Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə49/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   45   46   47   48   49   50   51   52   ...   175
Bağdad kitabxanası. XII əsr 
əlyazmasından fraqment. 
Rəssam əl-Vasiti.


107
DÜNYA DİNLƏRİ 
cənub hissəsini və İraqı idarə edən şiə məzhəbli sülalə) xilafətin paytaxtı 
Bağdad şəhərini tutduqdan sonra Abbasilər dünyəvi hakimiyyətlərini itirdilər. 
Artıq Bağdad şəhərində oturan Abbasi xəlifələrin hakimiyyəti formal və 
rəmzi xarakter daşıyırdı. Onlar yalnız sünni dünyasının ali ruhani liderləri 
kimi qəbul olunurdu. 1258-ci ildə monqollar Bağdadı ələ keçirib Abbasi 
xəlifəsi əl-Müstəsim Billahı öldürdükdən sonra Abbasilər sülaləsinin 
nümayəndələri Misirə köçdülər. Həmin dövrdə Misir Məmlüklər (qıpçaq və 
Qafqaz mənşəli nökərlərdən təşkil olunmuş xüsusi hərbi silk) tərəfindən idarə 
olunurdu. Bununla da Məmluklərin hakimiyyəti altında fəaliyyət göstərən 
Abbasi xəlifələrin mərkəzi Misirin paytaxtı Qahirə şəhəri oldu. 1517-ci ildə 
Osmanlı sultanı I Səlim (hakimiyyət illəri: 26 may 1512 - 21 sentyabr 1520. 
- Red.) Məmlükləri məğlub edərək Misiri tutduqdan sonra Abbasilərin İslam 
dünyasındakı formal dini liderliyinə son qoydu. Artıq xilafət titulu Osmanlı 
imperiyasının hökmdarlarına keçdi. Osmanlı sultanları xilafət titulunu 
XX əsrin əvvəllərinədək daşıdılar. Nəhayət 24 iyul 1923-cü ildə Türkiyə 
Respublikası qurulduqdan sonra xilafətin mövcudluğuna son qoyuldu. 3 mart 
1924-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bu dini hakimiyyət 
forması birdəfəlik ləğv olundu. 
Xilafət sistemi ləğv olunsa da, İslam dini müsəlman aləminin ictimai-siyasi 
həyatına təsirini qoruyurdu. Belə ki, XIX əsrin sonlarında az qala bütün müsəlman 
ölkələri Avropa dövlətlərinin müstəmləkələrinə çevrilmiş və ya onlardan asılı 
vəziyyətə düşmüşdü. Qərb müstəmləkəçiliyi əleyhinə baş qaldırmış milli 
azadlıq hərəkatlarında islami ideyalar aparıcı rol oynayırdı. Bunun nəticəsində 
XX əsrdə İslam dünyasında yeni müstəqil müsəlman dövlətləri meydana gəldi.
Eyni zamanda, müasir İslam tarixində 25 sentyabr 1969-cu ildə İslam 
Konfransı Təşkilatının təsis olunması əlamətdar hadisəyə çevrildi. Mənzil-
qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən həmin təşkilata 
(2011-ci ildən İslam Əməkdaşlığı Təşkilatı adanır) hazırda 57 dövlət üzvdür. 
Dünyanın 28 ölkəsində isə İslam dövlət və ya rəsmi din statusundadır. 
Müasir dövrdə İslam dini xristianlıqdan sonra mənsublarının sayına görə 
dünyanın ən böyük dinidir. Hazırda yer kürəsində təqribən 1 milyard 800 milyon 
müsəlman yaşayır ki, bu da dünya əhalisinin 24,1 faizini təşkil edir. 


MULTİKULTURALİZMƏ GİRİŞ
108

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə