Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   67

 
 
118 
 
 
 
 
Materialların və əmək haqqı xərclərini detallar və proses 
normalarına  uyğun  olaraq  ilk  sənədlərin  tərtibi  və  məsrəflər 
üzərində  nəzarət  tələb  olunan  səviyyədə  təşkil  edilməlidir.  Bu 
nəzarət texnoloji proseslərdə nəzərdə tutulmayan işlərin yerinə 
yetirilməsinin  qarşısını  alır  və  məsrəflərin  müvafiq  sifarişlərə 
düzgün silinməsini təmin edir. 
İstehsal məsrəflərinin uçotunun və məhsulun maya dəyəri 
kalkulyasiyasının sifariş metodunun sxemi 3 N-li əlavə sxemdə 
verilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
9.3. Sifariş metodunun tətbiq sahələri 
 
Məsrəflərin  uçotunun  və  məhsulun  maya  dəyərinin 
kalkulyasiyasının  sifariş  metodu  əsasən  istehsalatlarda 
mürəkkəb  növ  məhsulun  təkrarlanmayan  və  yaxud  təsadüf 
hallarda  təkrar  hazırlanması  zamanı  materialların  mexaniki 
emal prosesində məhsulun təcrübə nümunəsini hazırlayan fərdi 
istehsalda tətbiq edilmək üçün nəzərdə tutulmuşdur. 
Sifariş  metodu  məhdud  miqdarda  ayrı-ayrı  növ  məhsul 
buraxan fiziki-kimyəvi  prosesli (məsələn, kimyəvi  reaktivlərin 
ayrı-ayrı 
növlərinin 
hazırlanması 
ilə 
məşğul 
olan 
müəssisələrdə,  dəmir-betondan  orjinal  məmulatlar  hazırlayan 


 
 
119 
 
dəmir-beton  zavodlarında  və  s.)  müəssisələrdə  və  xüsusi  alət 
hazırlayan köməkçi istehsalat sexində də tətbiq edilir.  
Sifariş  metodunun  mahiyyətinin  qısa  təsvirindən  belə 
nəticəyə gəlmək olar ki, onun tətbiq sferası yalnız fərdi istehsal 
ilə  məhdudlaşmalıdır.  Lakin  sifariş  metodunda  uçot  və 
kalkulyasiyanın  nisbi  sadəliyi  kiçik  seriyalı,  orta  və  hətta  iri 
seriyalı  istehsalatda  da  tətbiq  etmək  mümkündür.  İl  ərzində 
ayrı-ayrı  məhsul  növlərinə  sərf  edilən  məsrəflər  ayrı-ayrı 
sifarişlərdə  cəmlənir,  ay  ərzində  buraxılan  məhsulun  maya 
dəyəri  məsrəf  məbləğini  (bitməmiş  istehsal  qalığına  düşən 
məbləği  çıxmaqla)  buraxılmış  məhsul  vahidini  bölməklə 
hesablanır. 
Məsrəflərin 
uçotu 
və 
məhsulun 
maya 
dəyəri 
kalkulyasiyasının sifariş metodunda bir misal nəzərdən keçirək 
(Əlavə cədvəl 10). 
1N-li sexdə hesabat ayında üç sifariş yerinə  yetirilmişdir 
(10,  11,  12).  Material  xərcləri,  əmək  haqqı  (əsas  və  əlavə), 
sosial  ehtiyaclara  ayırmalar,  xüsusi  alətlərin  amortizasiyası 
müstəqim  xərc  hesab  olunduqları  üçün  birbaşa  sifarişə  aid 
etmək  olar.  Qeyri-müstəqim  xərclər  (ümumistehsalat  və 
ümumtəsərrüfat)  məsrəflərin  müəyyən  yerlərə  məxsusluğuna 
görə  -  sexə  və  müəssisənin  uçot  siyasətində  qəbul  edilmiş 
bazaya  mütənasib  olaraq  bölüşdürülür.  Bizim  misalımızda 
ümumistehsalat  və  ümumtəsərrüfat  xərcləri  1  N-li  sex  üzrə 
6189 min manat və 1254.0 min manat. 
10 N-li sifariş üzrə ..... manat olmuşdur. 
11 N-li ...... 
12 N-li ........ 
Qeyri-müstəqim  xərcləri  sifarişlər  üzrə  bölüşdürərək 
sifarişlərin maya dəyərini hesablamaq olar (Əlavə cədvəl 10). 
10 
N-li 
əlavə 
cədvəl 
və 
13 
N-li 
cədvəl  
məhdudlaşdırılmış (qısaldılmış) maya dəyərini əks etdirirlər. 


 
 
120 
 
Qeyri-müstəqim  xərclərin  sifarişlər  üzrə  bölüşdürülməsi 
əsas  əmək  haqqına  mütənasib  olaraq  bölüşdürülürlər.  Ümumi 
əmək haqqı 518.51 min manat, o cümlədən 10 N-li sifariş üzrə 
68.76 min manat və yaxud 13.6%; 11 N-li sifariş üzrə 69.75 və 
yaxud  13.4%;  12  N-li  sifariş  üzrə  380.0  min  manat  və  yaxud 
73% olmuşdur. Qeyri-müstəqim xərcləri bölüşdürdükdən sonra 
onların maya dəyərini hesablamaq olar (13 N-li cədvəl). 
 
 
 
1 N-li sexin ay ərzində sifarişlər üzrə hesabat kalkulyasiyası 
cədvəl 13. 
S/n 
Məsrəflərin 
maddələri 
s   i   f   a   r   i   ş   l   ə   r 
N10 
N11 
N12 
Cəmi 

Material 
məsrəfləri  
o cümlədən: 
3389.0 
2224.0 
2312 
7925.0 

Əsas material  
2736.0 
1836.0 

4572.0 

Köməkçi 
material 
136.0 
92.0 
824.0 
1052.0 

Nəqliyyat-
tədarük 
xərcləri 
144.0 
115.0 
50.0 
309.0 

Yanacaq 
397.0 
198.0 
1438.0 
2033.0 

Tullantılar 
(çıxılır) 
24.0 
17.0 

41.0 

Əsas əmək 
haqqı 
68.76 
69.75 
380.0 
518.51 

Əlavə əmək 
haqqı 
14.0 
14.0 
112.0 
140.0 

Sosial 
ehtiyaclara 
ayırmalar 
33.0 
33.0 
259.0 
325.0 


 
 
121 
 
10 
Xüsusi 
alətlərin 
amortizasiyası 
24.0 
14.0 
84.10 
122.0 
11 
Ümumistehsal
at xərcləri 
625 
627.0 
4937 
6189.0 
12 
Ümumtəsərrüf
at xərcləri 
127 
127.0 
1000.0 
1254.0 
 
Sifarişin tam 
maya dəyəri 
4289.76 
3108.75 
9084.0 
16473.51 
 
 
9.4. Maya dəyəri kalkulyasiyasının sifariş metodunda 
mühasibat yazılışları 
 
Mühasibat uçotunun  yazılışlar sistemi hesabların nəzarət 
sisteminə  əsaslanır.  Nəzarət  hesabı  –  yekun  hesabı  deməkdir, 
yəni  yazılışlar  hesabat  dövrünün  əməliyyatlarının  yekun 
məbləğini  özündə  əks  etdirir.  Məsələn,  anbar  kitabına  nəzarət 
hesabı  üzrə  qalığı,  anbar  kitabı  hesabının  irihəcmli  cildlənmiş 
hesablarının  məlumatlarının  qalığı  ilə  təsdiq  edilməlidir.  Fərz 
edək ki, hesabat dövrü ərzində anbara 1000 adda material daxil 
olmuşdur.  Mədaxil  edilən  materialın  dəyəri  200000  manatdır. 
Bu  məbləğ  anbar  kitabı  hesabının  debetinə  yazılacaq.  Tərtib 
edilmiş  ayrı-ayrı  yazılışlara  əsasən  ümumi  məbləğ  200000 
manat  təşkil  edir.  Nəzarət  hesablar  sistemi  müxtəlif  uçot 
yazılışlarının  yoxlanılmasına  imkan  verir.  Ona  görə  ki,  anbar 
kitabının  müxtəlif  hesablarında  əks  etdirilmiş  ayrı-ayrı 
yazılışların  məbləğlərinin  cəmi,  əməliyyatların  bütün  yekun 
məbləğlərini  əks  etdirən  nəzarət  hesabının  yekununa  bərabər 
olmalıdır. 
Əməliyyatların  qeydiyyatı  üçün  zəruri  olan  1  misalında 
verilmiş  uçot  yazılışlarını  nəzərdən  keçirək.  1  misalında 
verilmiş  əməliyyat  əyanilik  xatirinə  nömrələnmişdir.  Bununla 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə