Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 24,1 Mb.
Pdf görüntüsü
səhifə57/70
tarix04.07.2018
ölçüsü24,1 Mb.
#53444
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   70

3
3
113
112
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
Düzgün ifadəni seçin. 
1. Salamandralar ayaqsızlar/quyruqlular dəstəsinə aiddir. 
2. Yazda tritonun belində daraqşəkilli dəri/ağciyər tənəffüsündə iştirak edən 
bir üzgəc inkişaf edir. 
3. Bütün amfibilərin/ağac qurbağasının barmaqlarının ucunda sormaclar olur. 
4.  Göl qurbağası/quru qurbağası Azərbaycanın “Qırmızı kitab”ına daxil 
edilmişdir.
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1.  Suda-quruda  yaşayanların  dəstələrinin  adlarını  müəyyən  edib,  heyvanların 
adlarını cədvəlin müvafiq xanalarına yazın:  
Protey, quru qurbağası, ağac qurbağası, salamandra
...  dəstəsi
Göl qurbağası...
Triton...
...  dəstəsi
2. 
ülayim qurşaqda  onlarca, tropiklərdə isə 1500-dən çox növünə 
rast gəlinir. Bunu necə izah etmək olar?
3. Quruda qurbağaların əksəriyyəti tullanmaqla hərəkət edir. Nə üçün tritonlar 
quruda belə hərəkət edə bilmir? 
4. Quru və göl qurbağalarından hansı quruda eyni məsafəni daha tez qət edər? 
Qurbağaların m
Ayaqsızlar dəstəsi
Suda-quruda  yaşayanların  əhəmiy-
yəti  və  qorunması.  Yetkin  suda-quruda 
yaşayanlar  həşəratlar  və  ya  onların  sür-
fələri,  müxtəlif  ilbizlərlə  qidalanmaqla 
kənd  təsərrüfatı  zərərvericilərini  məhv 
edir. Onların özləri də digər heyvanların 
qidasını  təşkil  edir.  Quru  və  ya    su  mü-
hitinin çirklənməsi ilk növbədə bu mühit-
lərin sakini olan suda-quruda yaşayanla-
ra təsir edir.  
Həlqəvi ayaqsız
Ekoloji  vəziyyətin  getdikcə  pisləşməsi  onların  növ  saylarının 
azalmasına səbəb olur.  
Azərbaycanın  “Qırmızı  kitab”ına  quru  qurbağası,  sarımsaqiyli  qur-
bağa, Qafqaz xaçlıcası, adi və Karelin tritonları və s. növlər düşmüşdür.
46. 
Sürünənlər sinfi
Əsrlər boyu ilanlar barədə olan əfsanələrdə onlar  xeyir və şər, həyat və 
ölüm, yaranma və məhvolma rəmzi kimi təsvir olunurdu.  
·Hansı xüsusiyyətlərinə görə ilanları bu cür rəmzi mənada təsəvvür
edirlər?
Suda-quruda yaşayanlara 
aid əlamətləri seçin. Digər 
əlamətlər sürünənlər 
sinfinin nümayəndələrinə 
aiddir. 
Nəticəni müzakirə edin: 
Hansı əlamətləri  bu 
siyahıya əlavə edə 
bilərsiniz?
Fäaliyyät
Fäaliyyät
1. Dəri nəm və çılpaqdır. 
2. Dəri qurudur və buynuz maddədəndir. 
3. Tənəffüs yalnız ağciyərlərlədir.  
4. Quruda dəri və ağciyərlərlə, suda isə yalnız 
dəri vasitəsilə tənəffüs. 
5. Üçkameralı ürək. 
6. Üçkameralı ürəyin mədəciyində tam 
olmayan arakəsmə var. 
7. Xarici mayalanma. 
8. Daxili mayalanma. 
9. Düzünə inkişaf. 
10. Dolayı inkişaf. 
Sürünənlərin hazırkı dövrdə 9400 növü məlumdur. Onların əksəriy-
yəti  quruda  yaşayır.  Çoxalmaları  su  mühitindən  asılı  olmur.  Sürü-
nənlərin hamısı atmosfer havası ilə tənəffüs edir. Əksəriyyətinin dəriləri 
quru və vəzisiz olur, üzəri buynuz mənşəli pulcuqlarla örtülür. Quruda 
çoxalmaları  ilə  əlaqədar  sarılıqla  zəngin  və  qalın  qabıqla  örtülmüş 
yumurta  qoyur.  Sürünənlər  sinfinin  nümayəndələrindən  biri  zolaqlı 
kərtənkələdir.
Zolaqlı kərtənkələnin quruluşu
Bədəni baş, boyun, gövdə, quyruq və ətraflardan ibarətdir. Boyun hissəsi suda-
quruda  yaşayanlarla  müqayisədə  daha  yaxşı  inkişaf  etmişdir  və  çox  hərə-
kətlidir.  Kərtənkələnin  ətrafları  beşbarmaqlıdır.  Barmaqlar  arasında  üzmə 
pərdəsi yoxdur. Onların ucunda caynaqlar yerləşir.
Hərəkəti.  Ətraflar  bədənin  yanlarına  birləşir.  Hərəkət  zamanı  kərtənkələnin 
təkcə ətrafları deyil, gövdənin qarın və quyruq hissələri də yerə toxunur. 
Dəri örtüyü. Pulcuqlu quru dərisi bədəni artıq su buxarlandırmaqdan qoruyur.  
Kərtənkələ böyüdükcə köhnə dərisi vaxtaşırı dəyişir və yenisi ilə əvəz olunur. 
Kərtənkələnin xarici quruluşu
Arxa ətraflar
Quyruq
Gövdə
Baş
Boyun
Ön ətraflar


3
3
115
114
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
Əzələsi.  Sürünənlərdə  döş  qəfəsinin  yaranması  ilə  əlaqədar  qabırğaarası 
əzələlər inkişaf etmişdir.
Həzm  sistemi.  Ağızda  eyniölçülü  dişlər  və  ucu  haçalanmış  əzələli  dili  olur. 
Həzm sistemi qurbağada olduğu kimidir.
Tənəffüs  sistemi. Ağciyərlərlə  tənəffüs  edir.  Qurbağalarla  müqayisədə  ağci-
yərlər daha çoxbüküşlüdür.
Qan damar sistemi. Kərtənkələnin ürəyi üçkameralı olub, bir mədəcik və iki 
qulaqcıqdan  ibarətdir.  Qulaqcıqlar  tam  arakəsmə  ilə  bir-birindən  ayrılsa  da, 
mədəcikdə belə arakəsmə tam deyil. Bu səbəbdən arterial və venoz qan mədə-
cikdə qarışır. Böyük və kiçik qan dövranı var. 
İfrazat  sistemi.  Sürünənlərdə  onurğanın  hər  iki  tərəfində  yerləşən  bir  cüt 
böyrək olur. Qurbağada olduğu kimi, sidik axarları kloakaya açılır.
Sinir  sistemi.  Ön  beyin  və  beyincik  suda-quruda  yaşayanlara  nisbətən  yaxşı 
inkişaf etmişdir. Beyində ilk dəfə  beyin qabığı rüşeym halında əmələ gəlmişdir.
 
Hiss orqanları. Görmə, eşitmə, qoxubilmə və dadbilmə orqanlarından ibarətdir. 
Gözdə üst və alt göz qapaqlarından başqa üçüncü göz qapağı – qırpma pərdəsi 
yaxşı inkişaf etmişdir. 
Həzm, ifrazat, cinsiyyət və tənəffüs sistemləri
Baş beyin
Sinirlər
Onurğa beyin
Ön beyin 
Aralıq 
beyin
Orta beyin
Uzunsov 
beyin
Beyincik
Sinir sistemi 
Qan-damar sistemi 
Sol qulaqcıq
Sağ qulaqcıq
Mədəcik
Tam olmayan 
arakəsmə
Kiçik 
qan dövranı
Böyük 
qan dövranı
Skeleti. Sürünənlər və suda-quruda yaşayanların skeletləri arasında bəzi ox-
şarlıqlar vardır. Lakin sürünənlərdə qabırğalardan, döş sümüyündən və fəqərə-
lərdən ibarət döş qəfəsi yaranmışdır. Onurğa boyun, döş, bel, oma, quyruq şöbə-
lərinə bölünmüşdür.  
Ön 
pəncə
Said 
sümükləri
Baldır 
sümükləri
Arxa 
pəncə
Bud
Bazu
Onurğa 
Arxa ətraf 
qurşağı
Ön ətraf 
qurşağı
Kəllə
Kərtənkələnin skeleti
Çoxalması və inkişafı. Ayrıcinslidir. Mayalanması daxilidir. Yumurta hücey-
rənin mayalanması dişinin yumurta borusunda gedir. Qabıqla örtülü sarılıqla 
zəngin  yumurtaları  quruya  qoyur.  Rüşeymin  inkişafı  yumurta  sarısının 
hesabına gedir. Yumurtadan yetkin fərdə oxşar kiçik kərtənkələ çıxır. 
Regenerasiya.  Kərtənkələlərin  düşməni  çoxdur.  Əgər  onlar  kərtənkələni 
tutarkən  onun  quyruğundan  yapışsalar,  bu  zaman  quyruğun  həmin  hissəsi 
qırılır və kərtənkələ düşməndən qaça bilir. Sonralar regenerasiya hesabına bu 
hissədən yeni quyruq əmələ gəlir. 
1) dəri buynuz pulcuqlarla örtülmüşdür  
2) tənəffüs yalnız ağciyərlər vasitəsilə gedir  
3) dərisi çılpaqdır 
4) ağciyərlər və dəri tənəffüsü var  
5) inkişafı quru mühitdə gedir 
6) ətraflar beşbarmaqlıdır 
7) yumurtaları qalın qabıqla örtülmüşdür 
8) bədən temperaturu ətraf mühitdən asılıdır  
9) inkişaf tam çevrilmə ilə gedir 
10) iki qan dövranı var 
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Suda-quruda yaşayanlar 
və sürünənlər üçün səciyyəvi 
və ümumi əlamətləri seçin: 


Yüklə 24,1 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə