Dərs vəsaiti Laboratoriya işi



Yüklə 210,83 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix18.04.2018
ölçüsü210,83 Kb.
#39261
növüDərs
1   2   3   4   5   6   7

Skanedici zond mikroskopiyasında təhriflər 

 

 



Şəkil 4-4.   Pyezokeramikanın mexaniki deformasiyasının qeyri-  

xəttiliyi 

 

Səthin atomlararası  məsafə  tərtibində kiçik hissələrinin 



şəkillərinin alınması zamanı bu çatışmazlıq  əhəmiyyət kəsb 

etmir. Birincisi, diapazon dəyişməsi kiçik olduğuna görə qeyri-

ideal hərəkət yaranmır; ikincisi, əksər mühüm həndəsi para-

metrlər, məsələn rabitə uzunluğu başqa üsullarla əvvəlcədən 

ölçülmüş nəticələrdən məlum olur.  

Bəzən daha böyük obyektlərin, məsələn mikrotexnoloji 

üsullarının köməyi ilə hazırlanmış strukturlarda şəkillərin alın-

ması zamanı qeyri-xəttilik kifayət qədər böyük təhriflər yarada 

bilər. Pyezokeramikanın qeyri-xəttiliyi skanedicidə eyni ölçülü 

obyektlərin başlanğıcda və sonda alınmış şəkillərinin müxtəlif 

ölçülərə malik olmasına səbəb olur.  

b)

 

Histerezis 

   Bu tip qeyri-xəttilik elektrik gərginliyinin istiqamətinin 

dəyişməsindən asılı olaraq uzanmanın birqiymətli olmamasına  

görə(Şəkil 4-5) yaranır. Bundan əlavə histerezisə görə pyezo-

keramika elektrik gərginliyini düz istiqamətdə və ya əks istiqa-

mətdə eyni cür dəyişməsindən sonra öz başlanğıc uzunluğunu 

almaya da bilər.  

Histerezisin qiyməti adətən 10% təşkil edir və bu pyezo-

keramik materialın tərkibindən və strukturundan asılıdır. Histe-

rezis SZM-də skanedicinin düzünə  və  əksinə yerdəyişmələri 

zamanı skanetmə sahəsində sürüşmələrə səbəb olur. Buna görə 

nümunə  səthinin SZM-də alınmış  şəkillərindəki histerezislə 

 

85



“Nanotexnologiyadan laboratoriya  işləri”. Dərs vəsaiti  

 

əlaqəli təhriflərin aradan qaldırılması üçün ölçmələri 



skanedicinin yalnız düzünə  və ya yalnız  əksinə gedişi zamanı 

aparmaq lazımdır.  

 

Şəkil 4-5. Pyezokeramikanın histerezisi 

 

c)

 

Sürüşmə   

Pyezokeramikanın sürüşməsi yavaş dreyflə aparılmış 

əvvəlki yerdəyişmələrin istiqamətində və ya gərginliyin sürətlə 

dəyişməsindən sonra mexaniki dəyişmələrdə gecikmələr 

zamanı  əmələ  gəlir. Pilləvarı  gərginliyin tətbiqindən sonra 

pyezokeramikanın (cingintili) yerdəyişməsi Şəkil 4-6-dakı kimi 

davam edir.  

 

Şəkil 4-6. Pyezokeramikanın sürüşməsi və cingiltisi 



 

Pyezokeramikanın sürüşməsi skanetmənin böyük sahələrdə 

və böyük sürətlə aparılması zamanı başlanğıc sahədə təhriflərin 

yaranması ilə özünü göstərir. Yeni pyezomateriala tətbiq olu-

nan gərginlik kifayət qədər sürətlə dəyişən zaman özünü bürü-

zə verir. Həmçinin təkrar skanetmə SZM şəkillərində xüsusi 

sürüşmələrə  gətirib çıxardır. Sürüşmə  təsiri, skanedicinin 

sürətini  azaltdıqdan və  skanedicini “ilkin işə hazırlama”-dan 

 

86



Skanedici zond mikroskopiyasında təhriflər 

 

sonra azalmış olur. Təcrübə zamanı SZM şəkillərində sürüşmə 



ilə bağlı  təhriflər yaranarsa, skanedicini müəyyən vaxt 

dayandırıb prosesi yenidən təkrar etməli. Bu tətbiqlərdən sonra 

SZM  şəkillərindəki təhriflər məsələn,  şaquli xətlərin  əmələ 

gəlməsi ilə əyilmə təkrar kadrlarda azalmış olacaqdır. Aydındır 

ki, sürüşmə tələb olan başlanğıc nöqtədə skanetməni başlamaq 

üçün skanedicini dərhal yerdəyişməsi zamanı meydana çıxır. 

Buna  görə  də skanedicinin idarə olunması alqoritmlərində 

dərhal idarəedici gərginliyin kəskin sıçrayışlı addımla dəyiş-

məsi aradan götürülmüşdür və sürüşmənin nəzərə alınması 

üçün dayanma anı daxil edilmişdir.  



ç) Temperatur dreyfi 

Laboratoriyada temperaturun təsadüfü dəyişməsi həmişə 

mövcuddur və elementlərin konstruksiyalarının uzunluqlarının 

dəyişməsinə, zond və nümunə yerdəyişməsinə  nəzərən dəyiş-

mələrinin yaranmasına səbəb olur. Məsələn 

 tempera-

tur dəyişməsi uzunluğu  l=20mm, temperaturun xətti geniş-

lənmə  əmsalı

 

olan pyezoboru uzunluğunu 



 qədər dəyişmiş olur.   

S

T

o

1



=

Δ

-1



-6

K

10



2

 



=

β

o



A

T

l

l

40

=



Δ

=

Δ



β

Z koordinatı üzrə hamar temperatur dreyfi, skanetmə 

prosesində nümunənin SZM şəkillərində müstəvi meylinə 

səbəb olur.  X və Y  koordinatları üzrə xətti ölçülərin dəyişməsi 

zond və nümunə müstəvisində yerdəyişmələrə gətirib çıxırır və 

bunun da nəticəsində şəkillərin ölçüləri dəyişir. Bütünlüklə bu 

təhriflər keramikanın sürüşməsi ilə bağlı oxşar təhriflərdir.  

2. SZM skanedicilər 

Həm  x, y - nümunənin müstəvi səthi üzrə, həm də z - 

şaquli istiqamətdə zondun yerdəyişməsini təmin edən pyezoke-

ramik konstruksiyasılar skanedicilər adlanır. Bir neçə növ 

skanetmə cihazları mövcuddur. Ən çox yayılmış “üç ayaqlı” və 

“boru” şəkilli skanedici cihazlardır (Şəkil 4-7).  

 

 

87




“Nanotexnologiyadan laboratoriya  işləri”. Dərs vəsaiti  

 

 



    a)   

 

 



 

                 b) 



Şəkil 4-7. Üç ayaqlı skanedici (a) Z istiqamətində skanetmə zamanı 

çevrənin qövsü üzrə  hərəkət edir.  Boru şəkilli skanedici 

(b) mürəkkəb hiperbolik funksiyanı  təsvir edir. Bu 

effektlər SZM şəkillərində əyilmə təhriflərə gətirir 

 

Üç ayaqlı skanedicinin üç koordinat oxu üzrə  hərəkətini 

ortoqonal strukturda yerləşmiş, üç asılı olmayan pyezokerami-

kalar yerinə yetirir. 

Skanetmə vaxtı X və Y pyezokeramikaya gərginlik verilir, 

skanedici Z pyezokeramikasının sonunda bərkidilmiş zondu 

nümunə müstəvisindən məcburi çıxarır. Beləliklə, Z-pyezoke-

ramikasına verilən gərginlik zondu nümunə ilə  əks  əlaqədə 

saxlamağa imkan yaradır. Bu zaman nümunənin səthi tamamilə 

hamar olarsa belə şəkildə bükülmüş formanın alınmasına səbəb 

olur(Şəkil 4-8). 

Üçayaqlı skanedicidə Z-pyezokeramika və buna uyğun 

olaraq onun sonunda bərkidilmiş zond skanetmə zamanı çevrə-

nin qövsü üzrə hərəkət edir(2 tərtibli müstəvi). Bu qövs üçbu-

cağın faktiki ölçüləri ilə təyin olunur və skanetmənin sürətinin 

dəyişməsi onu dəyişdirmir. Bu təhriflər 2-ci tərtib levelinq 

vasitəsi ilə şəkildən(Şəkil 4-8) asanlıqla kənarlaşdırıla bilər.  

Boru  şəkilli skanedicilər lotarial müstəvidə içi boş pyezo-

elektrik borunun əyilməsi və uzanması və ya borunun sıxılması 

 

88




Yüklə 210,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə