~ 126 ~
və 1-ci sorta bölünür. Tumlu gilas və albalı mürəbbəsi və çəllək-
lərə qablaşdırılmış mürəbbə yalnız 1-ci sortda buraxılır. Cem əla
və 1-ci sorta ayrılır.
Keyfiyyətinin müəyyən edilməsinə taranın və onun markalan-
masını yoxlamaqdan başlamaq lazımıdır. Qablaşdırılmış meyvə-
giləmeyvə şirniyyatı əvvəlcə çini fincana və ya başqa bir dayaz
qaba tökülməlidir.
3.2.3. Orqanoleptik göstəricilərin təyini
Orqanoleptik üsulla meyvə-giləmeyvə şirniyyatının xarici gö-
rünüşü, dadı, iyi, rəngi və konsistensiyası müəyyən edilir.
Mürəbbənin xarici görünüşü yoxlanılarkən, onun meyvəsinin
bircinsli olmasına fikir verilir. Şərbətin şəffaflığını və onun daxi-
lində olan asılı hissəciklərin olmasını yoxlamaq üçün şərbət süzü-
lür və açıq şüşədən stəkanda gündüz işığında nəzərdən keçirilir.
Bütün məmulat növləri üçün xarlama və qıcqırma əlamətləri-
nin olması müəyyən edilməlidir.
Povidlonu yoxlayarkən onun eynicinsli olmasıma, əzilməmiş
hissənin, tumun və qabıq hissəsinin olub-olmamasına fikir
vermək lazımdır.
Dad və iyi yoxlayarkən, onun hazırlandığı meyvənin də və iyi-
nə müvafiq olması dərəcəsi, kənar dad və iyin, eləcə karamelləş-
miş şəkər dadının olması müəyyən edilməlidir.
Rəngini yoxlayarkən hazırlandığı meyvə - giləmeyvənin rəngi-
nə uyğun olması nəzərə alınmalıdır. Mürəbbə isə əlavə olaraq lə-
kəli və üzərində qara nöqtə olan meyvələrin sayı müəyyənləşdiril-
məlidir.
Konsistensiyasını təyin etmək üçün məhsulu qarışdırırlar. Po-
vidlo və cemdən fərqli olaraq mürəbbədə meyvənin və şərbətin
konsistensiyası ayrıldıqda yoxlanılır. Meyvənin konsistensiyasını
yeməklə müəyyən edirlər.
3.2.4. Mürəbbədə meyvənin miqdarının təyini
Standartlarda (DÖST 7061-70) ayrı-ayrı meyvələrin tərkibin-
dəki meyvənin miqdarı normalaşdırılır. Ona görə mürəbbənin