ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
44
XUAN MİRO: REALİZMDƏN
RƏMZLƏRƏ
Tanış olun
Həyat və yaradıcılığı Barselona ilə qırılmaz bağlı olan, sürrealizm
janrında fəaliyyət göstərən XX əsrin ən parlaq ispan avanqardçılarından
biri də Xuan Mirodur.
Miro öz yaradıcılığında kimyagər kimi dünyanı universal simvolla-
ra ayırır. O, ilkin rəsm və rənglərin vasitəsilə öz qeyri-adi estetikasını
yaradır. Xuan Miro bütün ömrü boyu bu istiqamətin əsas prinsipinə –
yaradıcılığın məntiq və dərrakənin təsirindən xilas edilməsi prinsipinə
sadiq qalır. Bununla belə, Miro əsərlərinin müxtəlifl iyi və həyatsevərliyi
ilə digər sürrealistlərdən seçilirdi.
Miro Avropa avanqardının klassiki, modernizmin əsl təcəssümü idi,
lakin Pablo Pikasso kimi, müəyyən bədii istiqamətlərin çərçivəsini aş-
mışdı. Məlumdur ki, modernizmin əksər nümayəndələrinin yaradıcılığı
Sürrealist üslubun hansı əsas xüsusiyyətləri var?
Xatırlayın
11
Avanqardçı rəssamlar yaradıcılıqda öz üslublarını necə axtarırdılar?
İncəsənətə dair dialoq
“Kişi başı”. 1935. Jorj Pom-
pidu Milli İncəsənət və Mə-
dəniyyət Mərkəzi. Paris,
Fransa
“Mavi səmadan odlu çarxa
doğru nərdivan”. 1953. Şəxsi
kolleksiya
“Mavinin qızılı”. 1967. Xuan
Miro Fondu, Barselona. İspani-
ya
Təsviri sənət qalereyası
Xuan Mironun sürrealist əsərlərində rəng kontrastı
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
45
XUAN MİRO: REALİZMDƏN RƏMZLƏRƏ
Miro perspektivin qaydaları ilə kifayət qədər sərbəst davranır, yaxın
və uzaq planlar arasında fərqi vurğulamır, lokal dolğun rənglərdən, ko-
bud yaxmalardan istifadə edir. Rəngkarlıq və qrafi ka əsərləri ciddi sa-
dəliyi, lakonikliyi və hətta sxematikliyi ilə fərqlənir. Əsərlər daha zərif,
poetik, müəmmalı olmağa başlayır. Bu əsərlərdəki sadələşdirilmiş hən-
tək bir cərəyan ilə bitmir. Demək olar ki, bütün rəssamlar müxtəlif hərə-
katlarda iştirak edirdi, öz üslub axtarışlarında idilər, buna görə də bu
və ya digər sənətkarın öz yaradıcılıq potensialını hansı istiqamətdə daha
dolğun göstərdiyini müəyyən etmək çox zaman çətin olur.
Xuan Mironun üslub axtarışları
“Həyətin daxili görünüşü”. 1914.
Üslub: rea lizm. Xuan Miro Fondu.
Bar se lo na, İspaniya
“Pradesdə kənd”. 1917. Üslub: fovizm. Solomon R.Quq-
gen haym Muzeyi. Nyu York, ABŞ
“Stol. Dovşan ilə natürmort”. 1920.
Üslub: kubizm. Şəxsi kolleksiya
“Arlekin karnavalı”. 1924–1925. Üslub: sürrealizm.
Olbrayt-Noks Rəsm Qalereyası, Bufalo. Nyu York, ABŞ
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
XUAN MİRO: REALİZMDƏN RƏMZLƏRƏ
46
dəsi fi qurların məskunlaşdığı qəliz aləm sürrealizm üslubunun inkişa-
fında növbəti mərhələ sayılır.
Mironun əsərlərində qrafi ka daha çoxdur – nöqtələr, cizgilər, qırıq
xətlər mücərrədlik kimi qavranılır, lakin rəssam özü belə bir interpre-
tasiyanı inadla rədd edirdi. Yaradıcılığın əsas xüsusiyyətləri arasında
sevinc, gün işığı, sağlamlıq, rəng və ritm var idi.
Kubizmin təəssüratı altında olan Miro Parisdə Pikasso ilə görüşür.
Miro öz əsərləri üçün Paul Kleedən ilham alır. Rəssam karyerası boyunca
müxtəlif rənglərə, forma və materiallara maraq göstərir. O, rəngkarlığa
və sürrealizmə yeni və qeyri-adilik gətirmək istəyir. Odur ki, qum, daş,
sumbata kağızı, viş və əl altında olan digər materiallar ilə təcrübələrə
başlayır. Sonralar Miro keramikaya maraq göstərir.
Müdrik f
ikirləri
Mənim üçün maksimal intensivliyə minimal səylərlə çat-
maq vacibdir. Məhz buna görə mənim əsərlərimdə boşluq
getdikcə daha böyük rol oynayır.
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
20.04.1893–25.04.1983
Barselona, İspaniya
La Lonxa Zərif Sənətlər Məktəbi, Modesto Urgelin sin-
fi , Barselonada Fransisko Qali özəl rəssamlıq məktəbi
Quqgenheym mükafatı (1959)
abstraksionizm, sürrealizm; rəngkarlıq, heykəltə-
raşlıq, keramika, qrafi ka
mənzərə, natürmort, portret
“Fermer” (1913–1914), “Qızılgül ilə natürmort” (1916),
“Şimal-Cənub” (1917), “Ferma” (1921–1922) “Analıq”
(1924), “Holland interyeri” (1928), “Xarakter” (1934),
“Öküz döyüşü” (1945), “Rəngkarlıq” (1953), “Köçəri
quş” (1970), “Qadın” (1976) və s.
Xuan Miro (Xuan Miro)
(Joan Miró i Ferrà)
Həyat xronologiyası
GÖRKƏMLİ RƏSSAMLAR
Xuan Mironun yaradıcılığı haqqında sayt
http://www.joan-miro.ru/
Miro həm də heykəltəraşlıqla maraqlanır və bir daha özünüifadənin yeni
üfüqlərini kəşf edir. Həcm və materiallar vasitəsilə o, növbəti əsərlərində
yenilik etmək istədiyi çox sayda bənzərsiz plastik kompozisiyalar kəşf edir.
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
47
XUAN MİRO: REALİZMDƏN RƏMZLƏRƏ
Mironun “Qadın və quş” (1983)
adlı heykəltəraşlıq əsəri Barselona-
da Xuan Miro parkında ucaldılmış-
dır. Ustadın 22 metr hündürlüyün-
də olan əsəri həm şlyapalı qadın,
həm də quş obrazı formasındadır.
Heykəlin səthi qırmızı, sarı, yaşıl
və göy (Mironun ən sevimli rəngləri)
keramika ilə örtülüb.
Miro Harvard Universitetinin yeməkxanasını (1960–1961), Sankt-
Qal lendə Ali İqtisadi Elmlər Məktəbinin binasın; (1964), Sen-Pol-de-
Vansda Meq Fondunun divarını (1968), Barselonada hava limanını (1970)
bəzəyən bir sıra monumental keramik pannoların müəllifi dir.
Mironun rəngkarlıq və heykəltəraşlıq əsərlərini birləşdirən ümumi
cəhətlər hansılardır?
Düşünün və izah edin
1920-ci illərin ortalarında Miro real, tanınan obrazları özünün icad etdiyi giz-
li müəmmalı dilə çevirməyi öyrənir. Çəkilmiş əsər – artıq süjetli kompozisiyadan
daha çox sehrli düsturdur. Yalnız insanın təxəyyülü kətan üzərinə səpələnmiş
detallardan, ayrı-ayrı həndəsi fi qurlardan, düz, sınıq, qıvrıq xətlərdən, ələkeç-
məz alov dillərindən bütöv bir tamlıq yarada bilər. Bu detalların hər birini aç-
maq mümkündür. Sirli işarələr rəssam tərəfi ndən uydurulmamışdır. Miro bunları
ənənəvi və xalq sənətinin dərindən öyrənilməsi prosesində kəşf etmişdir.
Bilirsinizmi?
“Şumlanmış tarla”. 1923–1924. S.Quqgenheym
Muzeyi. Nyu York, ABŞ
“Kataloniya mənzərəsi (Ovçu)”. 1923–1924.
Müasir İn cə sənət Muzeyi. Nyu York, ABŞ
Miro poeziya toplularına illüstrasiyalar çəkərkən də maraqlı əsərlər yara-
dıb. 1971-ci ildə isə özünün “Qızıl lələkli kərtənkələ” adlı kitabını nəşr etdirib.
Bu, maraqlıdır
LAYİHƏ
Dostları ilə paylaş: |