129
Quyudibi istiqamətləndirici keçirici
Quyudibi istiqamətləndirici keçirici, (bəzən onu universal
keçirici də adlandırırlar) , üzərində
xüsusi oturucu enmə
vtulkanı quraşdırmaq üçün təyin olunmuşdur, sonra isə
çəpləşdirilmiş başmaqla ölçü cihazı endirilir.
Bu keçiricilər
əsasən maqnitləşməyən poladdan hazırlanır.
Enmə vtulkası elə vəziyyətdə qeyd olunur ki, ölçü cihazın
və istiqamətləndirilən quyudibi aləti öz aralarında korreksiya
etməyə imkan verir.
Əyriləşdirilmiş keçirici.
Əyriləşdirilmiş keçirici (şəkil 4.27) hidravliki quyudibi
mühərriki istiqamətləndirmək üçün
istifadə edilir və nəticədə
quyu lüləsinin trayektoriyasının dəyişməsi baş verir.
Şəkil 4.27. Əyriləşdirilmiş keçirici
130
Onlar ya adi, ya da maqnitləşməyən poladdan hazırlanır
və hidravliki quyudibi mühərrikin üstündə yerləşdirilir.
Keçirici hazırlanma prosesində verilmiş bucaq əyriliyinə
malik olan nippeldən ibarətdir. Keçiricinin gövdəsində əyrilik
bucağının istiqamətini göstərən işarə qoyulur.
Həmin işarənin
yanında əyrilik bucağının qiyməti göstərilir. Əyrilik bucağının
qiyməti quyu lüləsinin inhiraf bucağını təyin edir, bu isə öz
növbəsində, keçiricinin diametrindən
və quyudibi mühərrikin
uzunluğundan asılıdır.
Əyriləşdirilmiş gövdəli hidravliki quyudibi mühərrikdən
istifadə edildikdə əyriləşdirilmiş keçiricidən istifadə olunmağa
ehtiyac qalmır.
Bunlardan əlavə aşağıdakı tiplərdə
də keçiricilər tədbiq
olunur.
Dövranlı keçiricilər
Şlam tutanlar
Quyudibi yan deşikli borucuq
Maqnitləşməyən keçiricilər
Stabilləşdiricilər
Son zamanlar maili və üfqi qazımada quyu əyriliyini sabit
saxlamaq məqsədilə stabilləşdiricilər geniş tətbiq edilir (şəkil
4.28).
Maili-istiqamətlənmiş
qazımada
şaquldan
inhiraf
bucağının tənzimlənməsinin yeganə üsulu stabilləşdiricilərin
tətbiq edilməsidir. Onların sayından, ölçülərindən və qazıma
kəmərində yerləşmə yerindən asılı olaraq quyuda QKAH-in
özünü aparması xarakteri dəyişəcək.
Onlar balta üstündə yerləşdirilə bilər (onda onlar “balta
üstü” adlanır) və ya QKAH-in yuxarı hissəsində (onda
onlar
“kəmər stabilləşdiricisi” adlanır).
Stabilləşdiricilər pərlərinin konstruksiyalarından asılı
olaraq bir neçə tipdə ola bilərlər:
- qaynaq edilmiş pərlərlə;