(Sabir)
və ya
Cümlə maarif əhlinin haləti göz önündədir, –
Vəchi-maaĢı bir belə, dordi, bəlası bir belə!
Mən dəliyəmmi oğlumu məktəbə, dərsə sövq
edəm? Dərsin əzası bir belə, xalqın ədası bir belə!
(Sabir)
Bu beytləri deyən adam mütləq əl hərəkətlərindən
istifadə edir. Əks təqdirdə fikir zəif ifadə edilir.
6.
Dilin mənĢəyi haqqında akad. N. Y.
Marrm «Y a f ə s» nəzəriyyəsi də olmuĢdur. Bu
nəzəriyyə əsrimizin əvvəlində, Yəni materialist
dünyagörüĢünün artıq formalaĢdığı bir dövrdə meydana
gəlmiĢdir. Bu nəzəriyyə haqqında geniĢ danıĢmağı vacib
hesab edirik. Çünki əvvələn, bu nəzəriyyə bizim
dilçiliyimizə və dilçi kadrlarımıza çox güclü mənfi təsir
göstərmiĢdir.
Bu nəzəriyyə haqqında çox deyilmiĢ və yazılmıĢsa'
da, bu gün gənc dilçilər və tələbələr bu haqda demək olar
ki, az Ģey bilir.
N. Y. Marr görkəmli alim idi. Onun on cildlik əsəri
vardır. O, öz konsepsiyasını müasir dilçilikdə yeni təlim,
dünya dilçiliyində isə inqilab hesab edirdi. Əslində isə
heç Yafəslə əlaqəsi olmayan bəzi məsələlərin onun adı
ilə bağlanması düzgün deyil. Bu nəzəriyyənin
mahiyyətini düzgün qiymətləndirmək üçün Yafəs
haqqında bəzi Ģeylər demək lazımdır. Yafəs haqqında
məlumatı N.Y.Marr özü
1
uydurmamıĢdır.
Yafosin
kimliyi
haqqında
məlumatı biz həmdullah Müstəvfi Qəzvininin (1281 –
1349 – 50) «Tarixi-Kuzidə», XV əsrdə yaĢamıĢ
Xandəmirin «Xülasətül-əxbar», ycno XV əsrdə (1433 –
1488) yaĢamıĢ Miraxundun 7 cilddən ibarət olan
«Rövzətüssəfa», A. Bakıxanovun (1794 – 1847) «GülüĢ-
tani-Ġrəm» adlı əsərlərindən alırıq.
H. Qəzvini və Xandəmirin məlumatına görə
Yafəsin 8, Miraxundun məlumatına görə 11,
A.A.Bakıxanovun məlumatına görə 9 övladı olmuĢdur.
Əlbəttə, oğlanları nəzərdə tutulurdu. A. Bakıxanovun
yazdığına görə, Yafəsin hər bir oğlu bir xalqın yaranması
üçün əsas olmuĢdur. Yafəsin oğlanlarının kimlər
olduğunu bilmək, kimin Yafəs xalqlarına aid olduğunu
müəyyənləĢdirməyə kömək edər.
Yafəsin birinci oğlu Türkdür. A. Bakıxanov yazır:
«Türk Yafəsin böyük oğlu və vəliəhdi olub, ədalətli və
rəiyyətpərvər bir padĢah idi. Bütün Yafəs nəslinin
1
Меликсстбсков Л. М. «Академик Н. Марр и его яфетическан
теория» – Тифлис. 1926; Мещанинов И. И. «Яфетическая
теория» БСЭ (первое издание) М. 1931, том 55.столб 8109 –
821; Мещанинов И. И. "Яфстидология и марксизм” доклад
проф. Мещанинова. 18 октября 1929 из-во АзГНИИИ Баку.
1930; Мещанинов И. И., «Краткие очерки основных положений
в яфетидологии» – из. общество обследования и изучения
Азербайджана том 9. № 19 26 стр. 63 – 76.
qəbilələri bunun adı ilə türk adlanırlar. Atasının
vəfatından sonra özü üçün Türküstanda isti və soyuq
bulaqlı bir çox otlaqlar seçmiĢdir. Bura Suluq deyilir».'
Elə həmin səhifədə də A. Bakıxanov Yafəsin
Ġranın və bütün Sam nəslinin hökmdarı Kəyumərsin
müasiri və türklərin ilk hökmdarı olduğunu göstərir.
Yafosin oğlanları aĢağıdakılardır:
1 ) Türk.
2)
Xəzər.
3)
Rus.
4)
Qərrə-Bolqar.
5)
Komari-komok, Bolqar.
6)
Soqlab-slavyan
7)
Çin.
,
8)
Boric-firəng.
9)
Məsək-monqol, Yəcuclar (səh. 31 – 35).
Əlimizdə olan baĢqa mənbələrdə Yafəsin əfsanəvi Nuh
peyğəmbərin oğlu olduğu göstərilir. Akademik Ġ.
MeĢĢaninov Yafəs sözünün
1
A.A.Bakıxanov. «Gülüstani-Ġrəm». Bakı, 1951,
səh.31
202
Ġncildən götürüldüyünü vo Nuhun oğlu olduğunu
qeyd edir və bir ağac sxemi ilə Yafəs nəslinin inkiĢafını
göstərir
1 2
1
McıııamiHOB И. И. Яфетическая теория: НС) (первое
издание). M. IУ.Ч 1
HIM
$5 стр. 809.
„Мещанинов И. И. «II.Я, Марр», изл. ЛИ СССР. 1%0. стр. 9.
2
Вопросы грамматики (сборник сгатс!) посняш. 75-.теиж> акал
Мещанинова) шл. ЛИ СССР. 1960. стр. 3.
Qeyd etmək lazımdır ki, bir vaxtlar akad.
MeĢĢaninov da Yafəs nəzəriyyəsinin qızğın tərəfdarı idi.
O, 1929-cu il oktyabrın 28-do Bakıda Azərbaycan
Elmi-Tədqiqat Ġnstitutunda marksistlərin elmi-tədqiqat
assosiasiyasının iclasında etdiyi məruzədə Yafəs
nəzəriyyəsini müdafiə edirdi. O, bu nəzəriyyəni
linqvistikada marksist metodologiyasının əsası hesab
edirdi. Bu mülahizələrin ilkin rüĢeymləri alimin hələ
1925-cı il noyabrın 21-də Azərbaycan tədqiq-tətbiq
cəmiyyətində «Yafəs nəzəriyyəsinin əsas müddəalarının
qısa oçerki» adlı məruzəsində irəli sürülmüĢdür.
Yeri gəlmiĢkən, demək lazımdır ki, 1935-cı ildə
Marrin vəfat etməsindən sonra Yafos nəzəriyyəsi təftiĢ
və tənqid edilməyə baĢlanmıĢdı. Hətta Ġ. Ġ. MeĢĢaninov
bu nəzəriyyədən uzaqlaĢmağa baĢlayırdı. 1945-cı ildə
Marrın vəfatının 10 illiyi ilə əlaqədar olaraq yazdığı
məqalədə o, əvvəlcə Mam böyük alim kimi təqdim edir.
Sonra
isə
onun
səhvlərinə
toxunur.
Yafos
nəzəriyyəsindən uzaqlaĢdığını Ġ. MeĢĢaninovun 75-illiyi
münasibətilə nəĢr edilən məqalələr məcmuəsi də təsdiq
etməkdədir
ki,
sonralar
o,
Marr
təlimindən
uzaqlaĢmıĢdır‟
O dövrdə bu nəzəriyyənin islər Rusiyada, istərsə
də Azərbaycanda çoxlu tərəfdarları vardı. Hətta hami və
Sami dillərinin indi də mövcud olmasından istifadə
edərək bəziləri bu nəzəriyyəni xalqların və dillərin
yaranması haqqında ən düzgün təlim hesab edirdilər.
Bəllidir ki, Yafəs nəzəriyyəsi xalqların etnik mənĢəyini,
dillərin vo milli mədəniyyətlərin əmələ gəlməsi və
inkiĢafını əfsanəvi Nuhla, onun oğlu Yafəslə bağlayırdı.
O vaxtlar Marr filologiyanın, xüsusilə dilçiliyin on
nüfuzlu rəhbəri hesab edilirdi. Ona və onun səhv
müddəaları olan «sənət sənət üçündür», «dil sinfidir,
üstqurum
kateqoriyasıdır»
fikirlərinə,
«Yafəs
nəzəriyyə»sinə qarĢı
çıxmaq olmazdı. Bəllidir ki, onu Bakıda bircə prof.
B. Çobanzadə tənqid etmiĢdi. Buna görə do Azərbaycan
Proletar Yazıçıları Cəmiyyəti B.Çobanzadə haqqında
yeddi bənddon ibarət qərar çıxarmıĢdı. Qərarın dördüncü
bəndində deyilir: «Çobanzadənin lisaniyyata aid
prinsipləri materialist lisaniyyat nəzəriyyəsinə – yoldaĢ
Mamn Yafetik nəzəriyyəsinə vo marksist dilĢünaslığa
düĢmən prinsipləridir».
1 2 3 4 5 6
Halbuki, Marr konsepsiyasını düzkun mövqedən
tənqid etdııyinə görə, onu tərifləmək lazım idi. Marrın
dilçiliyə, dilçi kadrların inkiĢafına vurduğu zərər
haqqında çox deyilmiĢdir. Xüsusilə V. Vinoqradov və
Serebrennikovun bu haqda sanballı fikirləri vardır:
«Dilçilikdə 30 ilə qədər hökmranlıq edən marrizm onun
inkiĢafına çox qüvvətli zərər vura bildi».
2
1
«Ġnqilab və mədəniyyət». 1931
1
3 – 4. salı. 63.
' Виноградов U. В.. Серебренников b. Л. «О состоянии и задачах
советского
языкознания» «Известия» ЛИ СССР от лит. и яз. 1954. вмп. 4. т.
XVIII. стр. 317.
I ллкина-Фелорук К. М. «Язык как общественное явление» М.
1954. стр. 13: ««тин н с в В. Л. «Актуальные проблемы
современного теоретического
• н.гкознамия» Вестник МГУ. 1961. Xs 2. стр. 5; N. N.
Mommodov. "Marksizm klassikləri dilin mənĢoyi haqqında”.
Ədəbiyyat vo dil institutunun əsərləri 1954. VI.
6 cild, səh 67.
Yuxanda dediyimiz kimi, dilin yaranmas?
problemini insanın özünün yaranması ilə əlaqəli Ģəkildə
götürmək lazımdır. Əslində dilin mənĢəyini izah etmək
təkcə dilçiliyin imkanı xaricindədir. Ona görə, də bu
problemin Ģərhində məntiq, tarix, etnoqrafiya kimi
elmlərdən də istifadə edilməlidir. Hələ bəzən buraya
fiziologiya, coğrafiya, arxeologiya, kimya, torpaq-
Ģünaslıq və s. kimi elmləri də cəldb etmək lazımdır. Dilin
mənĢəyini düzgün qiymətləndirmək üçün ona düzgün
mövqedən yanaĢmaq, onun mahiyyətini düzgün
qiymətləndirmək lazımdır.
Dilin ictimai mahiyyətini heç kəs inkar etmir. Dilin
mənĢəyi problemini məhz bu mövqedən əks etdirmək
lazımdır. Müasir dilçilik dilin mənĢəyi haqqında bütün
fikirləri saf-çürük etməli, hamısının müsbət cəhətlərini
nəzərə almalıdır. Məhz- bundan sonra bu problemi həll
etmək mümkün olar. Hələlik ənənəvi dilçilik yalnız
marksist-materialist mövqedən çıxıĢ «etdiyi üçün, heç
bir dini baxıĢla barıĢmadığı üçün bu mövqeyi də tam və
qəti hesab etmək olmaz. Bizə belə gəlir ki, dilin mənĢəyi
probleminə hələlik nöqtə qoymaq olmaz. Dilin mənĢəyi
problemi də baĢqa fəlsəfi-linqvistik məsələlər kimi
yenidən iĢlənməli və tamamlanmalıdır.
Bütün deyilənlərdən aydın olur ki, dil:
H)
Ġctimai hadisədir. Cəmiyyət həyatının
məhsuludur.
b) Cəmiyyətdən kənarda dil ola bilmədiyi kimi
dilsiz do cəmiyyət ola bilməzdi. Cəmiyyət təĢkil
etməyən insanın dili olmaz. Çünki ona belə bir Ģey lazım
deyil.
v) Dili cəmiyyət özü yaratmıĢdır. Dil ictimai
zərurət nəticəsində insan cəmiyyəti ilə birlikdə
yaranmıĢdır.
q) Ġnsan əvvəlcə nitq elementlərini, sonra isə dil
elementlərini yaratmıĢdır. Bu onu göstərir ki, dil
ünsiyyət ehtiyacından yaranmıĢdır. Dillə nitq dialektik
vəhdətdə olub, bir-birinin eyni deyil.
ğ) Dil təfəkkürlə dialektik vəhdətdədir, amma
onun eyni deyil. Təfəkkür bəĢəri, dil millidir.
d)
Dil cəmiyyətin inkiĢafı ilə inkiĢaf edir.
ĠnkiĢaf onu ölümə aparmır.
e)
Dil yalnız nitq Ģəklində mövcud
olmadıqda, cəmiyyət özü öldükdə ölür.
ə) Dildə ciddi sistem vardır. Dilin quruluĢ ünsürləri
sistem təĢkil edir.
l) Dil iĢarələrdən ibarətdir.
j)Dil sinfi deyil.
i) Dil bazis üzərində üstqurum kateqoriyası deyil.
u) Dil tarixi kateqoriyadır.
y) Dil bioloji, fizioloji, psixoloji hadisə deyil.
k) Dilin əmələ gəlməsində səs təqlidinin, nidaların
və s. də rolu olmuĢdur.
Müasir dövrdə dillərin dəqiq sayını bilən, demək
olar ki, yoxdur. Məs., Almaniyada nəĢr edilmiĢ «Dilçilik
və dil ünsiyyəti vasitələri haqqında sorğu kitabı»nda
dünyada 5651 dil olduğu göstərilir. Bəzi mənbələrdo
3000-ə qədər dil qeyd edilir. 1400 dil hələ
müstəqilləĢməmiĢ, ya da ölü dillər sırasında olduğu üçün
qeydə alınmamıĢdır. Bundan əlavə, dünya dillərinin bir
çoxunda həddindən az adam danıĢır. Belə ki, Avstra-
liyada 250 dildə cəmi 40 min adam danıĢır. Müstəqillik
həddinə qalxmıĢ olan 4200 dildən cəmi 500-ü lazımi
səviyyədə öyrənilmiĢdir. 1500 dil isə tamamilə
tədqiqatdan kənarda qalmıĢdır.
Dünya dillərinin çoxluğuna vo onların öyrənilməsi
məsələsinə diqqəti cəlb etməkdə məqsəd onların
inkiĢafındakı proses və mərhələlərin çox mürəkkəb bir
problem olduğunu göstərməkdir.
Bu, bir tərəfdən dillərin hamısının eyni səviyyədə
inkiĢaf etməməsi ilə, digər tərəfdən isə onların
öyrənilməməsi ilə əlaqədardır. Bundan əlavə, hansı dil
müstəqil hesab edilməlidir? – sualına cavab olaraq vahid
bir meyarın da olmaması bu iĢi çətinləĢdirir. Doğrudan
da, elə dillər vo onların dialektləri (məs. Çin dilinin
Pekin və ġanxay dialektləri) vardır ki, həmin dialektlərin
nümayəndaləri bir-birini baĢa düĢmür. Belə dialektləri
müstəqil hesab etmirik. Amma azərbaycanlılarla
qaqauzlar bir-birini çox asan baĢa düĢdüyü halda, onların
dillərini müstəqil hesab edirik. Bütün bunlar onu göstərir
ki, dünya dillərinin hamısı öyrənilməyincə onların bir
sıra problemləri də qaranlıq qalacaqdır.
Konkret olaraq dillərin hamısının eyni inkiĢaf
prosesi keçirdiyini səyləmək olmaz.
Bununla belə, dillərin inkiĢafı üçün məntiqi vo
səciyyəvi olan iki proses olmuĢdur. Bunlardan biri
ayrılma – diferensiasiya, ikinci isə birləĢmə –
inteqrasiyadır
Diferensiasiya dilin təkamül dövrünün ilkin
mərhələsinə aiddir. Belə ki, ibtidai icma quruluĢunda və
hətta ondan sonra da feodalizm Ģəraitində müxtəlif
siyasi, iqtisadi və sosial faktorların təsiri ilə tayfalar
parçalanmağa baĢlayırdı. Tayfa nümayəndələri özləri ilə
öz dialektlərini də aparırdılar. Sonradan yeni yerə köçən
tayfaların həyat tərzi, məiĢəti, coğrafi Ģoraiti vo digər
siyasi və sosial faktorların tosiri ilə bağlı olaraq onların
dialektləri arasında fərqlor meydana gəlirdi. Zaman
keçdikcə bu fərqlər dialektin bütün sietemində, bütün
səviyyələrində inkiĢaf etməyə baĢlayırdı. Beləliklə,
fərqli cəhətlərin çoxalması dillərin müstəqilləĢməsini
Ģərtləndirirdi. Bununla belə, həmin dillərin ümumi kökü
– ana kökü dəyiĢməz olaraq qalırdı. Buna görə də
müstəqilləĢmiĢ, diferensiallaĢmıĢ dillər qohum dillərin
yaranmasına xidmət edirdi. Deməli: a) diferensiasiya
qohum dillərin yaranmasının əsas səbəbidir; b)
diferensiasiya dillərin sayca çoxalmasına xidmət edir.
Ġnteqrasiya. Bu proses diferensiasiyanın tam
əksidir. Ġnteqrasiya dillərin sayca azalmasına səbəb olur.
Ġnteqrasiya müxtəlif dillərin və dialektlərin
birləĢərək vahid bir dil yaratmasıdır. Dildaxili
inteqrasiya ilə dillərarası inteqrasiyanı fərqləndirmək
lazımdır. ĠnkiĢaf və təkmilləĢmə prosesində dialektlərin
ümumi cəhətləri və birləĢməsi əsasında vahid bır dilin
yaranması dildaxili inteqrasiyadır. Tayfa dili ilə,
dialektlərin birləĢərək xalq dilini yaratması buna misal
ola bilər.
Bundan əlavə, (müstəqil hesab edilən dillər
arasındakı sıx əlaqə də vahid dilin yaranmasına kömək
edə bilər ki, bu da dillərarası inteqrasiya deməkdirf
Vaxtilə
–
əsrimizin
əvvəllərində
oğuz-səlcuq
yarımqrupuna vo baĢqa qruplara daxil olan türk
dillərinin ümumi bir dilə çevrilə bilməsi ideyası mövcud
olmuĢdur. Ġndi belə bir ümumiliyə həm meyl, həm do
Ģərait yaranmıĢdır. Dillərin inteqrasiyasından danıĢarkən
mütləq çarpazlaĢma məsələsinə toxunmaq lazımdır,
ÇarpazlaĢma əslində bioloji və fizioloji aləmlərdə
mövcud olur. XIX əsrdə görkəmli alman alimi A.
ġleyxer Darvinin təkamül nəzəriyyəsini dilə tətbiq etmiĢ
və bu prosesdə gedən çarpazlaĢma problemini də dilə aid
etmiĢdir. O, belə hesab edirdi ki, dil əvvəllər köklərdən
törənmiĢ – I mərhələ, yeni Ģəkillər almıĢ – II mərhələ,
daxili məna dəyiĢmələri, kəsb- etmiĢ – 111 mərhələ, ali
mərhələdir.
Beləliklə, o, köksözlü dilləri inkiĢafın aĢağı,
iltisaqi-aqqlütinativ dilləri orta, flektiv dilləri isə ali
inkiĢaf mərhələsində qəbul edirdi. Buradan da belə bir
nəticəyə gəlirdi ki, sırf amorf, iltisaqi və flektiv dil
yoxdur, yəni tipoloji cəhətdən kök sözlü dildə iltisaqilik,
iltisaqi dildə isə flektivlik elementi olmalıdır, bu isə
çarpazlaĢmanın nəticəsidir. Əlbəttə, bu yanlıĢ mövqe idi.
XX əsrdə N. Y. Marr ġleyxerin bu fikrini daha da
geniĢləndirmiĢ,
müqayisəli-tarixi
metoda
qarĢı
qoymuĢdur. N.Marrin çarpazlaĢma prosesində iki dil
əsasında heç birinə bənzəməyən üçüncü dilin yaranması
fikri də düzgün deyil. Əslində, dilləni çarpazlaĢması
müəyyən tarixi proses olub, heç bir yeni dil yaratmır.
Dialektlərin özünün çarpazlaĢmasını belə götürsək, yenə
onların heç biri sıradan çıxmır, öz elementləri ilə yeni
yaranmıĢ dildə yaĢayır. N. Marr dillərin çarpazlaĢması
kimi tarixi prosesin rolunu həddindən artıq böyüdərək
müqayisəli-tarixi dilçiliyin gəldiyi nəticəni – «ana dil»
anlayıĢını inkar etmiĢ və bu nəzəriyyəni «burjua
nəzəriyyəsi» adlandırmıĢdır. «Dilçilik elminin baĢçısı»
müqayisəli-tarixi metoda qarĢı öz Yafəs nəzəriyyəsini
qoyur və belə bir yanlıĢ nəticəyə gəlirdi ki, elə bir tayfa ,
və xalq yoxdur ki, onun dili çarpazlaĢma nəticəsi
olmasın . O hətta dillərin sonrakı inkiĢafını da
çarpazlaĢma
ilə
əlaqələndirirdi.
ÇarpazlaĢmanı
çoxdillilikdən uzaqlaĢma prosesi kimi qəbul edən N. Y.
Marr belə bir yanlıĢ fikrə gəlirdi ki, nə vaxtsa bu proses
vahid dilliyə aparıb çıxara bilər. Bu konsepsiyası ilə
N.Y.Marr və onun ardıcılları müqayisəli-tarixi dilçiliyin
mühüm nailiyyəti olan «dillərin qohumluğu» məsələsinə
qarĢı çıxır və onu burjua millətçiliyi ilə əlaqələndirirdi.
Halbuki, bunlar müxtəlif anlayıĢlardır.
Dostları ilə paylaş: |