33
məsinə qərar verildi. Eyni zamanda, tərəflər arasında hu-
manitar sahədə və piratçılığa qarşı mübarizədə əməkdaş-
lığın gücləndirilməsi barədə razılığa gəldilər. Si Cinpin ilə
görüş zamanı ABŞ-ın müdafiə naziri XXI əsrdə dünyanın
inkişafının müəyyən mənada ABŞ-Çin münasibətlərin-
dən asılı olduğunu vurğuladı. Qeyd edək ki, ABŞ müda-
fiə nazirinin Çinə səfəri ilə eyni zamanda ABŞ-da qəbul
edilən bir qanun münasibətlərə ciddi təsir etdi. Belə ki,
ABŞ konqresinin nümayəndələr palatası tərəfindən Tay-
vana silah satışına icazə verilməsinə dair qanun layihə-
si qəbul edildi. Bununla bağlı çinli nazir ABŞ həmkarına
kəskin etirazını bildirdi, ABŞ-ı öhdəliklərini pozmaqda,
Çinin daxili işinə qarışmaqda, Tayvan boğazında sülhə
mane olmaqda ittiham etdi. ABŞ müdafiə naziri isə bü-
tün bunlara cavab olaraq, Çinin ərazi bütövlüyünün ABŞ
tərəfindən dəstəkləndiyini qeyd etdi. Danışıqlar zamanı
Çin tərəfi bölgədə ABŞ-Yaponiya alyansının yaranmasın-
dan ehtiyat etdiyini bildirdi, ABŞ tərəfi isə Çinin Şimali
Koreyaya təsirinin artırılmasının zəruriliyini qeyd etdi.
Beləliklə, həm müzakirə edilən məsələlərə dair tərəf-
lər arasındakı fikir ayrılıqları, həm də əlverişli bazalara
yiyələnmək uğrunda mübarizə göstərir ki, Çin ilə ABŞ
arasında münasibətlər öz gərginliyi ilə seçilir. Region-
da, xüsusən Şərqi Çin dənizində zaman-zaman tərəflər
bir-birilərinə güc nümayiş etdirirlər. ABŞ regionda Çin ilə
müxtəlif xarakterli problemi olan dövlətlərin təminatçısı
rolunda çıxış edir və Çinin regional nüfuzunun artması-
na mane olmağa çalışır. Lakin iqtisadi sahədə ABŞ Çinin
ixracının artması prosesinin qarşısını ala bilmir. Çin isteh-
sallı məhsullar nəinki Cənub-Şərqi Asiya - Sakit okean re-
34
gionunda, hətta ABŞ-ın öz daxili bazarında böyük mövqe
qazanmışdır. Çin məhsullarının sürətli şəkildə ABŞ-ın
daxili bazarında möhkəmlənməsi narahatlıq doğuran
məsələlərdən biridir.
Dünya siyasətində Çin Xalq Respublikası ilə Rusiya Fe-
derasiyasının əlaqələri mühüm rol oynayır. Bu ölkələrin
əlaqələri hələ SSRİ dövründən möhkəm təməllərə ma-
lik olmuşdur. ÇXR keçmiş SSRİ-nin ən etibarlı müttəfiqi
sayılırdı. Rusiya müstəqillik qazandıqdan sonra da Çin
Xalq Respublikası ilə əlaqələri nəinki qoruyub saxlamış,
hətta daha da möhkəmləndirmişdir. Beynəlxalq münasi-
bətlərdə bu iki ölkə əksər məqamlarda vahid mövqedən
çıxış edir. Amerika ilə münasibətlərin gərginliyi Çin və
Rusiyanı daha da yaxınlaşdırır. Birləşmiş Millətlər Təş-
kilatının Təhlükəsizlik Şurasında Çin-Rusiya münasibət-
lərinin yaxınlığı daha aşkar hiss olunur. Bundan başqa,
ölkələr arasında qarşılıqlı olaraq ticarət-iqtisadi, turizm
və mədəni əlaqələr də inkişaf etdirilir. Hazırda Çin-Rusi-
ya əlaqələrinə Hindistanın da qoşulmaq meyli müşahidə
edilir. 2014-cü ildən Rusiya-Çin və Hindistan üçbucağı
məsələsi geosiyasətdə diqqət mərkəzinə çəkilməkdədir.
Bu, dünyanın qütbləşməsində yeni mənzərə yarada bilə-
cək faktordur.
Çinin Cənub-Şərqi Asiya, Mərkəzi Asiya, Uzaq Şərq və
Cənubi Çin dənizi regionlarında uzunmüddətli iqtisadi və
siyasi məqsədləri artıq aydın hiss olunur. ÇXR XXI əsrin
başlanğıcından ümumi Asiya Ticarət İttifaqına rəhbərliyə
başlamışdır. Dünyanın ən sürətlə inkişaf edən regionu
olan Şərqi və Cənub-Şərqi Asiyanın iqtisadi inkişaf şərt-
lərini, demək olar ki, Çin müəyyən edir. ÇXR Sinqapur,
35
Tailand, Malayziya, Filippin, İndoneziya kimi ölkələrdə
mövqelərini möhkəmləndirmiş, nüfuz sahibinə çevrilmiş,
zəngin Çin diasporu tərəfindən iqtisadi və siyasi yardım
alır. Güclü Çin diasporu region dövlətlərinin Çinmeyilli
siyasətinə öz təsirini göstərir. Belə ki, Cənub-Şərqi Asiya
ölkələrinin əksəriyyətinin ticarət və maliyyə mənbələrinə
çinlilər nəzarət edir. Beləliklə, Çin Şərqi və Cənub-Şərqi
Asiya regionunda mövqeyini ABŞ-ın ona qarşı bütün
tədbirlərinə baxmayaraq, artıq, demək olar ki, möhkəm-
ləndirmişdir. Çinin bu region ilə əlaqələri həm ayrı-ayrı
dövlətlər, həm də regional təşkilatlar vasitəsilə genişlən-
dirilir. Hər iki formatda Çin ilə digər dövlətlərin rəqabət
aparması xeyli çətindir. Bu prosesdə Çin Xalq Respubli-
kası öz üstünlüyünü qoruyub saxlayır.
Ümumiyyətlə, dünya siyasətində beynəlxalq təşkilat-
lar böyük rol oynayırlar. Bəhs olunan təşkilatlarda Çinin
iştirakı və ya üzvləri ilə münasibətləri bu dövlətin regi-
ondakı siyasətinin üzvi tərkib hissəsidir. Asiya-Sakit oke-
an regionunda beynəlxalq münasibətlərin tənzimlənmə-
sinin norma və mexanizmləri Çinin aparıcı rol oynadığı
ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası), Asi-
ya-Sakit Okean İqtisadi Əməkdaşlığı, Şanxay Əməkdaşlıq
Təşkilatı və başqa qurumlar tərəfindən müəyyən olunur.
ASEAN-ın təhlükəsizik problemləri üzrə Regional Foru-
munda da Çin fəal və həlledici rol oynayır. Bu qurum Asi-
ya-Sakit okean regionunda sülh və təhlükəsizliyin təmin
edilməsi ilə bağlı olaraq bütün məsələlərlə bağlı müza-
kirələr keçirir. Ümumiyyətlə, Çin və ASEAN iqtisadi, si-
yasi, mədəniyyət, humanitar və təhlükəsizlik sahələrində
geniş əlaqələrə malikdirlər.
36
ASEAN ölkələrinin Çin ilə münasibətlərə xüsusi diqqət
yetirməsinin digər səbəbləri də vardır. Həmin səbəblərin
içərisində Asiya ölkələrinin geniş bazar olması, regionda-
kı təsir imkanları ilə yanaşı 2001-ci ildə Ümumdünya Ti-
carət Təşkilatına üzvlüyünü də qeyd etmək olar. Çinin bu
təşkilata üzvlüyü onun Cənub-Şərqi Asiya regionu ölkələ-
ri arasında etimad qazanmasına səbəb olmuşdur (Çınar
Y. Çin’in Güney Doğu Asya’da Bölgesel İşbirliğine Açık
Hegemonya Girişiminin Temelleri//Uluslararası hukuk
ve politika, cilt 9, sayı 34, 2013, s.1-26, s.4). 2010-cu ildə
rəsmi olaraq Çin-ASEAN azad ticarət zonası yaradılmış-
dır. Qeyd etmək lazımdır ki, belə bir azad ticarət zonası-
nın yaradılması təklifi hələ ötən əsrin 90-cı illərində irəli
sürülmüşdü. Həmin təklifdən keçən 10 il ərzində bu is-
tiqamətdə geniş danışıqlar aparılmış, sazişlər bağlanmış-
dır. 2010-cu ildə ASEAN-ın baş katibi Surin Pitsuvan jur-
nalistlərə verdiyi müsahibələrindən birində qeyd etmişdi
ki, Çin-ASEAN azad ticarət zonasının yaradılması təkcə
Asiya deyil, dünya iqtisadiyyatının böhrandan çıxmasına
kömək edəcəkdir.
1
Beləliklə, Çinin regionda iqtisadi və si-
yasi nüfuzunun artması onun ASEAN ilə əlaqələrinin get-
dikcə inkişafına və Çinin bu ölkələrin bazarında möhkəm
yer tutmasına səbəb olmuşdur.
«Böyük İpək Yolu»nun fəaliyyətində mühüm rol oy-
nayan Çin, həmçinin xüsusilə ASEAN ölkələrini də əhatə
edən dövlətlər də daxil olmaqla yeni “Dəniz İpək Yolu”-
nun qurulmasının marağındadır. Bu təşəbbüslə Çinin baş
naziri Li Keçyan Bruneydə keçirilən 16-cı ASEAN sammi-
1
Создание зоны свободной торговли Китай-АСЕАН – образы взаимовыгодного
регионального сотрудничества - http://russian.people.com.cn/95181/6857733.html,
(02.01.2010)
Dostları ilə paylaş: |