Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə58/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   140
marketinq-tedqiqatlar qaralama

Əhatə olunmama ilə hağh xəta. Adından da göründüyü kimi, əhatə olunmama ilə bağlı xəta baş məcmunun müəyyən hissəsinin seçmə məcmu ilə əhatə olunmaması ilə bağlıdır. Bu, o deməkdir ki, istehlakçıların, ev təsərrüfatlanmn və s. müəyyən bir hissəsi baş məcmuya aid edilməli olduğu halda, onlar həmin məcmuya daxil edilmir, bu səbəbdən də həmin elementlərin seçmə məcmuya ayrılmaq şansı olmur və yaxud seçmə məcmuu ilə əhatəsi mümkünsüz olur. Deməli, əhatə olunmama problemi seçmənin əsası ilə bağlı problemdir. Məsələn, seçmənin əsası ilə bağlı problemə nümunə kimi ticarət mərkəzlərində apanlan sorğunu göstərmək olar. Məlum olduğu kimi, belə sorğu zamanı seçmənin formalaşdınlacağı məcmunun elementlərinin siyahısı olmur. Ona görə də, müayinəyə cəlb ediləcək elementlər siyahısına ticarət mərkəzinə gələnlər düşə bilirlər və həm də bu zaman ticarət mərkəzinə daha çox baş çəkənlərin respondentlər kimi müayinəyə cəlb olunması ehtimalı daha da artır. Məhz bu səbəbə görə belə tədqiqatlar zamanı kvota seçmələrdən istifadə edilir. Lakin kvota seçmədən istifadə edilməsi də müsahibənin harada götürülməsindən asılı olmayaraq seçmənin əsası ilə bağlı olan bu problemi aradan götürmür. Müsahibəçinin respondentlərin seçimində sərbəstliyinin təmin olunması isə əhatə olunma-

ma ilə bağlı buraxıla biləcək xətanın daha da böyüməsinə səbəb olur.



Cavabın (məlumatların) alınmaması xətası. Bu xəta informasiya toplamaq üçün seçmə məcmuya daxil edilmiş elementlərdən informasiyaların alınmasının mümkün olmaması nəticəsində özünü göstərir. Seçmə məcmuya ayırılmış respondentlə təmasın yaradılması mümkün olmadıqda cavabın alınmaması xətası qaçılmaz olur. Sözügedən xəta telefonla sor- ğulann keçirilməsi zamanı daha çox müşahidə olunur. Bu xəta məlumatların toplanmasının başqa üsullannda da özünü göstərir. Cavabın alınmaması xətasına nümunə olaraq bu və ya digər universitetin özünün beş il əvvəlki məzunlarının müvəffəqiyyətlərinin öyrənilməsi üzrə apardığı sorğu nəticəsində meydana çıxan xətanı göstərmək olar. Fərz edək ki, bu sorğu zamanı anketdə qoyulan suallardan biri məzunların hazırkı ana qədər aldıqları əməkhaqqı səviyyəsi ilə bağlı olmuşdur. Məzunlardan anketi doldurub qaytaranlar daha çox kimlər olacaq: yüksək əməkhaqqı alanlar, yoxsa aşağı əməkhaqqı alanlar ? Aydın məsələdir ki, bu sorğunun aparılması zamanı aşağı əməkhaqqı alan və əməkhaqqının səviyyəsindən narazı olan universitet məzunları anketləri doldurub qaytarmağa həvəs göstərməyəcəklər. Nəticədə, cavabın alınmaması xətası özünü göstərəcək və məzunlarının aldıqları əməkhaqqı səviyyəsi artırılma istiqamətində müəyyən qədər təhrif olunacaq.

Əgər məlumatlar seçmə məcmuya daxil olan bütün respondentlərdən

alınmırsa, onda məlumatların alınmaması xətası istənilən tədqiqat üçün potensial problem hesab olunur. Bu xətamn potensial problem hesab olunması onunla əlaqədardır ki, sorğu prosesində cavab verənlər cavab verməyənlərdən əhəmiyyətli dərəcədə fərqlənirlər. Lakin bu xətanın kəmiyyətini qiymətləndirmək mümkün deyil, çünki aydındır ki, tədqiqatda iştirak etməyənlərin cavabları olmur. Qeyd etmək lazımdır ki, tədqiqatda iştirak edənlərin xarakteristikalan ilə tədqiqatda iştirak etməyənlərin xarakteristikalarının eyniləşdirilməsi kifayət qədər riskli məsələdir və bunu çoxsaylı tədqiqatlar da göstərmişdir. Ona görə də, tədqiqatçı, tədqiqatda iştirak edənlərlə, tədqiqatda iştirak etməyənlərin xarakteristikalarını eyniləşdirmək əsasında sözügedən xətanı azaltmağa çalışmamalıdır. Bu, daha arzuolunmaz nəticələrə gətirib çıxara bilir.

Tədqiqat zamanı həmişə müsahibədən imtina edən respondentlər olur. Bu respondentlərin sayı nə qədər çox olursa, aydın məsələdir ki, tədqiqatın nəticələri də bir o qədər az etibarlı olur. Ona görə də tədqiqatçı alınan nəticələrin etibarlılığını artırmaq üçün tədqiqatda iştirak etmək istəməyən respondentlərərin sayının azaldılmasına çalışmalıdır.

Tədqiqatda iştirakdan imtina edənlərin xüsusi çəkisi, başqa amillərlə yanaşı respondentlərin xüsusiyyətlərindən, tədqiqatın apanlmasınm maliyyə təminatını üzərinə götürən təşkilatdan, respondentlərlə təmas şəraitindən, tədqiqat mövzusundan və müsahibəçinin məharətindən asılıdır. Tədqiqatda

iştirakdan imtina edənlərin xüsusi çəkisinə həm də tədqiqatın apanidığı ərazidə riayət edilən mədəni amillər təsir göstərir. Məsələn, müsəlman ölkələrində qadmlann tədqiqata cəlb olunması və onların sorğuda iştirakmın təmin edilməsi, demək olar ki, mümkün deyil.

Məlumatlarm yığılması metodları da respondentlərin tədqiqata cəlb olunmasına təsir göstərir. Təcrübəli tədqiqatçıların qənaətinə görə, bu baxımdan, məlumatlann toplanılmasmm ən səmərəli metodu fərdi sorğular, səmərəlilik səviyyəsi ən aşağı olam isə poçt sorğularıdır. Telefon sorğuları məlumatların toplanmasının bu iki metodu arasmda aralıq mövqe tutur. Telefon və fərdi sorğuların respondentlərdən cavab almaq baxımından daha səmərəli olmasını şərtləndirən amil təmasın sosial təbiətidir. Belə ki, poçt sorğulannda respondent ona göndərilmiş anketi əzib ata bildiyi halda, telefon və şəxsi sorğularda belə hərəkətlərə yol vermir.

Tədqiqat zamam qadınlar, yüksək təhsili olmayanlar və aşağı gəlirli insanlar tədqiqatdan daha çox imtina edirlər. Tədqiqatdan imtina edənlərin sayına həmin tədqiqatın aparılmasım sifariş edən təşkilatın xarakteri də təsir göstərir. Bir çox insanlar, məhz bu amili əsas götürməklə tədqiqatda iştirak etmələrinə dair qərar qəbul edirlər. İnsanlarm çoxu qeyri-kommersiya təş- kilatlarımn fəaliyyətləri ilə maraqlanaraq, onların sifariş etdiyi tədqiqatlann aparılmasında iştirak etməyə üstünlük verirlər. Tədqiqatda iştirakdan imtinaya hansısa xarici şərait də təsir göstərir. Respondentin məşğul olması, özünü yorğun hiss etməsi və s. də onun tədqiqatda iştirakma neqativ planda təsir göstərə bilər.



Respondentlərin sorğuda iştirakdan imtina etmələrinə səbəb həm də tədqiqat predmeti ola bilər. Məsələn, bu və ya digər tədqiqat predmeti ilə maraqlanan respondent həmin predmet üzrə aparılan tədqiqatda çox həvəslə iştirak edir. Respondent tədqiqat predmetinə maraq göstərmədikdə, həmin respondentə müraciət üçün münasib vaxt seçilmədikdə və nəhayət, respondentin suallan cavablandırmaq üçün vaxtı olmadıqda tədqiqatda iştirak edənlərin sayı daha da azalır.

Nəhayət, tədqiqatda iştirakdan imtinaya müsahibəçinin şəxsiyyəti də güclü surətdə təsir göstərə bilər. Tədqiqat zamanı müsahibəçinin respondentə yanaşması, onun manerası və hətta demoqrafik xarakteristikası respondentin tədqiqatda iştirak edib-etməməsinə dair qərann qəbul etməsinə təsir göstərə bilər.

Qeyd edək ki, cavabın almmamsı ilə bağlı xəta müsahibədən imtina ilə yanaşı, həm də respondentin evdə olmaması ilə əlaqədar olur. Tədqiqatçının respondentə baş çəkməsi və yaxud zəng etməsi zamam onun evdə olmaması informasiyaların əldə edilməsinə imkan vermir. Ona görə də informasiyaların əldə edilməsi respondentlə təkrar təmaslann yaradılmasını və bunun üçün münasib vaxtın seçilməsini tələb edir. Tədqiqat zamanı respondentlə təmasın yaradılması üçün onunla irəlicədən razılaşmanm əldə

edilməsi kifayət qədər effektli ola bilir. Bu, özünü inzibati işçilərin sorğuya cəlb olunması zamanı daha yaxşı doğruldur. Lakin adi istehlakçıların sorğuya cəlb olunması zamanı bu yanaşma əksər hallarda özünü doğrultmur.

Tədqiqat zamanı seçmə məcmunun mümkün qədər çox elementlərindən müsahibələrin alınması nəticələrin dəqiqliyini daha da artırır. Ona görə də, tədqiqatçı çalışmalıdır ki, respondentə müraciət edilməsi onun üçün mtoasib vaxta təsadüf etsin və bu yolla tədqiqat zamanı evdə olmayanlann sayı azalsın. Bu göstəricinin - evdə olmayanlann xüsusi çəkisinin azaldılması həm müsahibəçinin məharətindən, həm də onun tərəfindən respondentlə ilkin və təkrar təmaslann yaradılması qaydasmdan asılıdır. Deməli, respondentin yoxluğu ilə şərtlənən xəta, heyətin təlimatlandıniması və lazımi səviyyədə öyrədilməsi ilə müəyyən qədər azaldıla bilər. Əlbəttə, bu zaman, başlıca diqqət respondentlə təkrar təmasm səmərəliliyinin yüksəldilməsinə yönəldilməlidir. Apanlan tədqiqatlar göstərmişdir ki, təkrar zəng və yaxud görüş üçün münasib vaxtın seçilməsi tədqiqat layihəsinin səmərəliliyini əhəmiyyətli şəkildə yüksəldə bilir. Emprik məlumatlar göstərmişdir ki, respondentlərə səhər saat 9-dan 3-ə qədər bir dəfə, saat 3-dən 6-a və saat 6-dan 9-a kimi çoxsaylı müraciət onlarla təmaslann yaradılması baxımdan daha əlverişli hesab edilir.

Müsahibəçilərin işini müqayisə etmək və qiymətləndirmək üçün

respondentlərlə yaradılan təmasların payı və yaxud xüsusi çəkisi göstəricisindən istifadə edilir. Bu göstərici aşağıdakı kimi hesablanır:


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə