Dəyişən çəplik bucaqlı əyri keçirici.
Bu əyrikeçirici (şəkil
5.4) tətbiq edilən zaman quyu əyriliyinin intensivliyi yivin
çəplik bucağından, alətin həndəsi, möhkəmlik və ağırlıq
xarakteristikalarından, qazıma rejimindən, baltanın frezerləmə
qabiliyyətiindən,
dağ
süxurlarının
fiziki-mexaniki
xassələrindən, quyunun zenit bucağından asılıdır. Ona görədə
143
onun çəplik bucağı böyük intervalda 1 – 6 dərəcə/10m arasında
dəyişir.
Quyunun əyrilik intensivliyi inhirafetidiricinin elementlərinin
ölçülərindən, yəni lövhənin qoyulduğu yerdən və qalınlığından,
əyri keçiricisinin yiv oxunun çəplik bucağından, quyunun
diametrindən, baltanın yan frezləmə qabiliyyətindən, qazılan
süxurun fiziki-mexaniki xassələrindən və qazıma rejimindən
asılıdır.
Şəkil 5.4.
Çəplik bucaqlı əyri keçiricinin
prinsipial sxemi
1 – yuxarı seksiya; 2 – aşağı seksiya; 3 – val
Turbin inhirafetdiricisi (şəkil 5.5).
Bu tip inhirafetdiricinin
aşağı və yuxarı hissələri əyrikeçirici, valları isə xüsusi
birləşdirici şarnir vasitəsilə birləşdirilən konstruksiyaya
malikdir. Bəzi xüsusi hallarda isə Tİ2-195 və Tİ2-240 turbin
inhiraf etdiriciləri 1
0
, 1,5
0
və 2
0
-li əyrikeçirici ilə hazırlanırlar.
Tİ-seriyasından olan turbin inhirafetdirici turbin 1 və şpindel 2
seksiyalarından ibarətdir.Seksiyaların gövdələri öz aralarında
oxboyu yükü ötürməyə imkan verən əyri keçiricidən 3 ibarətdir.
Turbin seksiyanın valından bir-birilə müəyyən bucaq altında
yerləşən şpindel seksiyaya fırladıcı moment yumurucuqlu
144
oynaq 4 vasitəsilə ötürülür. Hazırlanan turbin inhirafetdiricinin
əyrikeçiricisinin yivinin əyrilik bucağı 1,5 dər.gövdənin
diametri isə 172, 195 və 240 mm olur. Quyu əyriliyinin
intensivliyi Tİ- nin istifadəsi zamanı 3
0
-dən. – 10
0
/10m. qədər
çatır.
Şpindel inhirafetdiricisi Şİ-195 (şəkil 5.6).
Bu tip
inhirfetdirici iş rejimində valın fırlanma sürəti 500dövr/dəq-ni
aşmayan seksiyalı turbin mühərrikində adi şpindelin yerinə
qoyulmaqla işlədilir. O, özlüyündə ayrıca hissə olaraq turbin
qazıyıcısının
oxuna
nisbətən
müəyyən
bucaq
altında
əyriləşdirilmiş şəkildə hazırlanmış qazıyıcının istinad oxundan
ibarətdir.
Həmin inhirafetdiricinin üstünlüyü baltadan inhirafetdiri-
ciyə qədər olan məsafənin az olması, bu hissənin deformasiya
uğramasının
azalması
və
inhirafetdiricilik
qabiliyyətini
artmasıdır.
Bu inhirafetdiricinin çatışmayan cəhəti onların vallarının
aşağı və yuxarı hissələrinin əyri birləşmələrinin dayanıqsız
olmasıdır.
Şəkil 5.5. Şəkil 5.6.
Turbin inhirafetdirici Şpindel inhirafetdirici
Tİ-195 Şİ-195
145
Əyriləşdirilmiş mühərrik (şəkil 5.7).
QKAH-ni dəyişmədən əyrilik intensivliyini tənzimləmək üçün
əyriləşdirilmiş mühərrikdən istifadə edilir.Burada quyunun
əyrilik bucağı aləti fırlatmadan alınır.Bundan başqa quyu
lüləsini genişləndirmək lazım gələrsə onda aləti fırlatmaq yolu
ilə yerinə yetirirlər.
Şəkil 5.7. Əyriləşdirilmiş mühərrik
Ekssentrik nippel (şəkil 5.8).
Ekssentrik nippel özlüyündə
turbin qazıyıcısının nipelinə qaynaq edilmiş metal dayaqdan
ibarətdir. Metal dayağın üzəri bəzi hallarda rezinlə örtülə bilər.
Turbin qazıyıcısının ekssentrik nippelinin və baltanın
quyu lüləsi içərisində maniəsiz hərəkətini təmin etmək üçün
dayağın aşağı və yuxarı qurtaracaqları müəyyən bucaq altında
əyriləşdirilib. Ekssentrik nipelin qalınlığı balta ilə turbin
qazıyıcısının diametrlərinin fərqindən 15mm-dən artıq ola
bilməz.
Turbin qazıyıcısının yuxarı hissəsinin ağırlığından əmələ
gələn normal qüvvə moment yaradır, bunun təsirindən balta
quyunun yuxarı divarına sıxılır və onu frezrləyir. Bununla
əlaqədar zenit bucağının artması nəticəsində eksentrik nipelin iş
effektliyi artır.
Eksentrik nipelli turbin qazıyıcısından dayanıqlı sü-
xurların qazılmasında zenit bucağının artırılması üçün istifadə
146
etmək məsləhət görülür, çünki bu zaman qazıma kəmərinin
pərçimlənmək və tutulmaq qorxusu olmur.
Elastik inhirafetdirici (şəkil 5.9).
Elastik inhirafetdirici
rezin geydirilmiş və yeyilən zaman dəyişdirilməsi asan olan
resor vəzifəsini yerinə yetirən metal yığımıdır.
Metal yığımı turbin qazıyıcısının nipelinə qaynaq edilir.
Rezin geydirilmiş resorun qalınlığını dəyişməklə quyu lüləsi
əyriliyini tənzim edirlər. Elastiki inhirafetdiricidən, maili
istiqamətlənmiş quyuların qazılmasında ekssentrik nipeldən
istifadənin mümkün olmadığı bütün hallarda, hətta qazıma
kəmərinin pərçimlənməsi və tutulması gözlənilən süxurların
qazılmasında belə istifadə etmək olar.
Şəkil 5.8. Ekssentrik nipel: Şəkil 5.9. Elastik inhirafetdirici
1 – turbin qazıyıcısı 1 – turbin qazıyıcısı;
2 – halqavari lövhə; 3 – balta 2 – inhirafetdirici;
3 – rezin resor; 4 – balta.
Əyrilik yaradan mexanizm ƏM (şəkil 5.10).
Elektrik
qazıyıcısı vasitəsilə maili istiqamətlənmiş quyuların qazıl-
masında bu inhirafetdiricidən istifadə olunur. Bu mexanizmdə
147
qazıyıcının və şpindelin valları bir-biri ilə müəyyən bucaq
altında dişli birləşdirici muftanın köməyi ilə birləşdirilir.
Əyrilik yaradan mexanizmlər elektrik qazıyıcılarının
diametrlərinə uyğun olaraq hazırlanır. ƏM-164, ƏM-170, ƏM-
185 inhirafetdiricinin oxlarının əmələ gətirdiyi bucaq 1
0
və 1,5
0
,
ƏM-215, ƏM-240 inhirafetdiricilərinin isə 1
0
, 1,5
0
və 2
0
olur.
Dostları ilə paylaş: |