Lakin Birinci Dünya müharibəsi işləri yanmçıq qoydu. 1917-ci ildə
isə Staxeyev ticarət-sənaye səhmdar cəmiyyəti ilə bağlanmış yeni
müqaviləyə görə Daşkəsəndə ildə 20 mln. puddan az olmamaq şərtilə filiz
çıxanimalıydı.
Azərbaycan başqa faydalı qazıntı yataqlan ilə də zəngin idi. Cavanşir
qəzasında Mehmanada və Naxçıvanda Gümüşlüdə ildə təxminən 15 min
puda qədər gümüş-qurğuşun filizi çıxanlırdı.
Yfingfil səaaye
ölkəmizin qiymətli sərvətlərindən olan ipək əsrlər
sahələri
boyu dünyada Azərbaycanın şöhrətini yüksəltmişdi,
Azərbaycanın ipək emalı fabriklərini xammal ilə iki mindən çox kənddə
barama becərənlər təchiz edirdilər. Kümdarlar hər il fabriklərə 260 min
puddan çox barama satırdılar. Xammal bolluğu ipək emalı fabriklərinin
sayca artmasına şərait yaradırdı.
Əsrin əvvəlində Rusiya iqtisadiyyatını bürüyən iqtisadi böhran
Azərbaycanın ipək sənayesinə ciddi zərər yetirə bilmədi. Doğrudur,
1902-ci ildə 30 xırda müəssisə dayansa da bütövlükdə istehsalda sabitlik
pozulmadı.
tpək sənayesi ölkəmizin şimal-qərb və cənub-qərb hissəsində geniş
yayılmışdı. Cənubi Qafqazda ipək emah sənayesinin mərkəzi olan Nuxa
(Şəki) haqlı olaraq «Qafqaz Lionu» adlandınlırdı. 1900-cü ildə xırda
müəssisələr nəzərə alınmasa, Nuxa-Zaqatala zonasında 46 fabrik vardısa,
1915-ci ildə onların sayı 87-ni keçmişdi. Müvafiq illərdə Qarabağda və
Naxçıvanda, xüsusən Ordubad şəhərində, 14 və 36 fabrik işləyirdi. Bütün
fabriklər əcnəbi ölkələrdən gətirilmiş avadanlıqla təchiz edilmişdi.
Rusiyada iqtisadi yüksəliş illərində (1910-1914) xam ipəyə artan
tələbatla əlaqədar olaraq, Azərbaycanda onlarla yeni ipək istehsal edən
müəssisə meydana gəlmişdi. Bəhs edilən dövrdə ipək emalı sənayesində
şirkətlər və səhmdar cəmiyyətləri mühüm rol oynayırdılar. İstehsal
edilmiş məhsulun beşdə dördündən çoxunu onlara məxsus müəssisələr
verirdi. 1913-cü ildə Azərbaycanın ipək sənayesinin illik istehsal məbləği
20 milyon manat olmuşdu.
ölkəmizdə istehsal edilən ipək dünya bazarlannda uğurla rəqabət
aparırdı. Sahibkarlardan Hacı Məmməd Hacı Rəsul oğlu, Salam Ləti- fov,
Rzaqulu Rzayev, Ə. və H.Rəhimov qardaşları. Ağa Musa Məmmədov,
l.Nağıyev, M.Babayev, Ş. və A.Sərkərov qardaşları və başqa-- lannın
fabriklərində istehsal edilən xam ipək beynəbcalq və ümumrusiya
sərgilərində qızıl və gümüş medallar almışdı. Azərbaycanın xam
15
ipəyindən tək ölkəmizin özündə deyil, Moskvanın, Lodzun, Milanın,
Marselin və Lionun ipəktoxuma sənayesində də istifadə edilirdi.
Bu dövrdə pambıqçılığın inkişafı ilə yanaşı, pambıqtəmizləmə
sənayesi də irəliləməkdə idi. tik pambıqtəmizləmə zavodunun keçən
əsrdə meydana gəlməsinə baxmayaraq, sənayenin coşqun inkişafı əsrin
əvvəlinə təsadüf edir. Bu dövrdə Şimali Azərbaycanda 100-dən çox
pambıqtəmizləmə zavodu vardı.
Bu sahədə Gəncə quberniyası birinci yerdə gedirdi. 1908-ci ildə
quberniyada 15 zavod olmuşdusa, 1912-ci ildə onlann sayı 28-ə çatmışdı.
Gəncədə pambıqtəmizləmə zavodlan «Xlopob>, «Ulduz», «Ümid»
şirkətlərinə, Ağdaşda «Səmədov qardaşlan», «Hacı İbrahim Əfəndiyev və
K°» ticarət evlərinə, Hacıağa Vahidova, Şuşa qəzasında «Qafqaz
pambığı» səhmdar cəmiyyətinə, Hindatxda Fərrux bəy Vəzirova və b.
məxsus idi.
Bakı qubemiyasındakı 23 zavodun bir hissəsi Uçarda, Kürdəmirdə,
Göyçayda, Hacıqabulda, qalanı isə quberniyanın kəndlərində yerləşirdi.
Cavad qəzasının Xıllı kəndindəki zavod H.Z.Tağıyevə məxsus idi.
1912-
ci
ildə
Naxçıvan
qəzasında
irili-xırdalı
51
pambıqtəmizləmə zavodu vardı. Zavodlann çoxu texnika ilə təchiz
edilmişdi. Azərbaycanlı sahibkarlar trəvan quberniyasının Eçmiədzin və
başqa yerlərində 80-dən çox pambıqtəmizləmə zavodu tikdirmişdilər.
Qubemiyadakı bütün pambıqtəmizləmə zavodlarının 60%-ə qədəri
azərbaycanlı sənayeçilərə məxsus idi.
Pambıqtəmizləmə zavodlan ildə 2 milyon puddan çox mahlıc
istehsal edirdilər. Sənaye məhsulunun illik dəyəri 32 milyon manatdan
yuxan idi. İri zavodlann hər biri ildə 10-50 min puddan artıq, ən iri
zavodlar isə 100-150 min pud mahlıc istehsal edirdi. Pambıqtəmizləmə
sənayesinə qoyulan kapitalın 80%-i milli kapitala mənsub idi.
Mahlıcın müəyyən hissəsi H.Z.Tağıyevin Bakıda və Pctrovsk (Ma-
haçqala) şəhərlərindəki, Mahmudbəyov qardaşları və Məstanzadənin
Tiflisdəki toxuculuq fabriklərinə satılırdı, qalanı isə Rusiyanın və
Polşanın pambıq-parça toxuculuğu sənayesi sahibləri tərəfindən alınırdı.
Polşanın əsas kapitalı 10 mln. man. olan 4 iri səhmdar cəmiyyəti, o
cümlədən «İ.K.Poznanski» ticarət və sənaye cəmiyyəti Azərbaycanda,
həm də pambıq becərməklə məşğul idi.
Pambıqtəmizləmə sənayesində 14 səhmdar cəmiyyət və onlarla
şirkət fəaliyyət göstərirdi. Bu cəmiyyət və şirkətlər sənayedə hakim rol
oynayırdılar. Bu sahədə kapitalın mərkəzləşməsi və istehsalın
təmərküzləşməsi özünün yüksək mərhələsinə çatmışdı.
16
Azərbaycanda maldarlığın geniş yayılması gön-dəri istehsalı üçün
hərtərəfli imkanlar açırdı. Azərbaycanın, eləcə də Rusiyanın gön-dəri
sənayesi üçün ildə 600 min ədəd dəri satılırdı. 1900-cü ildə Gəncə
quberniyasında olan 70 belə müəssisənin 5O-dən çoxu Nuxa şəhərində və
kəndlərdə yerləşirdi. Bütövlükdə həmin ildə Azərbaycandakı 160 göndəri
müəssisəsi 0,5 milyon manatlıq məhsul istehsal etmişdi.
1913-
cü ildə Azərbaycanın gön-dəri istehsalı müəssisələrinin
sayı o qədər də dəyişməmişdi. Lakin iri, hər birində 40 nəfərdən çox fəhlə
çalışan zavodların sayı artmışdı. Bütövlükdə ölkəmizin gön-dəri
müəssisələri müharibə ərəfəsində artıq 2 milyon manatlıq 100 min
pudadək məhsul vermişdilər.
Yeyinti
Azərbaycanın yeyinti sənayesinin mühüm sahələ-
sənayesi
rindən olan şərabçılığın, spirt və konyak istehsalının
xammal mənbəyini üzümçülük təşkil edirdi. Hər il becərilən 5-6 milyon
pud üzümün böyük hissəsi Azərbaycanda emal edilirdi. 1900-cü ildə
ölkəmizdə 1000-dən çox şərab-spirt və araq istehsal edən zavod vardı.
Həmin ildə l mln.345 min vedrə* şərab, 20 milyon dərəcə spirt və araq
əldə olunmuşdusa, 1913-cü ildə şərab istehsalı 4 milyon vedrəyə, spirt,
araq və konyak istehsalı 29 milyon dərəcəyə qabtmışdı. Şərab
hazırlanmasında Gəncə qəzası xüsusilə fərqlənirdi. Əgər qəzada 1903-cü
ildə 880 min vedrə şərab alınmışdısa, 1913-cü ildə bu, iki dəfədən çox,
yəni 1 mln. 992 min vedrə olmuşdu. Bakı quberniyasında hazırlanan
şərabın, demək olar ki, hamısını Şamaxı və Göyçay qəzala- nnm
müəssisələri verirdilər. Azərbaycanın təkcə 4 qəzası (Gəncə, Şuşa,
Şamaxı, Göyçay) şərabın 74%-ni istehsal edirdi. Cənubi Qafqazda
istehsal edilən şərabın üçdə bir hissəsini Azərbaycan verirdi.
Azərbaycanda 5-7 rektifıkasiya (təmizlənmiş) spirti istehsal edən
zavod vardı. 1913-cü ildə bu zavodlann 4-ü Gəncə quberniyasında və 3-ü
Bakı quberniyasında yerləşirdi. Həmin ildə ölkəmizdəki 9 konyak
zavodundan 3-ü Bakı quberniyası və 6-sı Gəncə quberniyasında idi.
İstehsal gücünə görə iri müəssisələr hesab edilən Ağdam, Gəncə və
Kürdəmir konyak zavodları yüksəkkeyfıyyətli konyak istehsal edirdilər.
1913-
cü ildə Cənubi Qafqazda hazırlanan konyakın 45%-ni
Azərbaycan vermişdi. İqtisadi böhrandan sonrakı illərdə sənayenin bu
sahələrində
şirkət
və
səhmdar
cəmiyyətlərin
şayrftrtrmşdt.-<>^i“ra-raəxsus
* Bir vedrə - 10-12 litrə bərabərdir.
Dostları ilə paylaş: |