Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə59/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   140
marketinq-tedqiqatlar qaralama

T = seçmd məcmunun elementləri ilə yaradılan təmasların miqdarı / seçmə məcmunun elementlərinin qəbul edilən ümumi miqdarı.

Respondentlərlə yaradılan təmaslann payı müsahibəçilərin fəaliyyətini xarakterizə edən ən mühüm göstərici hesab olunur və onlann öz fəaliyyətlərində nə qədər israrlı olmasını xarakterizə edir. Müsahibəçilərin fəaliyyətlərinin müqayisə olunması və onların fəaliyyətlərinə dair müvafiq qərarların qəbul edilməsi bu göstərici əsasında aparılır. Adətən nəzarətçiləri müshibəçilərin respondentlərlə yaratdığı təmasların paymm aşağı olmasımn səbəbi çox maraqlandırır. Bəzən bunun səbəbi müsahibəçilərdən asılı olmur. Belə ki, əgər, müsahibəçi gəlirlilik səviyyəsi yüksək olan insanlann yaşadığı ərazidə fəaliyyət göstərirsə, onda, həmin ərazidə tədqiqat zamam müsahibəyə cəlb ediləcək respondentlərin yoxluğu başqa ərazilərlə müqayisədə daha çox olur. Bu da müsahibəçinin respondentlərlə təmas yaratmaq im- kanlanna neqativ planda təsir göstərir.



Cavab xətasu Respondent ona ünvanlanan sualı cavablandırırsa, lakin

hansısa səbəbdən sualın cavabı dəqiq deyilsə, onda, cavab xətası özünü göstərir. Yaxşı formalaşdınimamış suallardan başlamış respondentin özünün xarakteristikasına qədər cavab xətasını şərtləndirən çoxsaylı amillər mövcuddur. Əgər müsahibəçi suala cavabın alınması baxımından respondentə təsir göstərirsə və respondentin cavabını düzgün izah etmirsə, onda,

cavab xətası özünü bünızə verir. Deməli, cavab xətasımn meydana çıxma- sımn səbəbkarı həm respondentin özü, həm də tədqiqatçı ola bilər.

Mümkün cavab xətasımn siyahısı çox genişdir və bəzən tədqiqatçı tərəfindən onlann hər birinin tədqiqatın nəticələrinə təsirini qiymətləndirmək çox çətin olur. Lakin, buna baxmayaraq, təcrübəli tədqiqatçılar mümkün cavab xətasım öyrənməyə imkan verə biləcək suallar ardıcıllığı müəyyənləşdirmişlər. Həmin suallar ardıcıllığı əsasıda cavab xətasımn başvermə səbəblərini müəyyənləşdirmək mümkün olur. Bu suallar anketin işlənib hazırlanması zamam potensial problemlərin qiymətləndirilməsi zamamda istifadə edilə bilər. Sözügedən suallan aşağıdakı ardıcıllqla nəzərdən keçirək.

Respondent sualı başa düşürmü ? Anketin sualları sadə və anlaşılan şəkildə olmalıdır. Sualların deyilən şəkildə formalaşdıniması sadə istehlakçılar arasında sorğuların aparılması zamanı daha vacibdir. Əgər respondentlər suallan başa düşmürlərsə, onda hadisələr aşağıdakı ssenarilərdən biri üzrə inkişaf edəcəkdir: respondentlər ya sualları cavablandırmadan onların üstündən keçəcəklər, nəticədə cavabın alınmaması ilə şərtlənən xəta özünü göstərəcək, ya da suallan öz hisslərinə əsaslanmaqla bildikləri kimi cavablandıracaqlar ki, bu da, yenə böyük ehtimalla səhv cavab olacaqdır. Bu ssenarilərdən heç biri arzuolunan deyil. Ona görə də bu və ya bumm kimi problemlərdən qaçmaqdan ötrü eınketlərin müvafiq məcmunun elementləri (respondentlər) arasında irəlicədən testləşdirilməsinə nail olmaq lazımdır.

Respondent sualın cavabını bilirmi ? Respondentin sualı başa düşməsi heç

o demək deyil ki, o, həmin suala cavabı da bilir. Təcrübə göstərir ki, respondentlər sualı başa düşsələr də, düşməsələr də, yenə də həmin sualı cavablandırmağa meylli olurlar. Ona görə də, suala doğru cavabın alınması ilə bağlı problem yaranır. Bu problemin həlli, qeyd olunmuş sayda cavaba malik sualların cavablandırılması zamam daha da aktuallaşır. Belə ki, sözügedən sualların cavablandırılması zamanı bu problemin həlli daha da çətinləşir. Bu zaman “bilmirəm” kateqoriyalı cavabdan istifadə edilməsi problemi heç də tam həll etmir, belə ki, toplamimış məlumatlann təhlili zamanı çətinliklər meydana çıxır. Bundan başqa, respondentlər cavabın bu variantından hətta suala cavabı bilsələr də özlərinə əziyyət verməmək üçün istifadə edə bilərlər. Ona görə də, bu vəziyyətdən çıxış yolu da anketin irəlicədən testləşdirilməsinə nail olunması və kəşfiyyat tədqiqatlarının aparılması ilə bağlıdır. Anketin testləşdirilməsi və kəşfiyyat tədqiqatlarının tədqiqatlanmn apaniması vasitəsilə müayinəyə cəlb ediləcək məcmunun elementlərinin (respondentlərin) nəyi bilib, nəyi bilmədiklərini dəqiqləşdirmək mümkündür.



Respondent suala düzgün cavab verməyi arzu edirmi ? Tədqiqat zamanı, bəzən, respondentlərin bir qismi sualı düzgün başa düşmələrinə və həmin suala cavabı bilmələrinə baxmayaraq, doğru cavab vermək istəmirlər.

Bunun çoxsaylı səbəbləri ola bilər. Eyni zamanda respondent suala cavabı bilmədiyinə görə də işlərin normal gedişini poza bilər. Respondentlərin pis əhvali-ruhiyyədə olmaları, sualların qoyuluşunun onlann xoşuna gəlməməsi də həmin suallara cavabın alınmasını mümkünsüz edir. Bəzən isə respondentlər bilərəkdən suallara səhv cavab verirlər. Bəzi respondentlərin isə sualı düzgün başa düşmələrinə və həmin sualı cavabı bilmələrinə baxmayaraq, onlar üçün hansı cavabın seçilməsinin elə bir əhəmiyyəti olmur. Bir sıra hallarda isə respondentlər məhsul, mağaza və xidmət göstərən təşkilat haqqında, sadəcə olaraq, pis heç nə demək istəmirlər və tələblərinin ödənilməsi haqqında səhv informasiyalar verirlər. Belə hallann qarşısımn alınması da anketin irəlicədən testləşdirilməsi və kəşfiyyat tədqiqatlarımn apaniması sayəsində mümkündür.




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə