Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 24,1 Mb.
Pdf görüntüsü
səhifə31/70
tarix04.07.2018
ölçüsü24,1 Mb.
#53444
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   70

1
2
3
4
5
6
3
3
61
60
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi
1. Sistematik kateqoriyalara uyğun gələn adları 
müvafiq çərçivələrdə yerləşdirin: 
Sarkomastiqoforlar, Kirpikli infuzorlar
Sarkodinlər, Qamçılılar, Adi amöb,  İnfuzorlar, 
Yaşıl evqlen,  Birhüceyrəlilər, İnfuzor-tərlik.
2. Düzgün cavab variantını seçin:
– Birhüceyrəlilər əlverişsiz şəraiti sista /ziqot halında keçirir. 
– İnfuzor-tərliyin/amöbün iki nüvəsi olur.
– Yaşıl evqlendə fotosintez prosesi işığahəssas gözcükdə/xloroplastlarda gedir.
– İnfuzor-tərlik kirpikciklərin/qamçının köməyi ilə hərəkət edir.
–  Volvoks  koloniyasını  əmələ  gətirən  hüceyrələrin  hər  birinin  bir/iki  qamçısı 
olur.
Yarımaləm 
Tip  
Sinif
Növ
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Qamçılılar  sinfi.  Nümayəndəsi  dur-
ğun sularda yaşayan yaşıl evqlendir ( ). 
Amöbdən fərqli olaraq, hüceyrəsi xaric-
dən  nisbətən  bərk  qılafla  (1)  örtüldü-
yündən  bədəni  nisbətən  sabit  formalı 
olur.  Evqlendə  hərəkətə  xidmət  edən   
tək qamçı (2) olur. Onda, həmçinin, bir 
ədəd işığa həssas “qırmızı gözcük” (3), 
tək ifrazat vakuolu (4), bir ədəd böyük 
nüvə  (5)  və  fotosintezdə  iştirak  edən 
xlorofilə  malik  20–25  ədəd  xloroplast 
(6) olur.
Yaşıl  kürəcik  şəklində  olan  volvok-
sun ( )  diametri 1 mm-ə çatır. Volvoks-
da  kürəciyin  əsas  hissəsini  həlməşik 
maddə  təşkil  edir.  Koloniyada  bir-biri 
ilə  sitoplazma  çıxıntıları  ilə  birləşmiş 
1000-ə  qədər  armudşəkilli  hüceyrə 
olur. Hüceyrəsi evqlenə oxşasa da, on-
dan fərqli olaraq, bir ədəd xloroplastı və 
iki  ədəd qamçısı olur. 
İnfuzorlar  tipi.  İnfuzorların  bir 
neçə sinfi var. Tipin daha geniş yayılmış  
nümayəndəsi kirpikli infuzorlar sinfinə 
mənsub  olan  infuzor-tərlikdir  ( ). 
hüceyrə  qılafı  (1)  nisbətən  bərk 
olduğundan,  sabit  bədən  formasına 
malikdir.  Bədən  səthində  10-15  minə 
qədər  kirpik  (2)  olur.  Bədən  daxilində 
iki  ifrazat  vakuolu  (3)  və  iki  nüvəsi 
(böyük və kiçik) vardır. Böyük nüvə (4) 
bütün həyati proseslərdə – qidalanma, 
tənəffüs,  maddələr  mübadiləsi  və  s., 
kiçik nüvə (5) isə yalnız cinsi prosesdə 
iştirak  edir.  Bədənin  kənarında  həm-
çinin  novşəkilli  hüceyrəvi  ağız  (6)    və 
tullantı dəliyi  (7) vardır.
b
c
d
 
 
Onun
Sarkodinlər sinfi
Qamçılılar sinfi
Kirpikli infuzorlar sinfi
a
b
c
d
Uyğunluğu müəyyən edin:
a) Daimi bədən forması olmayan birhüceyrəli orqanizm
b) İki ifrazat vakuolu olur. c) Həm heyvan, həm də bitki 
kimi qidalanan orqanizm. d) Hərəkət üçün bir qamçısı 
olur.  e) Yalançı ayaqları olur. f) Novşəkilli hüceyrəvi 
ağzı olur. 
A) Adi amöb
B) Yaşıl evqlen 
C) İnfuzor-tərlik
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
1
2
3
4
5
2
3
4
5
6
7
1
26. 
Birhüceyrəlilərin həyat fəaliyyəti və müxtəlifliyi
Birhüceyrəlilər tam bir 
orqanizm kimi fəaliyyət 
göstərir. 
· Onlarda hansı həyati prosesləri  
müşahidə etmək olar?
· Bu proseslər nəyin köməyi ilə baş verir?  
Cədvəli dəftərinizə köçürün. Müxtəlif siniflərin nümayəndələri barədə məlu-
matlardan istifadə edərək cədvəli tamamlayın.
Nəticəni müzakirə edin: 
prosesləri arasında hansı əlaqə var?
Birhüceyrəlilərin quruluşu ilə onların həyati 
Heyvanın adı
Hərəkət strukturu
Nüvənin sayı
İfrazat vakuolunun sayı
“Qırmızı gözcüyün” olması
Sarkodinlər sinfi   Qamçılılar sinfi   İnfuzorlar sinfi
Birhüceyrəlilərin əsas həyat fəaliyyətinə hərəkət, qidalanma,  ifrazat, 
tənəffüs, qıcığa cavab  və  çoxalma funksiyaları aiddir. 
Fäaliyyät
Fäaliyyät
Birhüceyrəlilərin hərəkəti. Müxtəlif  strukturların köməyi ilə hərəkət edir.
Yalançı ayaqlar  – amöbün bədənində sitoplazmanın müxtəlif istiqamətlərə 
axması nəticəsində  yaranır. Hərəkətdə və qidanın tutulmasında iştirak edir.
Qamçı – evqlen və volvoksda bədənin ön hissəsində yerləşir. Spiralvari burulma 
nəticəsində irəliyə doğru hərəkət edir. 
Kirpiklər – infuzor-tərlikdə onların birgə fəaliyyəti sayəsində hərəkət baş verir.
Birhüceyrəlilərin əsas həyat fəaliyyəti


3
3
63
62
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi
Birhüceyrəlilərin müxtəlifliyi. Sərbəst yaşayan sarkodinlərin bəzilə-
rinin kirəc çanaqları olur. Bunlara dənizlərdə yaşayan foraminiferlər və 
radiolarilər aiddir. Birhüceyrəlilər arasında parazit həyat tərzi keçirən 
nümayəndələrə də rast gəlinir. Sarkodinlərin parazit nümayəndələrindən 
biri  də  dizenteriya  amöbüdür.  Dizenteriya  amöbü  parazit  həyat  tərzinə 
uyğunlaşaraq bəzi heyvanların, o cümlədən insanın yoğun bağırsağında 
parazitlik edir. Burada yaralar əmələ gətirir. İnsan dizenteriya amöbünə 
sista halında yoluxur. Birhüceyrələlilərin sporlular tipinin nümayəndəsi 
olan malyariya paraziti insanda yüksək qızdırma ilə müşayiət olunan ağır 
malyariya  xəstəliyi  törədir.  Xəstəliyin  keçiricisi  malyariya  ağcaqa-
nadıdır.
Açar sözlərdən istifadə etməklə cümlələri tamamlayın: 
ifrazat vakuolu, xloroplastlar, yalançı ayaqlar, qıcıqlanma, tullantı dəliyi.
1.  Amöb __ köməyi ilə hərəkət edir. 
2. Yaşıl evqlendə fotosintez __ baş verir. 
3.  Şirin  suda  yaşayan  ibtidailərdə  son  parçalanma  məhsulları  və  suyun 
artığı __ köməyi ilə bədəndən xaric edilir. 
4. Orqanizmin ətraf mühitin təsirinə verdiyi cavab __ adlanır. 
5. İnfuzor-tərlikdə həzm olunmayan qida qalıqları __ vasitəsilə bədəndən 
xaric edilir.
Suallara cavab verin: 
1. Radiolyarilərin bəzi növlərinin sitoplazmasında simbioz halında yaşayan yaşıl 
yosunlara rast gəlinir. Belə birgəyaşayışın əhəmiyyətini izah edin. 
2. Tərkibində yaşıl evqlenlər olan suya yod məhlulu əlavə edirlər. Məhlul göyərir. 
Bunun səbəbini izah edin. 
3. Adi amöbləri içərisində qaynadılaraq otaq temperaturuna qədər soyudulmuş 
su olan sınaq şüşəsinə yerləşdirirlər. Sonra sınaq şüşəsinin ağzını bağlayırlar. 
Müəyyən müddətdən sonra amöblər məhv olur. Səbəbini izah edin. 
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Qidalanması. Əksər birhüceyrəlilər hazır üzvi maddələrlə qidalanır. Onların qi-
dasını bakteriya və digər birhüceyrəli orqanizmlər təşkil edir. Birhüceyrəlilərdə 
bədənə  daxil  olan  qida  ətrafında  həzm  vakuolu  yaranır.  Həzm  şirələrinin  təsi-
rindən qida həll olaraq mənimsənilir. Həzm olunmayan qalıqlar amöbdə bədənin 
istənilən hissəsindən, infuzor-tərlikdə isə tullantı dəliyindən xaricə atılır.  
–  Amöb  qidasını  yalançı  ayaqları  vasitəsilə  əhatə  edir  ( ).  Bədənin  çökməsi 
nəticəsində qida bədənə daxil olur.
 – Yaşıl evqlen   işıqda bitkilər kimi fotosintez edir, qaranlıqda heyvanlar kimi hazır 
üzvi maddələrlə qidalanır. 
– İnfuzor-tərlikdə udulmuş qida novşəkilli ağız və “udlaq” vasitəsilə bədənə daxil olur. 
a
İfrazat  və  tənəffüs  prosesi.  Birhüceyrəlilərdə  maddələrin  parçalanmasından 
alınan  lazımsız  son  parçalanma  məhsulları  və  suyun  artıq  hissəsi  ifrazat  va-
kuolu vasitəsilə bədəndən xaric olur. Sərbəst yaşayan birhüceyrəlilərin hamısı 
bədən səthi ilə tənəffüs edir. Tənəffüs zamanı orqanizmin həyatı üçün zəruri 
olan enerji ayrılır.
Qıcığa  cavab.  Bürhüceyrəlilər  temperatur,  kimyəvi  təsirlər,  qida  və  s.  kimi 
xarici  qıcıqların  təsirinə  cavab  verə  bilir.  Məsələn,  amöb  və  infuzor  qidaya 
doğru hərəkət edir və ya suya qoyulmuş duz kristalından uzaqlaşır.
Sistalaşma. Əlverişsiz mühitdə birhüceyrəlilərin qidalanması dayanır, bədən-
ləri girdələşir, üzərində qoruyucu qabıq əmələ gəlir. Beləliklə, onlar əlverişsiz 
şəraiti bu cür sista halında keçirirlər.
a
Çoxalması. Çoxalmaları, əsasən, hüceyrənin 
ikiyə  bölünməsi  yolu  ilə  baş  verir.  Çoxalma 
prosesi zamanı əvvəl nüvə, sonra sitoplazma 
ortadan ikiyə  bölünür. İnfuzor tərlikdə cinsi 
proses də müşahidə edilir ( ). 
b
Amöbdə 
qidalanma 
prosesi
İnfuzor-tərliyin qeyri-cinsi çoxalması
27. Çoxhüceyrəlilər yarımaləmi.
 Bağırsaqboşluqlular tipi
Çoxhüceyrəlilər yarımaləminin nümayəndələrinin bədəni çoxlu hüceyrələr-
dən təşkil olunmuşdur. Gözlə görünən əksər canlılar çoxhüceyrəlilərə aiddir. 
Lakin onlar arasında müxtəlif ölçülü olanlara da rast gəlinir. 
Göllərdə  və  ya  çaylarda  yaşayan  su  bitkiləri  üzərində,  diqqətlə  baxdıqda, 
bəzən qonur və ya yaşılımtıl rəngli, ön ucunda qolcuqları olan kiçik heyvanları 
görmək olar. Bunlar hidralardır.
· Birhüceyrəlilərlə müqayisədə çoxhüceyrəlilər hansı üstünlükləri qazanmışlar?
Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi. 
Şirin su hidrasının quruluşu
Məqsəd: Hidranın quruluşunun öyrənilməsi.
Təchizat: Mikroskop, hazır preparatlar və ya hidranın quruluşuna dair  tablolar.
İşin gedişi: 1. Hidranın preparatına və ya tablolarına baxın. 2. Onun şəklini çəkin. 
Hidranın ağzı, onun ətrafında qolcuqları, döşənəyi, bağırsaq boşluğunu qeyd edin. 
Nəticələri müzakirə edək: 1. Hidranın bədəni neçə qatdan təşkil olunub? 2. Hid-
ranın birhüceyrəlilərdən fərqi nədir?
Çoxhüceyrəlilər müxtəlif davranışa, müxtəlif həyat tərzi və quruluşa  
malik olsa da, onların ümumi xüsusiyyətləri də var. Onların hüceyrələri 
müstəqil  fəaliyyət  göstərə  bilmir,  ixtisaslaşaraq  müxtəlif  funksiyaları 
yerinə yetirir. Belə ki, hüceyrələrin bir qrupu qidalanmağa, digər qismi 
ifrazata, bəziləri isə çoxalmağa xidmət edir. 
b


Yüklə 24,1 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə