yüz döyüşçü olub elini itirmiş, xaqanını itirmiş xalqı, kəniz
olmuş, qul olmuş xalqı, türk qanununu dağıtmış xalqı
əcdadlarının qanunları ilə təşkil etmiş, öyrətmiş».
İsimlə ifadə olunan təyinlər. Qədim türk yazısı
abidələrinin dilində isimlərin təyin kimi işlənməsi müasir türk
dillərinə nisbətən daha geniş yayılmışdır. Ə.Ə.Rəcəblinin
«Göytürk dilinin sintaksisi» əsərində qədim türk qəbilələrinin
dilində isimlərin təyin mövqeyində işlənməsinin on səkkiz
məna növü göstərilir. Müəllif teyin kimi işlənmiş isimlərin
həmin mena növlərini üç qrupda
birləşdirir,
1. Göytürk dilində teyin kimi işlənən, lakin müasir türk
dillərində ismi birləşmələrin tərkibinə daxil olan, amma təyin
kimi işlənə bilməyən (ikinci növ təyini söz birləşmələrindəki
kimi) isim-təyinlər.
2. Göytürk dilində olduğu kimi, müasir türk dillərində də
təyin vəzifəsini yerinə yetirən isim-təyirlər.
3. Göytürk dilində təyin kimi işlənən, ancaq müasir türk
dillərində (əsasən) mürəkkəb sözün tərkib hissəsinə çevrilən və
daşlaşan isim-təyinlər.
Bu eserdə isimlərin təiyn mövqeyində işlənməsini geniş
surətdə araşdırmaq mümkün olmadığı üçün ismin təiyn kimi
işlənməsinə aid bir neçə nümunə təqdim edilir:
Tölis, tarduş
bodunığ anta itmiş (KT ş 13) «Tölis, tarduş xalqlarını orada
təşkil etmiş».
Tarduş şad ara badı (T 41) «Tarduş şadı aranı
bağladı».
Kağan at hunta biz birtimiz (KT ş 20) «Xaqan adı bu
zaman biz verdik».
Kurığaru Yinçii ügüzig keçə Təmir kapığka
təgi sülədim (KT c 4) «Qərbə İnci çayını keçərək Dəmir qapıya
təki qoşun çəkdim».
Altun başlığ yılan mən (IB 12) «Qızıl başlı
ilanam».
İnim Kül tigin birlə, eki şad birlə ölü yitü kazğandım
(KT ş 27) «Kiçik qardaşım Kül tigin ilə, iki şad ilə əldən
düşərək qazandım».
Saylarla ifadə olunan təyinlər. Sifət kimi, saym da əsas
vəzifəsi təyin etməkdir. Sifət əşyaları əlamət və ya keyfly-yətə
görə təyin edirsə, say əşyaları kəmiyyətə görə təyin edir. Qədim
türk yazısı abidələrinin dilində təyin vəzifəsində işlənən
saylann dörd məna qrupu halında birləşmiş on dörd tipinin
işlənməsinə təsadüf edilir. Təbii ki, burada saylann təyin kimi
146
işlənməsinin bütün məna tipləri haqqında rnəlu-mat vermək
mümkün deyildir. Buna görə də saym təyin kimi işlənməsinə
iki-üç nümunə verilir:
Bu tabğaçda yıraya yeti ərən yağı boltı (O
5) «Bu tabğaçdan şimala yeddi ərən yağı oldu».
Bunça kazğanıp
kafjım kağan ıty ıl onınç ay altı otuzka uça bardı (BK c 10) «Bu
qədər qazanıb atam xaqan it ili onuncu ayın iyirmi altısında
vəfat etdi».
Ekinti ay altı yegirmikə üç tuğlığ türk bodun ... (MÇ
46) «İkinci aym on altısında üç bayraqlı türk xalqı ...» ...
bir-iki
atlığ yablakın üçün, kara bodunım öltifj (MÇ 17) «... bir-iki
məşhur (adam) pis olduğu üçün, qara xalqım, öldün».
Əvəzliklərlə ifadə olunan təyinlər. Qədim türk yazısı
abidələrinin dilində əvəzliklərin böyük hissəsi təyin vəzifəsində
işlənə bilmir. Abidələrin dilində
bu və
ol «o» işarə əvəzlikləri,
həmin əvəzliklərin
-ça ədatı artırılmış
bunça «bunca, bu qədər»
və
ança «onca, o qədər» şəkilləri, habelə
kamuğ «hamı» və
«hansı» sual əvəzliyi mənasında işlənən nə «nə» sual əvəzliyi
təyin vəzifəsində işlənə bilir; məsələn:
Ol kan yok boltukda
kisrə el yetmiş, ıçğınmıs, kaçışmıs (O 1) «O xan yox olduqdan
sonra
cl sona yetmiş, dağılmış, qaçışmış».
Yigirmi kün olurıp hu
taşka bu tamğa kop Yolığ tigin bitidim (KT c ş) «İyirmi gün
oturub bu daşa bu damğam tamamilə (mən) Yolığ tigin yazdım».
Bunça barkığ, bədizig, uzığ (türk bilgə) kağan atm Yolığ tigin
mən ay artukı tört kün olurıp bitidim, bədiztim (BK c q) «Bunca
sərbadəni, naxışı, heykəli (türk müdrik) xaqanın kiçik qohumu
Yolığ tigin mən bir ay dörd gün oturub yazdım, naxışladım».
Kamuğ balıka təgdim (O 9) «Bütün şəhərlərə hücum etdim».
Türk kara kamığ bodun ança timiş (KT ş 8-9) «Bütün türk qara
xalqı elə demiş».
Nə kağanka isig, küçig birür mən? (KT ş 9)
«Hansı xaqana iş, güc verirəm».
Nə butjı bar ertəçi ermis (T 57)
«Nə qədər dərdi olası imiş».
İsm i söz birləşmələri ilə ifadə olunan təyinlər. Müasir
türk dillərində olduğu kimi, qədim türk yazısı abidələrinin
dilində də təyinlər ismi söz birləşmələri - ikinci və üçüncü növ
təyini söz birləşmələri ilə də ifadə olunur. Məlum olduğu kimi,
ikinci və üçüncü növ təyini söz birləşmələri tərkib hissələrinə
parçalanmır, bütövlükdə sonra gələn sözə və ya söz
147