadəsilə  bağlı  olan  xərclərin 
aşağıdakı  nomenklatura  maddələri  üzrə  uçota  alınır:  əsas  və 
əlavə əmək haqqı, sosial sığortaya ayırmalar, yanacaq və sürtgü 
materialları, avtomobillərin, qarajların və digər əsas vəsaitlərin 
amortizasiyası  və  cari  təmir  xərcləri.  Sadalanan  xərclər 
məsrəflərə müstəqim yolla daxil edilir.  
Yük  avtonəqliyyat  işləri  üzrə  kalkulyasiya  vahidi  ton-
kilometr qəbul edilmişdir. 
Yerinə  yetirilmiş  iş  vahidlərinin  dəyəri  istehlakçıların 
hesabına ton-kilometrin miqdarına mütənasib olaraq yazılır və 
aşağıdakı yazılışla rəsmiləşdirilir: 
Debet  202  –  “Bitkiçilik”,  “Heyvandarlıq”  və  s.  kredit 
“Köməkçi istehsalat” sub hesabı. 
 
MÖVZU 9. MƏSRƏFLƏRİN UÇOTU VƏ MƏHSULUN 
MAYA DƏYƏRİ KALKULYASİYASININ SİFARİŞ 
METODU. 
 
9.1. Məsrəflərin uçotu və məhsulun maya dəyəri 
kalkulyasiyasının sifariş metodunun mahiyyəti və vəzifələri 
 
Məsrəflərin 
uçotu 
və 
məhsulun 
maya 
dəyərinin 
kalkulyasiyası  dedikdə  istehsal  edilən  məhsulun,  yerinə 
yetirilən 
iş  və  xidmətlərin  faktiki  maya  dəyərinin 


 
 
115 
 
hesablanmasına  köməklik  göstərən  istehsal  məsrəflərinin 
sənədləşdirilməsi və müvafiq uçot registrlərində əks etdirilməsi 
üsulları başa düşülür. Hal-hazırda istehsal məsrəfləri uçotunun 
və  məhsulun  maya  dəyəri  kalkulyasiyası  metodlarının  bütün 
ölkələri  üçün  qəbul  edilmiş  ümumi  metodikası  yoxdur. 
Bununla yanaşı tətbiq edilən metodlar aşağıdakı əlamətlər üzrə 
qruplaşdırılır: 
1. Məsrəflərin uçot obyektləri üzrə
2. Uçota alınan məsrəflərin tamlığı; 
3.  İnformasiyanın  toplanması  və  məsrəflər  üzərində 
nəzarət; 
4. Məsuliyyət mərkəzləri üzrə. 
Məsrəflərin  uçot  obyektləri  üzrə  bölgüsünə  aşağıdakılar 
daxildir: 
a) sifariş metodu; 
b) mərhələ metodu; 
c) proseslər metodu. 
Uçota alınan məsrəflərin tamlığı əlaməti üzrə: 
a) tam maya dəyərinin kalkulyasiyası; 
b)  qeyri-tam  (məhdudlaşdırılmış)  maya  dəyərinin 
kalkulyasiyası. 
İnformasiyanın toplanması və məsrəflər üzərində nəzarət 
əlaməti üzrə: 
a)  normativ  metodu  (normativ  məsrəflərin  və  normadan 
kənarlaşmaların uçotu); 
b) faktiki məsrəflərin cəmlənməsi
c) əmsal metodu; 
ç) digər metodlar. 
İdarəetmədə inzibatçılığın və yuxarıdan sərt planlaşdırma 
sisteminin  ləğv  edilməsi  bir  sıra  daxili  məsələlərin  həllində 
müəssisə  və  təşkilatlara  müstəqillik  vermişdir.  Verilən 
müstəqilliyin  tərkib  hissələrindən  biri  də  məsrəflərin  uçotu  və 
məhsulun  maya  dəyərinin  kalkulyasiyası  sahəsində  verilən 


 
 
116 
 
sərbəstlikdir.  Hal-hazırda  müəssisə  və  təşkilatlar  istehsal 
prosesinin 
xüsusiyyətindən, 
istehsal 
edilən 
məhsulun 
xarakterindən,  tərkibindən,  hazırlanma  texnologiyasından, 
kütləvi  istehsaldan  asılı  olaraq  məsrəflərin  uçotu  və  məhsulun 
maya  dəyərinin  kalkulyasiyası  metodunu  müstəqil  olaraq 
seçirlər.  Bəzi  hallarda  yuxarıda  sadalanan  metodlar  müxtəlif 
birləşmələr halında tətbiq edilir. 
Məsrəflərin 
uçotu 
və 
məhsulun 
maya 
dəyəri 
kalkulyasiyasının sifariş metodunun mahiyyəti bütün müstəqim 
məsrəflərin 
müəyyən 
edilmiş 
kalkulyasiya 
vərəqinin 
maddələrinə  uyğun  olaraq  ayrı-ayrı  sifarişlər  üzrə  uçota 
alınmasından  ibarətdir.  Qalan  məsrəflər  onların  təyinatı  və 
maddələri  üzrə  xərclərin  başvermə  yerləri  üzrə  uçota  alınır  və 
müəyyən  edilmiş  bölüşdürülmə  bazasına  əsasən  bölüşdürülür 
və sifariş verilmiş məhsulların maya dəyərinə daxil edilir. Buna 
görə  də  bu  metodda  məsrəflərin  uçot  obyektləri  ilə 
kalkulyasiya  obyektləri  ayrı-ayrı  sifarişlər  hesab  olunur,  hansı 
ki  sifarişin  faktiki  maya  dəyəri  məhsul  hazırlandıqdan  sonra 
müəyyən  edilir.  Sifariş  yerinə  yetirilənədək  sərf  edilmiş 
məsrəflər  bitməmiş  istehsal  hesab  olunur.  Beləliklə  sifariş 
metodunun  ən  mühüm  şərtlərindən  biri  istehsal  sifarişlərinin 
açılması sistemi sayılır. Təsdiq edilmiş istehsal planına əsasən 
plan  şöbəsi  işçiləri  tərəfindən  sifariş  blankı  doldurulur  və 
mahiyyət  etibarı  ilə  istehsal  sifarişinin  yerinə  yetirilməsi  üçün 
sərəncam rolunu oynayır. 
 
9.2. Sifariş metodunda uçotun ardıcıllığı 
 
Yerinə 
yetirilmək 
üçün 
qəbul 
edilmiş  sifariş 
qeydiyyatdan  keçirilir  və  ona  kod  verilir.  Sifariş  üçün  tərtib 
edilən bütün ilkin texnoloji və uçot sənədlərində sifarişin kodu 
göstərilməlidir.  Sifarişin  açılması  haqqında  bildirişin  surəti 


 
 
117 
 
mühasibatlığa  göndərilir. Bu sənədə əsasən həmin sifariş üzrə 
məsrəflərin analitik uçot kartı aparılır. 
Məhsul  hazırlanıb  qurtardıqdan  və  yaxud  işlər  yerinə 
yetirildikdən  sonra  sifariş  bağlanır  və  həmin  sifariş  üçün 
material  buraxılışı  və  əmək  haqqı  hesablanması  dayandırılır. 
Bu  halda  məhsulun  orta  maya  dəyəri  deyil,  fərdi  maya  dəyəri 
hesablanır.  Kiçik  seriyalı  istehsalatda  sifariş  bağlandıqdan 
sonra  məhsul  vahidinin  faktiki  maya  dəyəri  məsrəf  məbləğini 
bu sifariş üzrə hazırlanmış məhsulların  miqdarına bölünməklə 
hesablanır. 
Məsrəflərin  uçotunun  və  məhsulun  maya  dəyərinin 
kalkulyasiyasının  sifariş  metodunda  əməliyyatların  uçotunun 
ardıcıllığını – 10 N-li blok-sxemdən daha aydın görmək olar. 
 
 
Sxem 10. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Müstəqim 
məsrəflərin 
sənədləşdirilməsi və 
uçotu 

Qeyri-müstəqim 
xərclərə daxil edilən 
məsrəflərin maddələr 
üzrə sənədləşdirilməsi, 
uçotu və 
qruplaşdırılması 


Müstəqim 
məsrəflərin 
sifarişlər üzrə 
qruplaşdırılması
 
Qeyri-müstəqim 
xərclərin sifarişlər 
üzrə bölüşdürülməsi 

Hər bir sifariş üzrə məsrəflərin ümumi 
məbləğinin təyin edilməsi 

Yerinə yetirilmiş satışın faktiki maya 
dəyərinin təyin edilməsi 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə