Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə50/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   46   47   48   49   50   51   52   53   ...   175
3.3.2. Dini təlimin əsasları
İslam dininin etiqad əsaslarına “üsulüddin” (“dinin əsasları”) deyilir. 
Dilimizdə bəzən “iman əsasları” ifadəsindən də istifadə olunur. Etiqad əsasları 
dedikdə dinin nəzəri əsasları başa düşülür. İslamın etiqad əsasları müxtəlif 
İslam məktəblərində (məzhəb) fərqli formalarda öz əksini tapsa da, bütün 
müsəlmanların qəbul etdiyi təməl əqidə prinsipləri aşağıdakı kimidir:
Tövhid
İslamda təkallahlılıq inancına böyük əhəmiyyət verildiyi üçün “tövhid” ən 
əsas etiqadi prinsip sayılır. Hətta müsəlman alimləri bu etiqadi prinsipə “əslül-
üsul” (“əsasların əsası”) adını vermişlər. 
“Tövhid” kəlməsi ərəb dilində “yeganə”, “bir” mənalarına gələn “vəhdət”, 
“vəhd” kökündən törəmişdir; hərfi mənada “hər hansı bir şeyin yeganə və bir 
olduğunu qəbul etmək” deməkdir. İslam terminologiyasına görə, “tövhid” sözü 
“Allahın təkliyini qəbul etmək” mənasını ifadə edir.
Tövhid təliminə görə, zatı (mahiyyəti) və sifətləri (atributları) baxımından 
bir olan Allah kainatı yaradan və idarə edən yeganə varlıqdır. Onun heç bir şəriki 
yoxdur. Qurani-Kərimin “İxlas” surəsində bu barədə deyilir: 
“De: “(Mənim 
Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) 
möhtac deyildir! O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri 
(bənzəri) də yoxdur!” 
Hər bir müsəlmanın bilməli olduğu “kəlmeyi-şəhadət”də 
(“şəhadət kəlməsi”) Tanrının təkliyi xüsusən vurğulanır: 
“Allahdan başqa ilahın 
olmadığına, Məhəmmədin onun bəndəsi və elçisi olduğuna şahidlik edirəm”
.
İslam antropomorfik, yəni insanabənzər tanrı obrazını rədd edir. Müsəlman 
alimlər Allahın mükəmməl ad və sifətlərə malik olduğunu vurğulamaqla yanaşı, 
bunların yaradılmışlara xas olan əlamətlərə bənzəmədiyini xüsusilə qeyd 
edirlər. Məsələn, İslamda Allah bilən (alim), görən (bəsir) və eşidən (səmi) kimi 
təsvir olunur, lakin Tanrının bu xüsusiyyətləri insanların bilməsi, görməsi və 
eşitməsinə bənzəmir. Təsadüfi deyildir ki, kəlam elmində (İslam ehkamlarını 
əqli və fəlsəfi cəhətdən əsaslandırmağa çalışan elm – Red.) Allahın insan ağlına 
gələn hər şeydən fərqli olduğu, Tanrının insana və digər varlıqlara bənzəmədiyi 
vurğulanır. 


109
DÜNYA DİNLƏRİ 
Nübüvvət
Peyğəmbərlərə iman gətirmək İslamın ikinci inanc əsasını təşkil edir. Dini 
ədəbiyyatda bu inanc əsası “nübüvvət” (ərəb dilində “peyğəmbərlik” mənasına 
gəlir) termini ilə ifadə olunur. İslama görə, Allah bəşəriyyətə və ya hər hansı 
topluma doğru yol göstərmək üçün insanlar arasından seçdiyi öz elçilərini 
göndərir. Onlar Tanrıdan vəhy alır, günah işləmir, müdrikliyi, zəkası, sədaqəti, 
etibarlı olmaları ilə seçilir, qətiyyən yalan danışmır və digər üstün əxlaqi 
keyfiyyətləri ilə seçilirlər. 
Müsəlmanlar inanırlar ki, Məhəmməd peyğəmbər Allahın sonuncu 
elçisidir və ondan sonra Tanrı tərəfindən heç bir peyğəmbər göndərilməyəcək. 
Axirət
İslamın inanc əsaslarından biri ölümdən sonrakı həyatın varlığına 
inanmaqdır. Müsəlmanlar ölümdən sonrakı həyata “axirət” (ərəb dilində “son”, 
“sonuncu gün” deməkldir) və ya “məad” (ərəb dilində “qayıdış” mənasına gəlir) 
deyirlər. 
Axirət inancına əsasən, insanlar öldükdə onların ruhları bədənlərindən 
ayrılaraq yaşamağa davam edir. Qiyamətədək sürən bu ruhani həyata müsəlman 
qaynaqlarında “bərzəx” (ərəb dilində “aralıq“, “keçid” mənasına gəlir) adı 
verilmişdir. Qiyamət qopduqda insanlar yenidən dirildiləcək, dünyada etdikləri 
əməllərinə görə Allah tərəfindən mühakimə olunacaqlar. Yaxşı əməl sahibləri 
“cənnət” adlanan əbədi mükafat yurduna, pis əməl sahibləri isə “cəhənnəm” 
deyilən cəza yurduna göndəriləcəklər. Beləliklə, insanların dünyada etdikləri 
yaxşı və pis işlər əvəzsiz qalmayacaqdır. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə