Dərs vəsaitindən


İstehlakçılainn istəklərinin öyrənilməsi



Yüklə 0,79 Mb.
səhifə85/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   140
marketinq-tedqiqatlar qaralama

İstehlakçılainn istəklərinin öyrənilməsi

Bir sıra fımıalar öz məhsullarının alınmasına dair istehlakçılar arasında birbaşa sorğular həyata keçirir. Bu zaman məhsulların alınmasına dair istəklərin öyrənilməsinə iki səviyyədə baxıla bilər: ümumi səviyyədə və müəyyən əmtəə kateqoriyası səviyyəsində. Ümumi səviyyədə istehlakçılann əhvali-ruhiyyəsi, onların inamlılıq dərəcəsi, maddi-rifah halları haqqında təsəvvürləri və uzunmüddətli istifadə əmtəələrini əldə etmək istəkləri qiymətlənndirilir. Avropa Birliyinə daxil olan ölkələrin hər birində hər kvar- taldan bir istehlakçıların iqtisadiyyatın vəziyyətinə dair inamlarını qiymətləndirməkdən ötrü sorğular həyata keçirir. Bu tədqiqatlar ictimai fikrin daimi sorğusu forması kimi təqdim edilən “Avrobarometr” nəşrində çap edilir. “Avrobarometr” ayrı-ayrı ölkələr və bütövlükdə Avropa Birliyi inam- lılıq indeksini formalaşdınr.

Sənaye sahəsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, Avropa Birliyi ölkələrinin mərkəzi bankları müəssisələr arasında hər ay konyuktura sorğuları həyata keçirir. Bu sorğuların həyata keçirilməsində məqsəd konyuk- turanın inkişafı üzrə, müəssisələrin gözləmələrini öyrənməkdən və yaxud qiymətləndirməkdən ibarətdir. Bu məqsədlə müəssisə rəhbərlərinə verilən suallar sifarişlər və malgöndərənlər portfelinə, istehsal güclərinin yüklənməsinə, məşğulluq səviyyəsinə, investisiya qoyuluşu istəklərinə və s. aiddir. Bu məlumatlar, demək olar ki, bütün sənaye sahələri üzrə mövcuddur; həmin məlumatlar konyukturanın yekun indikatorunun müəyyənləşdirilməsi məqsədilə istifadə edilir. Bu indikatora malik olmaqla, iqtisadiyyatda gələcəkdə mövcud ola biləcək yüksəlişləri və enmələri irəlicədən söyləməyə imkan verən etibarlı alət əldə edilir.

Müəssisənin marketoloqları tərəfindən müəyyən əmtəə kateqoriyası səviyyəsində istehlakçıların istəklərinin öyrənilməsi də mühüm əhəmiyyət kəsb edir. Əmtəə kateqoriyası səviyyəsində istehlakçılann istəklərinin öyrənilməsi zamanı onlann əməəni almalarına inamlanm ölçməkdən ötrü indeksdən (inam indeksindən) istifadə edilir. Bu indeksin müəyyənləşdirilməsi istehlakçının əhvali - ruhiyyəsinə və istehlakçıların iqtisadi sistemdə gedən proseslər haqqında stabillik və qeyri-stabillik baxımından fikirlərinə əsaslanır.

Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə istehsal-satış fəaliyyətini marketinq prinsipləri əsasında təşkil edən müəssisələr əmtəələrin, xüsusilə də, bazara təklif etdikləri yeni əmtəələrinin alınmasına dair istehlakçılar arasında sorğular aparmaqla həmin əmtəələrin alınma ehtimalmı tapır. Bunun üçün anketlər işlənib hazırlanır və alıcılar arasında sorğular apanlır. Anketlərin işlənib hazırlanması zamanı istehlakçıların davramş xa- rakteristikalan kimi aşağıdakı fəaliyyətlərinin ehtimedı göstərilir:

- mən əmtəəni həqiqətən alacağam;



  • mümkündür ki, mən bu əmtəəni alım;

  • bu əmtəənin alınmasının müəyyən ehtimalı mövcuddur;

  • mənim bu əmtəəni əldə etməyim şübhəlidir;

  • mən bu əmtəəni almayacağam.

Aşağıda göstərilən sorğu vərəqi yuxarıda göstərilən müddəalar əsas götürülməklə tərtib edilmişdir.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə