Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   67

 
 
135 
 
istifadə  edilir,  “Target-Kosting”  isə  ilkin  olaraq  məhsulun 
layihələndirilməsi  mərhələsində  məsrəflərin  aşağı  salınması 
strategiyasına  tərəfdar  çıxır,  yəni  yalnız  əməliyyat  alət  deyil, 
strateji alət hesab olunur. 
4.  “Target-Kosting”  uçot  modeli  yalnız  daxili  amilləri 
deyil,  ən  çox  xarici  bazar  mühitini  öyrənmək  istiqamətində 
marketinqlər  üçün  prizma  rolu  oynayır  və  bazar  mühitinin 
xüsusiyyətlərini onlara təlqin edir. 
5. 
“Target-Kosting” 
uçot 
modeli 
müəssisə 
əməkdaşlarının  bazara  səmtlənmiş  (yönəldilmiş)  əxlaqlarının 
yeniləşməsinə (motivasiyasına) yaxından kömək edir. Bununla 
da  müəssisə  əməkdaşları  uzunmüddətli  strategiyaya  uyğun 
olaraq fəaliyyət göstərirlər. 
 
10.4. “Kayzen - Kosting” uçot modeli 
 
Dünyanın  inkişaf  etmiş  ölkələrində  məsrəflərin  idarə 
edilməsində  və  məqsədli  maya  dəyərinin  hərtərəfli  mühafizə 
edilərək  inkişaf  etdirilməsi  sahəsində  həyata  keçirilən  yenilik-
lərdən biri də “Kayzen-Kosting” uçot modelinin geniş vüsət al-
masıdır.  
Yapon  dilindən  tərcümədə  “kayzen”  sözü  “kiçik  addım-
larla yaxşılaşdırma, təkmilləşdirmə” deməkdir. Müəssisə səviy-
yəsində  “Kayzenin”  məqsədi  daxili  ehtiyatlar  hesabına  kənar-
dan  investisiya  cəlb  edilmədən    bütövlükdə  şirkətin  və  yaxud 
onun  ayrı-ayrı  bölmələrinin  fəaliyyətini  təkmilləşdirməkdən 
ibarətdir. 
“Kayzen-Kosting” anlayışı məhsulun maya dəyərinin la-
zım olan səviyyəsini təmin etmək və məsrəflərin məqsədli sə-
viyyəyə qədər aşağı salınması yollarını göstərir. Bu modelin la-
zımi  dərəcədə  istifadə  edilməsi  yalnız  istehsal  mərhələsində 
məsrəflərin 5% aşağı salınmasını təmin edir. 


 
 
136 
 
Amerika  Birləşmiş  Ştatlarında  və  Qərbi  Avropa  ölkələ-
rində  1980-ci  illərin  ikinci  yarısında  Yaponiyanın  sənaye  şir-
kətlərində  “Kayzen”in  rolu  haqqında  ilk  kitab  (ingilis  dilində) 
nəşr edildikdən sonra “Kayzen-Kosting” uçotu modeli daha ge-
niş  yayılmağa  başlamışdır.  Eyni  zamanda  “Kayzen”  anlayışı 
tez-tez keyfiyyət dərnəyində birləşən çox böyük olmayan qrup 
şəklində və yaxud məhsulun keyfiyyətinin yüksəldilməsi sahə-
sində  təkliflər  verən  işçilər  şəklində  fəaliyyət  kimi  də  təzahür 
edir.  “Kayzen-Kosting”  anlayışını  ilk  dəfə  işlədən  Yasuxiro 
Monden bu modelin  istehsal  prosesinin  müxtəlif mərhələlərin-
də  “Target-Kosting”  modeli  ilə  sıx  qarşılıqlı  əlaqəsindən  bəhs 
etmişdir. 
Yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə nəticə çı-
xır ki, “Kayzen” – keyfiyyətin və biznes proseslərinin tədricən 
təkmilləşdirilməsi fəlsəfəsidir, “Kayzen-Kosting” isə menecer-
lərin məqsədli maya dəyərinə nail olmaq və istehsalın rentabel-
liyinin  təmin  etmək  məqsədi  ilə  istifadə  etdikləri  məsrəfləri 
aşağı salmaq vasitəsidir (alətidir). 
Uçotun “Kayzen-Kosting” modeli bu sahədə istifadə edi-
lən bir sıra modellərlə, xüsusi ilə “JİT”, “Target-Kosting” kimi 
sistemlərlə  qarşılıqlı  əlaqədə  tətbiq  edilir.  Idarəetmə  uçotunun 
müxtəlif  modellərinin  tətbiqi  ilə  məşğul  olan  mütəxəssislərin 
fikrincə  “Kayzen-Kosting”  modeli  “Target-Kosting”  modeli 
daha sıx qarşılıqlı əlaqədə tətbiq edilirlər. Hər iki modelin məq-
sədi məsrəflərin ayrı-ayrı modelləri və bütövlükdə son məhsu-
lun  maya  dəyərini  aşağı  salmaqdan  ibarətdir.  Əgər  yaradılan 
məhsulun həyat tsiklini iki mərhələyə - planlaşdırma və layihə-
ləndirmə (işləyib hazırlamaq) mərhələsi və istehsal mərhələsinə 
ayırsaq, “Target-Kosting” modeli birinci mərhələ üzrə tapşırıq-
ları həll edir, “Kayzen-Kosting” isə ikinci. Birlikdə hər iki mo-
del  şirkət  rəqibinə  nisbətən  maya  dəyərinin  aşağı  salmalı  və 
müvafiq  bazar  sektorunu  əldə  saxlamaq  üçün  əlverişli  qiymət 
siyasəti seçmək kimi qiymətli üstünlüklər verirlər. 


 
 
137 
 
Sənayenin  ənənəvi  sahələrində,  hansı  ki,  məhsul  uzun-
müddətli həyat tsikli ilə xarakterizə olunur, bu zaman “Kayzen-
Kosting” modelinə, əksinə innovasiyalı sahələrdə, yəni məhsul 
istehsalı  qısamüddətli  həyat  tsikli  ilə  xarakterizə  olunursa,  bu 
zaman “Target-Kosting” sistemi irəli çəkilir. 
Şərti  olaraq  ənənəvi  sənaye  sahələrinə  aid  edilən  şirkət-
lərdə “Kayzen” fəaliyyəti üç səviyyədə həyata keçirilir: 
1. Kayzenin fəlsəfəsi vəzifə borcu hesab olunan menecer-
lər; 
2.  Keyfiyyət  dərnəklərində  birləşən  (toplanan)  təşəbbüs-
kar əməkdaşlar qrupu; 
3.  Təkliflər  sistemi  vasitəsi  ilə  yeni  ideya  irəli  sürmək 
imkanı olan ayrı-ayrı fəhlələr. 
“Kayzen” fəaliyyətində aktiv iştirak edən insanların mü-
kafatlandırılması  maddi  və  mənəvi  həvəsləndirmə  yolu  ilə  hə-
yata  keçirilir.  İşçilərin  həvəsləndirilməsi  şirkətlər  tərəfindən 
öyrədilən mədəni sərvətlərin fəhlə və mütəxəssislərin beynində 
möhkəmləndirən tədbirləri özündə əks etdirir. 
İnnovasiyalı  sahələrdə  “Kayzen-Kosting”  ahəngdar  ola-
raq öz əhəmiyyətini itirmədən “Target-Kosting”i tamamlayır. 
“Target-Kosting”  ideyası  həddindən  artıq  sadədir.  Yəni 
elə innovasiyalı məhsul istehsal edilməlidir ki, hesablama maya 
dəyəri məqsədli maya dəyərini üstələməsin. Əgər bu iki kəmiy-
yət arasındakı fərq saxlanılırsa, bütün ciddi cəhdlərə baxmaya-
raq layihədən inkar edilməlidir. Burada belə bir sual çıxır orta-
ya:  nə  etməli  əgər  hesablama  maya  dəyəri  məqsədli  maya  də-
yərindən  lap  az  yüksəkdir?  İstehsala  başlamaq,  yoxsa  yox? 
Təcrübə  göstərir  ki,  hesablama  və  məqsədli  maya  dəyəri  ara-
sındakı az fərq (3-5 faiz həddində) istehsal haqqında qərar qə-
bul etmək üçün maneə hesab olunmur. Yapon müəssisələrində 
əmələ  gələn  az  fərq  istehsal  mərhələsindəki  Kayzen  tapşırığı-
nın köməkliyi ilə müvəffəqiyyətlə bağlanır. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə