Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   67

 
 
90 
 
3.  Ümumtəsərrüfat  təyinatlı  əsas  vəsaitlərin  təmiri  və 
saxlanılması xərcləri
4. Sair ümumtəsərrüfat xərcləri; 
5. Ümumtəsərrüfat qeyri-məhsuldar xərcləri. 
Ümumnəşriyyat xərclərinin  analitik uçotu  başvermə  yer-
ləri üzrə müvafiq köməkçi cədvəllərdə aparılır. 
Ay ərzində 721 N-li hesabın debetində cəmlənən xərclər, 
ayın  axırında nəşriyyat  məhsulları  istehsalına sərf edilən məs-
rəflərin tərkibinə daxil edilir: 
Debet 202 “İstehsal məsrəfləri” 
Kredit 721 “İnzibati xərclər” 
Nəşriyyat – poliqrafiya müəssisəsi məhsulunun tam maya 
dəyərinin elementlərindən biri də satışla əlaqədar olan xərclər-
dir. 
Satışla bağlı olan xərclərin uçotu 11-ci cədvəldə verilmiş 
nomenklatura maddələrinə uyğun olaraq 711 N-li “Kommersi-
ya xərcləri” sintetik hesabında aparılır. 
Cədvəldə əks etdirilmiş bütün xərclər ay ərzində 711 N-li 
hesabın debetində cəmlənir və ayın sonunda satışın maya dəyə-
rinə  silinir  (satılmış  və  yüklənib  yola  salınmış  məhsula  düşən 
hissə): 
Debet 701 “Satışın maya dəyəri” 
Kredit 711 “Kommersiya xərcləri” 
 
 Satış xərcləri maddələrinin nomenklaturası  
Cədvəl 11. 
S/n 
Xərc 
maddələri 
Xərclərin xarakteristikası 

Məhsulun 
qablaşdırılması 
və daşınması 
Nəşriyyat məhsullarının 
qablaşdırılması, daşınması, dövri 
nəşrlərin göndərilməsi 

Reklam 
xərcləri 
Nəşriyyat məhsullarını təbliğ edən 
bütün növ reklam xərcləri (nəşriyyat 
orqanlarında, radio və televiziyada 


 
 
91 
 
verilən elanların xərci, plakatların, 
bukletlərin çap xərci, sərgi və 
yarmarka xərcləri və s.) 

Marketinq 
tədqiqatları 
xərcləri 
Bazarın konyunkturasının 
öyrənilməsinə cari xərclər, nəşriyyat 
məhsullarının buraxılışı və satışı ilə 
əlaqədar olan informasiyanın 
toplanması və yayılması xərcləri 

Kommersiya-
satış xərcləri 
Ticarət işçilərinin əmək haqqı xərcləri. 
Nəşriyyat məhsullarının satışa hazırlıq 
xərcləri. Anbarların, ticarət 
salonlarının və ticarət avadanlıqlarının 
saxlanılması xərcləri. Əsas vəsaitlərin 
amortizasiyası xərcləri 

Sair xərclər 
Mütləq pulsuz nüsxələrin plan maya 
dəyəri və əvvəlki maddələrdə nəzərdə 
tutulmayan sair satış xərcləri 


 
 
92 
 


 
 
93 
 
 
Məhsulun  maya  dəyəri  kalkulyasiyasına  həmçinin  “Çıx-
daşdan  itkilər”  də  daxil  edilir.  Faktiki  maya  dəyərinin  hesab-
lanması bütün növ məsrəflərin toplanmasından sonra yerinə ye-
tirilir.  Bu  iş  özündə  bir  neçə  mərhələni  birləşdirir  ki,  bunların 
da hər biri əlavə olaraq aşağıdakı işlərin yerinə yetirilməsini tə-
ləb edir: 
1. Vahid bölüşdürmə bazasından istifadə etməklə bu mər-
hələdə bölüşdürülməli olan məsrəf qruplarının formalaşması; 
2. Qruplaşdırılmış məsrəflərin məsrəf obyektləri üzrə bö-
lüşdürülməsi; 
3. Növbəti mərhələ üçün zərurilik nöqteyi-nəzərindən bö-
lüşdürmənin nəticələrinin qruplaşdırılması. 
Birinci  halda  uçot  registrlərində  toplanmış  məsrəflər  la-
zım olan aralıq qovşaqlar üzrə qruplaşdırılır. 
İkinci  halda  məsrəf  obyektləri  baxımından  faktiki  maya 
dəyəri hesablanır. 
Növbəti  mərhələ  üçün  zəruriliyi  nöqteyi-nəzərdən  məs-
rəflərin bölüşdürülməsindən alınan nəticələrin bölüşdürülməsi. 
Məsrəflərin  kalkulyasiya  maddələri  nöqteyi-nəzərdən 
qruplaşdırılması  və  uçotu  nəşriyyat  –  poliqrafiya  müəssisəsinə 
imkan verir ki: 
1.  Faktiki  istehsal  məsrəflərinin  müvafiq  maddələr  üzrə 
vaxtında və düzgün əks etdirilsin; 
2. İstehsal resurslarından istifadə edilməsi və onların nor-
ma, normativ və smetalarla müqayisə olunması üzərində nəza-
rət etmək üçün lazım olan informasiyanın təqdim edilməsi
3.  Məhsulun  maya  dəyərinin  aşağı  salınması  ehtiyatları-
nın aşkara çıxarılması və qeyri-məhsuldar xərc və itkilərin qar-
şısının alınması; 
4.  Müəssisənin  hər  bir  struktur  bölməsi  üzrə  fəaliyyəti 
nəticələrinin təyin edilməsi. 


 
 
94 
 
 
7.3. Tikiş müəssisələrində məsrəflərin uçotu və məhsulun 
maya dəyəri kalkulyasiyasının xüsusiyyətləri 
 
Tikiş müəssisələrində istehsalatın uçotunun təşkili prose-
si ən çox istehsalın növü və xarakteri, onun təşkili və texnoloji 
xüsusiyyətləri,  buraxılan  məmulatların  nomenklaturalarının 
müxtəlifliyi,  onların  mürəkkəbliyi,  istehsalın  ixtisaslaşma  sə-
viyyəsi, idarəetmənin quruluşu və digər amillərlə müəyyən edi-
lir. 
Tikiş  istehsalı  texnoloji  proseslərin  xarakterindən  asılı 
olaraq emaledici sənaye sahəsinə aiddir. Burada hazır tikiş mə-
mulatını  əvvəlcədən  hazırlanmış  biçmə  detallarının,  müxtəlif 
furniturların, bəzəkvurma (naxış) materiallarının quraşdırılması  
(yığılması) yolu ilə alınır. 
Tikiş müəssisələrində ixtisaslaşma və kütləvilik dərəcəsi-
nə  görə  istehsalın  üç  fərdi,  seriyalı  və  kütləvi  növlərini  tətbiq 
edirlər.  Tikiş  müəssisələrində  istehsal  sexlərinə  (bölmələrinə) 
aşağıdakılar aiddir: 
1. Hazırlıq sexləri; 
2. Biçmə sexi; 
3. Tikmə sexi
4. Yaş – isti emal sexi. 
Məhsul istehsalının texnoloji prosesi iki emal mərhələsi-
nə ayrılır: 
a) parçanın biçilməyə hazırlanması və biçmə; 
b) hazır məhsulun tikilməsi. 
Tikiş məmulat istehsalının texnoloji prosesi ümumi qay-
dada özündə aşağıdakı qarşılıqlı əlaqədə olan əməliyyatları bir-
ləşdirir: 
1. Hazırlıq sexində - qəbul, tabaşirlə işarələmə və biçmə 
üçün parçanın seçilməsi


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə