Baltada oxboyu yükün artması quyu lüləsinin əyrilik
intensivliyinin artmasına gətirib çıxarır,belə ki,
• QKAH-nin bütün elementlərinin əyilməsi artır;
• Süxurdağıdıcı alətdə inhirafetdirici qüvvə böyüyür;
• QKAH-nin quyu divarı ilə birinci toxunma nöqtəsi
quyudibinə yaxınlaşır,buna görədə alətin əyriliyi artır;
• Quyu divarının işlənməsi artır.
Alətin fırlanma tezliyinin təsiri
Kiçik Orta Böyük
162
Qazıma məhlulunun təsiri.
Qazıma məhlulunun sərfinin artması yumşaq süxurlarda
quyu divarının yuyulmasına gətirib çıxarır, nəticədə alətin
əyrilik bucağı artır, buna görədə əyrilik intensivliyi artır.
Qazıma məhluluna yağlayıcı əlavələrin daxil edilməsi
quyuda alətin yerdəyişməsinin kinematikasını dəyişir,buda öz
növbəsində əyrilik intensivliyinin dəyişməsinə gətirib çıxarır.
Quyuların təbii əyilməsinin ümumi qnunauyğunluqları.
- Bir çox hallarda quyu lüləsi dağ süxurlarının yatım
istiqamətinə perpendikulyar vəziyyət almağa çalışır. Bu
istiqamətə yaxınlaşan anda əyrilik intensivliyi azalır
- Quyu divarı ilə alət arasındakı məsafənin azaldılması
əyilmənin azalmasına gətirib çıxarır.
- Mərkəzləşdirici elementin diametri və onun qoyulduğu
yer quyunun istiqamətinə və zenit bucağı intensivliyinə nəzərə
çarpacaq dərəcədə təsir edir.
- Alətin sərtliyinin artırılması quyu lüləsinin əyilməsini
azaldır, ona görədə böyük diametrli quyular az intensivliklə
əyilir, nəinki kiçik diametrli quyular.
- Baltaya verilən oxboyu yükün artırılması əyrilik
intensivliyinin artmasına gətirir.
- Qazıma borularının fırlanma tezliyinin artırılması – quyu
əyilməsini azaldır.
163
7. Maili və üfüqi quyu profillərinin layihələndirilməsi.
7.1.Quyu əyriliyi yığılan zaman əyrilik radiusunun təyini.
Maili istiqamətləndirilmiş quyunun əyrilik radiusu imkan
daxilində kiçik olmalıdır, çünki əyrilik intervalını müəyyən
həddə qədər kiçiltməli, hansı ki, inhirafetdirici alətlə və
naviqasiya cihazları ilə işləmək lazım gəlir. Ona görə də
aşağıda göstərilən əsas məhdudiyyətlər gözlənilməlidir.
1. Adi halda əyrilik intensivliyi 1,5
0
/10 m gedişdə
aşmamalıdır.
2. İstənilən qazıma intervalında baltaya verilən mümkün
oxboyu yük təmin olunmalıdır.
3. Quyu lüləsinin əyriləşdirilmiş intervallarında novların
yaranması aradan qaldırılmalıdır. Bu şərt boru qıfılının quyu
lüləsi divarına göstədiyi təzyiqin qiymətləndirilməsidir.
R >12P/Q
Burada, P – qazma borusuna təsir edən oxboyu yükdür; Q
– boru qıfılı tərəfindən quyu divarına göstərilən buraxıla bilən
normal gücdür. Q-nun qiymətini yumşaq süxurların yerləşdiyi
kəsiliş üçün 10 kN, orta bərklikli süxurlar üçün – 20 kN,
möhkəm və bərk süxurlar üçün – 40-50 kN qəbul etmək olar.
4.Quyuda qazıma kəməri, istənilən iş rejimində polad
qazıma borusunda yaranan gərginlik, materialın axıcılıq həddini
keçirməməlidir.
R > dE/(2a
m
)
Burada, d – qazma borusunun xarici diametri, E – Yunq
modulu.
164
5.Quyudibi mühərrikin quyu lüləsinin əyri hissəsindən
keçidi zamanı mühərrikin gövdəsində yaranan gərginlik onun
materialının axıcılıq həddini aşmamalıdır.
R > 0,25/L
2
[0,74(D-d)-k]
Burada, L, d – uyğun olaraq quyudibi mühərrikin
uzunluğu və diametridir; D – baltanın diametri, k – geoloji
şəraitdə seçilən ara boşluğu (k ═ 0 möhkəm süxurlar üçün,
k ═ 0,003-0,006 yumşaq və orta süxurlar üçün).
7.2. Maili quyu profillərinin layihələndirilməsi.
Maili və üfüqi quyu qazılmasının llayihələndirilməsinə,
profilin tipinin və konfiqurasiyasının seçilməsi, quyu lüləsinin
trasının hesabı və qurulması daxil olan quyu profilinin layihə-
ləndirilməsindən başlamaq lazımdır.
Profilin layihələndirilməsi maili quyuların (MQ) inşasının
texniki layihəsinin əsas tərkib hissələrindən biridir. Profilin
layihələndirilməsində məqsəd profilin tipinin və konfi-
qurasiyanın düzgün seçilməsi, MQ lüləsinin hesablanması və
qurulmasıdır.
Maili
quyu
profillərinin
tipləri.
Maili
quyuların
qazılmasında istifadə olunan profillərin tipləri iki qrupa
bölünür. Birinci qrupa aid olan müstəvi profillər bir şaquli
müstəvi üzərində yerləşən əyri xətlərlə, ikinci qrupa aid olan
profillər isə fəza əyriləri ilə ifadə edilir.
Müstəvi profilləri
ən geniş yayılmışdır və ondan maili
quyuların qazılmasında daha çox istifadə edilir. Bu profillər,
əsasən yataqların qazılması zamanı quyu lüləsinin öz-özünə
əyilməsinə geoloji şəraitlərin təsiri nisbətən az olanda, həmçinin
az öyrənilmiş rayonlarda maili quyuların qazılması zamanı
quyu lüləsinin təbii əyilməsinin qanunauyğunluqları məlum
olmayanda tətbiq edilir.
165
Maili quyuların profilləri intervalların sayına görə iki, üç,
dörd və beş intervallı olur. Maili quyuların profilinin
intervalları aşağıdakılardır:
şaquli (Ş);
zenit bucağının intensiv artırılması (İART);
zenit bucağının az intensivliklə artırılması (AART);
zenit bucağının stabilləşdirilməsi (ST);
zenit bucağının azaldılması (AZ).
7.3. Quyu profilinə qoyulan tələblər.
Quyunun layihə profili aşağıdakıları təmin etməlidir:
• lazım olan keyfiyyətdə quyu qoyulan məsələni yerinə
yetirməlidir;
• verilmiş nöqtədən buraxıla bilən uzaqlaşmada layın
açılmasını təmin etməlidir;
• quyunun maksimal debitinin və neftin çıxarılma
əmsalının yüksək olmasını təmin etməlidir;
• məhsuldar layın kollektorluq xassəsinin maksimal
qorunma imkanı olmalıdır;
• quyu tikintisinə sərf olunan maddi vəsaitin vaxta
nisbətinin optimal olmasıdır.
Layihələndirmə və məhdudiyyətin ümumi ardıcıllığı
1. Profilin tipinin seçilməsi.
2. Buraxıla bilən əyrilik intensivliyinin təyin olunması.
3. Profilin hesabatı.
Zenit bucğının buraxıla bilən maksimal qiyməti
Zenit bucağının artma intervalında – 40°;
Batırılan nasosun quraşdırılma intervalında – 30
о
;
Laya daxil oln zaman – 25°.
166
7.4. Maili quyu profillərinin təsnifatı.
Maili quyu profilləri formalarına görə aşağıdakı tiplərdə
olur: S – şəkilli , J – şəkilli və tangens şəkilli (şəkil 7.1)
Dostları ilə paylaş: |