108
ifadə etsək,
güman edirik ki, səhv etmərik. Bədən tərbiyəsi üzrə təlimin məqsədi və dərsin qarşısında
duran konkret vəzifələr baxımından dərsləri aşağıdakı tiplərə ayırmağı məqsədəüyğun hesab edirik:
1)
fiziki tərbiyə üzrə yeni materiallar haqqında məlumat verən giriş (ilk tanışlıq) dərs;
2)
fiziki hərəkət və oyunlar üzrə yeni bacarıq və vərdişlər yaradan və mərimsədən dərslər;
3) qazanılmış bacarıq və vərdişləri möhkəmləndirən dərslər;
4) qarışıq dərslər;
5) yoxlama dərsləri.
Məktəb təcrübəsindən məlum olur ki, dərsin tipləri nəinki təhsil məqsədinə, hətta mərhələlər
(hissələr) və bu mərhələlərin vəzifələrinə münasib olaraq bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.
Bundan əlavə, hər bir dərs tipinin özünəməxsus mərhələləri – yeni dərs materiallarının
öyrədilməsi keçmişlərin möhkəmləndirilməsi, təkmilləşdirilməsi, yoxlama və ev tapşırıqlarının
verilməsi
mərhələsi vardır. Dərsin tipləri forma və quruluş etibarı ilə yaxın olsa da, tədris xarakterinə, quruluşuna,
forma, məzmun və vaxtın bölüşdürülməsinə görə fərqlənir.
Ümumiyyətlə, dərsin qarşısında bir çox təhsil vəzifələri durur, lakin onun tiplərə bölünməsi
başlıca təhsil vəzifələrinə əsaslanır. Buradan aydın olur ki, hər bir dərs başlıca təhsil məqsədilə
məhdudlaşmır, o eyni zamanda digər təhsil məqsədi və vəzifəsi də daşıyır. Bunları əsas deyil, əlavə və
qeyri-əsas təhsil məqsədi və vəzifəsi adlandırmaq olar.
Giriş (ilk tanışlıq) dərs
İbtidai siniflərdə tətbiq olunan giriş dərs tipi kiçik məktəbyaşlı şagirdlərin
təlim-tərbiyəsində
xüsusi yer tutur. Giriş dərsin özü də təhsil məqsədinə, tədris materialının məzmununa görə ümumi və
konkret xarakter daşıyır. Belə dərsi iki hissəyə – ümumi və xüsusi giriş dərsə bölmək məqsədəuyğundur.
Bu hər bir dərsin nə məqsədlə keçirilməsinin bir daha aydınlaşdırılmasına imkan verir.
Müəllim ümumi giriş dərsə qabaqcadan hazırlaşmalı və onu dərs ilinin əvvəlində keçirməlidir.
Ümumi giriş dərsdə bədən tərbiyəsi dərsinin şagirdlərin qarşısında duran vəzifələrindən danışmalı,
proqram materialının məzmunu ilə, gigiyenik tələblərlə, meydança (zal) və oyun yerləri ilə şagirdləri tanış
etməli, habelə gün rejimi, idman geyimləri ilə əlaqədar qısa söhbət aparmalıdır. Belə dərslərdə ümumi
şəkildə olsa da, ayrı-ayrı proqram materialları üzrə məlumat vermək lazımdır.
Giriş dərsdə müxtəlif fiziki hərəkətlər haqqında, ayrı-ayrı idman növünün respublikamızda
inkişafı və vəziyyəti haqqında, habelə görkəmli idmançılar barədə qısa məlumatlar verilməlidir. Eyni
zamanda bu dərsdə fiziki hərəkətlərin əhəmiyyəti, onların sağlamlığa təsiri, əməyə Vətənin
müdafiəsinə
hazırlıq işində oynadığı rolla əlaqədar sadə məlumatların verilməsi də faydalıdır.
Xüsisi giriş dərsinin yeni proqram materiallarının tədrisinə başlandıqda keçirilməsi məsləhətdir.
Bu dərsi rübün əvvəlində və ortalarında aparmaq olar. Burada müəllim öz işinə yaradıcı yanaşmalı və
lazımi təşəbbüs göstərməlidir. Müəllimin söhbəti qısa, aydın və inandırıcı olmalı, şagirdlərin fikri
fəallığının yüksədilməsi şəraitində keçməlidir. Həmin dərs tipinə aid bir nümunə verək:
Giriş dərsin təxmini planı
I sinif, I rüb
1
. Dərs №1
Dərsin vəzifələri: 1) şagirdləri bədən tərbiyəsi dərsinin təşkili və keçirilməsi ilə və ona hazırlıqla
tanış etmək; 2) idman geyimi haqqında şagirdlərə məsləhət vermək; 3) məşğələyəqədər səhər
gimnastikası kompleksini öyrətmək.
Dərsin keçirildiyi yer : sinif və ya idman meydançası (zal).
Dərsin məzmunu
Hazırlıq hissə – 10 dəq.
1.
Bədən tərbiyəsi dərsləri, idman geyimi, dərsəqədər gimnastika haqqında qısa məlumat – 8
dəq.
2.
Sıraya düzülmək və nizamla meydançaya çıxmaq –2 dəq.
Əsas hissə – 30 dəq.
Qeyd: I-II rüb 1-ci III-IV rüb isə 2-ci yarım il kimi nəzərdə tutulur.
109
1.
Əl-ələ tutaraq dairə düzəltmək -2 dəq.
2.
Salamlaşmanı öyrənmək – 2 dəq.
3.
Dərsəqədər gimnastika kompleksini öyrənmək – 10 dəq.
4.
Uşaqlara tanış oyunlar keçmək – 16 dəq.
Tamamlayıcı hissə – 5 dəq.
Yeni bacarıq və vərdişlər yaradan, mənimsədən
dərs
Belə dərslər proqram materialının öyrədilməsi ilə əlaqədar keçirilir. Lakin o tədris prosesinin
sıxlığının az, şagirdlərin boşdayanma hallarının çox olması ilə digər dərs tiplərindən fərqlənir.
Çünki yeni
bilik öyrədən dərsdə vaxtın çoxu yeni hərəkət texnikasının öyrədilməsinə, kobud səhvlərin
düzəldilməsinə və zədələnmələrdən qorunmanın izahına sərf olunur. Belə dərsdə ayrı-ayrı mərhələlər olur
ki, bunlar da yeni biliyin öyrədilməsindən ibarətdir.
Yeni bilik öyrədən dərsdə əvvəl öyrədilmişlərin təkrarına həsr olunmuş kiçik bir mərhələ,
keçilmişlərin yeni biliklə əlaqələndirilməsi mərhələsi və s. ola bilər. Belə dərsdə əvvəllər qazanılmış
biliklə yeni biliyi əlaqələndirib yoxlama aparılması və ev tapşırıqları verilməsi mərhələsi də mövcuddur.
Məlumdur ki, ana dili, riyaziyyat, təbiətşünaslıq və s. dərslərdə dərs mərhələləri əsasən
müəllimin yaradıcılığı və ymumi qəbul edilmiş müəyyən ardıcıllıqla həyata keçirilir. Yeni dərs,
tapşırıqların qısa müddətdə yoxlanılması ilə, yoxlama yazı işi ilə, yaxud yeni
məzmunun öyrədilməsi ilə
başlanır. Sonra yeni bilik köhnə biliklə əlaqələndirilir, təkrarlanır və ev tapşırıqları verilir.
Bədən tərbiyəsi dərsləri isə ümumi pedaqoji baxımdan əsasən həmin şəkildə qurulsa da, onun
özünəməxsus spesifik quruluşu və mərhələləri vardır. Bədən tərbiyəsi dərsləri tədris materialının
xarakterinə və şagirdlərin fiziki hazırlığına, fiziki inkişaf xüsusiyyətlərinə uyğun olaraq qurulur. Əgər
digər fənlərdə nisbətən sabit, dəyişməz quruluş müəyyən mənada fayda verirsə, bədən tərbiyəsində dərs
üç mərhələdə (hazırlıq, əsas və tamamlayıcı mərhələlər) qurulmalı, hər bir mərhələ onun qarşısında
qoyulmuş əsas vəzifəni yerinə yetirməli və ümumi məqsədə yönəldilməlidir. Lakin qurulmasından asılı
olaraq, ola bilər ki, hazırlıq hissədə keçirilməli hər hansı bir element həmin hissədə yox, əsas və
tamamlayıcı hissədə keçirilsin. Yeni materialın tədrisi zamanı dərsin kiçik mərhələlərinin
yerini dəyişmək
də mümkündür. Məsələn, müəllimin yaradıcılığından, vaxtın mərhələlər üzrə bölüşdürülməsindən asılı
olaraq dərsə qədər səhər gimnastikası hərəkətlərini dərsin hazırlıq, əsas və istərsə də tamamlayıcı
hissəsində öyrədə bilər. Bütün bunlardan aydın olur ki, bədən tərbiyəsi dərsinin əsas mərhələlərindən dərs
tipinə uyğun vəzifələr yerinə yetirilməlidir. Qeyri-əsas təhsil məqsədi ilə keçirilən kiçik mərhələlər isə öz
yerini dəyişə bilər. Yeni tədris materialı öyrədən dərsə aid belə bir misal göstərək. Dərsin qarşısında
hündürlüyə tullanmaq və «Çağırış» oyunu ilə tanış olmaq əsas məqsəd kimi qarşıya qoyulmuşdu.
Müəllim bu zaman dərsin hazırlıq hissəsində yeni dərsin vəzifələri haqqında izahat səciyyəli məlumat
verməli, sıraya və cərgəyə düzmələrin bəzi elementlərini təkrar etməli (məsələn, seyrəlmələr, sıxlaşmalar,
bir cərgədən iki cərgəyə və əksinə düzülmələr və s.) əsas hissədə hündürlüyə tullanma elementləri ilə
zəngin olan hərəkət kompleksini və «Çağırış» oyununu öyrətməlidir. Tamamlayıcı hissədə isə, musiqinin
müşayiəti ilə zalətrafı yerişi, sağa, sola dönmələri təkrar etməli, müxtəlif növ tənəffüs
hərəkətlərini yerinə
yetirməli, dərsi yekunlaşdırmalı, ev tapşırığı (məsələn, evdə raport verməni təkrar etmək) verməlidir.
Yeni bacarıq və vərdiş yaradan, öyrədən dərsin
təxmini planı
II sinif. II rüb. Dərs № 2.
Dərsin vəzifələri: iki cərgədə üz-üzə duraraq (məsafə 4-5 m), əlavə hərəkətlərdən sonra kiçik
topu bir-birinə atıb-tutma, 30
o
bucaq altında maili qoyulmuş gimnastika skamyasının üzərilə əl və
ayaqların köməyi ilə dırmaşma və hündürlüyə tullanma, «Ləkə vurmaqla xilasetmə» oyunu.
Dərsin keçirildiyi yer: idman meydançası.
Təchizat: kiçik top, gimnastika skamyası.
Dərsin məzmunu