Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə3/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   51

çıxarmaq və ya rejissorun aktyora təsiri vasitələrini öyrənmək üçün rejissorun məşq zamanı fəaliyyəti teatr 

tədqiqatçıları müşahidə edilir və s.  

Məktəbdənkənar  və  ya  mədəniyyət  müəssisələrində  aparılan  tərbiyə  işləri  –  tədbirlərin  uşaqlara, 

yaşlılara  göstərdiyi  təsiri  öyrənmək  üçün  işin  təşkili    və  gedişi    üzərində  müşahidə  aparılır.  Müşahidənin 

səmərəli  və  obyektiv  aparılması  üçün  aşağıdakı  şərtlərə  riayət  olunmalıdır;    müşahidə  məqsədi  dəqiq  və 

aydın olmalıdır; müşahidə obyekti əvvəlcədən myəyyən olunmalıdır; müşahidə zamanı hadisənin gedişinə 

heç bir müdaxilə edilməməlidir; müşahidənin nəticələri qeyd edilməli və ümumiləşdirilməlidir. 

Müsahibə  hər  hansı  bir  pedaqoji  məsələni  sual-cavab,  söhbət  vasitəsilə  aydınlaşdırmağa  deyilir. 

Müşahidə zamanı hadisəyə müdaxilə edilmədiyi üçün onun mahiyyəti bəzən tam şəkildə açılmır. Bu nöqteyi 

nəzərdən müsahibə əhəmiyyətli yer tutur. Müsahibədən həm  mövcud  vəziyyəti öyrənmək, həm tədqiqatın 

gedişi prosesində, həm də nəticəni aydanlaşdırmaq üçün istifadə edilir. Müsahibə həm yazılı, həm də şifahi 

şəkildə aparıla bilər. Hər iki halda nəticə ümumiləşdirilməlidir. Müsahibə təbii və normal  psixoloji şəraitdə, 

lakonik, məntiqi, aydın cümlələrlə aparıldıqda daha səmərəli nəticə verir. Pedaqoji müsahibə metodundan 

pedaqoji gerçəkliyin bütün sahələrində aparılan tədqiqatlar zamanı geniş istifadə edilir. 

Pedaqoji eksperiment tədqiq edilən pedaqoji məsələni xüsusi təşkil edilmiş şəraitdə öyrənməyə deyilir. 

Tədqiqat  zamanı  irəli  sürülmüş  fərziyyə  məhz  eksperiment  vasitəsilə  təcrübədən  keçirilir,  yoxlanılır. 

Eksperiment  zamanı  öyrənilən  hadisə,  pedaqoji  fakt  əvvəlki,  təbii  vəziyyətindən  fərqli,  tədqiqatçının  irəli 

sürdüyü fərziyyə əsasında təşkil edilir. Məsələn, təlimə aid aparılan tədqiqat  irəli  sürülmüş  fərziyyə təlim 

prosesində tədqiqatçının irəli çürdüyü metod əsasında xüsusi şəraitdə aparılır. 

Mədəniyyət  müəssisələrində  insanların  tərbiyəsinin  səmərəli  təşkilinə  aid  aparılan  tədqiqat  işi  həmin 

müəssisədə tədqiqatçının irəli sürdüyü metod əsasında, təklif etdiyi xüsusi şəraitdə aparılır.  

Eksperiment  metodu  istehsal  müəssisələrində  işçilərin  təkmilləşdirilməsi,  yeni  bacarıq  və  vərdişlərə 

yiyələnə; inzibati  dövlət  orqanlarının tərbiyə  fəaliyyəti;  mədəniyyət,  səhiyyə,  idman  kompleksləri,  kütləvi 

infformaçiya  vasitələrinin  tərbiyəvi  fəaliyyətinə  aid  tədqiqat  işlərində  də  tədbiq  edilir.  Müaisr  dövrdə 

pedaqoji eksperiment ən aktual problemlərdən biridir. 

Pedaqoji eksperiment zamanı tədqiqatçı ona lazım olan şəraiti özü yaradır. Səmərəli nəticə almaq üçün 

şəraiti istədiyi zaman dəyişir. Pedaqoji eksperiment üsulundan təqdiqatçılarla yanaşı tərbiyə işi ilə məşğul 

olan yaradıcı şəxslər də istifadə edirlər. 

Pedaqoji  eksperiment  üsuluna  keçid  dövrlərində  daha  çox  ehtiyac  vardır.  Çünki  yeni  ictimai-iqtisadi 

quruluşa keçid, yeni insan formalaşdırılması prosesi yeni-yeni eksperimentlər qoymağı tələb edir. 

Sənədlərin  araşdırılması  və  öyrənilməsi  də  tədqiqat  işində  böyük  əhmiyyətə  malikdir.  Təhsil 

müəssisələrində  təhsil  alanların  təlim  müvəffəqiyyətini,  müxtəlif  dövrlərdə  aparılan  tərbiyə  tədbirləri, 

tərbiyəvi  işlərin  təşkili,    tərbiyə  tədbirlərinin  formalarını,    məktəbkənar  tərbiyə  müəssisələri,  mədəniyyət 

müəssisələri,  ayrı-ayrı  dövrlərdə  incəsənətin  və  digər  ictimai  təşkilatların  apardıqları  tərbiyə  tədbirləri, 

onların  insan  formalaşdırılması  işindəki  rolunu  öyrənməkdə  sənədlər  və  onların  araşdırılması  əhəmiyyətli 

yer  tutur.  Həmçinin,    pedaqogika  tarixinə  aid  tədqiqatlarda,  məktəb  və  maarif  müəssisələrinin  yaranması, 

təşkili  formalarının  öyrənilməsində  də  sənədlər,  yazılı  ədəbiyyat,  arxiv  materiallarının  öyrənilməsi  xüsusi 

əhəmiyyətə malikdir. 

Tərbiyə  olunanların  yaradıcılıq  fəaliyyətinin  öyrənilməsi  də  əhəmiyyətli  pedaqoji  tədqiqat 

metodlarından  biridir.  Yaradıcılıq  fəaliyyəti  dedikdə  tərbiyə  olunanların  çəkdiyi  şəkillər,    bədii  əsərlər,  əl 

işləri, bədii tikişlər, quraşdırılmış cihazlar, modellər, maketlər,  yazılmış musiqi əsərləri, müxtəlif məzmunlu 

tablolar və s. nəzərdə tutulur. Tədqiqat işində hər hansı bir məsələnin araşdırılmasında tərbiyə olunanların 

bu yaradıcılıq işlərinə də müraciət edilir. Buna xüsusilə insanların asudə vaxtlarının səmərəli təşkilinə aid 

aparılan  tədqiqat  işlərində  daha  çox  ehtiyac  olur.  Bu  metodlardan  başqa  pedaqogikanın  təhlil  və  tərkib, 

induktiv  və  deduktiv,  riyazi  hesablama  kimi  üsulları da  mövcuddur  ki,    tədqiqat  prosesində  bunlardan  da 

istifadə edilir. 

Yuxarıda qeyd edilən tədqiqat üsulları biri-biri ilə qarşılıqlı əlaqədədir, biri- digərinin mövcudluğunu 

təmin edir. 




 

Pedaqoji elmlər sistemi. 

Pedaqoji elmlər sistemi dedikdə,  pedaqogikaya daxil olan elmlərin məcmusu nəzərdə tutulur. Pedaqoji elmlər 

sisteminə aşağıdakılar daxildir: məktəbəqədər pedaqogika, məktəb pedaqogikası, orta ixtisas məktəbi pedaqogikası, 

xüsusi pedaqogika,  ali məktəb pedaqogikası, hərbi pedaqogika, xalq pedaqogikası,  istehsalat pedaqogikası,  mədəni 

fəaliyyət  pedaqogikası,  xüsusi  metodikalar,  pedaqogika  tarixi,    ailə  pedaqogikası,  sosial  pedaqogika,  müqayisəli 

pedaqogika və s. 

Məktəbəqədər  pedaqogika    anadan  olandan  məktəbə  gedənə  qədər  uşaqların  təlim-tərbiyəsinin, 

məktəbə  hazırlanmasının  aktual  problemlərini  tədqiq  edir.  Bu  dövrdə  uşaqların  hazırlığı  əsasən  psixoloji 

inkişafa istinad edir. Uşaqların minimum səviyyədə həyata hazırlanması məsələləri araşdırılır. 

Məktəb pedaqogikası  orta ümumtəhsil məktəblərində uşaq və yeniyetmələrin həyata hazırlanmasının 

aktual problemlərini əhatə edir. Pedaqogikanın bu tərkib hissəsi də öz növbəsində ibtidai, natamam orta, orta 

olmaqla üç hissəyə ayrılır. Bura həmçinin litseylərdə, gimnaziyalarda təlim, tərbiyə, orta  təhsil məsələləri, 

onların əsas problemləri də daxildir. 

Orta  ixtisas  məktəbi  pedaqogikası    orta  ixtisas  məktəbləri,  seminariyalar,  kolleclər,  gimnaziyalar, 

texnikumlarda  pedaqoji  işin  spesifik  xüsusiyyətlərini:  təlim,  tərbiyə,  təhsilin  aktual  problemlərini  tədqiq 

edir. 


Xüsusi  pedaqogika    əqli  və  fiziki  cəhətdən  nöqsanlı  uşaq  və  yeniyetmələrin  təlim,  tərbiyə  və  təhsili 

problemlərini araşdırır və defektologiya adlanır. Bura:       surdopedaqogika  – lal və kar uşaqların təlim-

tərbiyəsini öyrənən pedaqogika; 

oliqofrenopedaqogika – əqli cəhətdən zəif inkişaf etmiş uşaqların təlim- 

tərbiyəsini tədqiq edən elm

tiflopedaqogika – kor uşaqların təlim-tərbiyəsini tədqiq edən elm; 

loqopediya – nitqi nöqsanlı olan uşaqların təlim və tərbiyəsi haqqında elm  

daxildir.  

Ali məktəb pedaqogikası ali təhsil sistemi müəssisələrində – institut, universitet, akademiyalar və s. – 

pedaqoji prosesin aktual problemlərini araşdırır, təlim, tərbiyə, təhsilin məzmunu,   səmərəli yol və vasitələri 

və s. məsələləri müəyyən edir.  

Hərbi  pedaqogika  hərbi  məktəblərdə,  ali  hərbi  məktəblərdə,  hərbi  akademiyalarda,  adi  ali  təhsil 

müəssisələrinin hərbi kafedralarında, hərbi hissələrdə, orta məktəblərdə, orta ixtisas məktəblərində gənclərin 

hərbi hazırlığı, hərbi təlimi, tərbiyə və təhsilini tədqiq edir. 

İstehsalat pedaqogikası müxtəlif istehsalat müəssisələrində, idarə və təşkilatlarda aparılın tərbiyə işləri

cəmiyyətdə yaranan yeni problemlərlə bağlı aparılan tərbiyə işləri, formalaşdırılması, texniki inkişaffla bağlı 

yeni əmək və təlim bilik, bacarıq və vərdişlərinin formalaşdırılması və digər pedaqoji problemləri araşdırır. 

Mədəni  fəaliyyət  pedaqogikası  mədəniyyət  müəssisələrində,  klublarda,  muzeylərdə,  məktəbdənkənar 

tərbiyə  müəssisələrində,  radio,  televiziya,  teatr,  konsert  zallarında  aparılan  pedaqoji    fəaliyyəti  həmin 

müəssisələrdə tərbiyə, təlim məsələlərini, insanların asudə vaxtlarının səmərəli təşkili və bu prosesdə zəruri 

əxlaqi keyfiyyətlərə yiyələnmənin səmərəli yol və vasitələrini, məzmunu və s.  bu kimi problemləri tədqiq 

edir. 


Fənlərin tədrisi metodikası ayrı-ayrı fənlərin tədrisinin aktual problemlərini tədqiq edir. Ümumpedaqoji 

qanunları fənlərin spesifik xüsusiyyətlərinə uyğun şəkildə tədbiq edilməsini araşdırır. Yəni təlim, tərbiyə, və 

təhsilin prinsipləri, üsulları, elmi- pedaqoji yeniliklər fənnin spesifik xüsusiyytlərinə uyğun şəkildə tədbiq 

edilməsi məsələlərini araşdırır. 

Pedaqogika tarixi bütün ölkələrdə pedaqogikanın yaranma və inkişafı tarixini öyrənir. Bu isə pedaqoji 

fikir və məktəb tarixi olmaqla iki yerə ayrılır. Pedaqoji fikir tarixi qədim dövrlərdən indiyə qədər pedaqoq, 

filosof və digər mütəfəkkirlərin nəzəri pedaqoji fikirlərini tədqiq edir. Məktəb tarixi isə müxtəlif dövrlərdə 

təşkil olunmuş məktəblər, təhsil sistemi, onların quruluşu və s. öyrənir. 

Ailə  pedaqogikası  ailədə  uşaqların  tərbiyəsinin  düzgün  təşkili,  ailədə  düzgün  münasibətlərin 

yaradılması,  ailə ilə məktəb və digər tərbiyə müəssisələri arasında səmərəli əlaqə yaradılması, cəmiyyətlə 

ailənin  tərbiyəvi  təsirlərinin  əlaqələndirməsi,  bunların  insanların  həyata  hazırlanması  işinə  təsiri  və  digər 

problemləri araşdırır.  

Müqayisəli  pedaqogika  müxtəlif  ölkələrdə  mövcud  olan  təhsil  sistemi,  onların    ümumi  və  spesifik 

xüsusiyyətlərini araşdırır. 

Pedaqogikanın digər elmlərlə əlaqəsi. 

Pedaqogika bütün elm sahələri ilə qarşılıqlı əlaqəlidir. Bu pedaqogikanın obyektinin xarakterindən irəli 

gəlir. Pedaqogika öz inkişafı prosesində həmin elmlərin çıxardığı nəticələrdən istifadə edir. Digər tərəfdən 

pedaqogika bütün elm sahələrinin son nəticələrinin böyüyən nəslə öyrətmənin səmərəli yol və vasitələrini, 




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə