28
ti tərəfindən yatırılmış və çoxlu adam qətlə yetirilmişdi.
Onlar hakimiyyətin meydanı boşaltmaq tələblərinə qarşı
çıxdıqdan sonra mayın 20-də ölkədə hərbi vəziyyət elan
edilmişdi. İyunun 3-dən 4-nə keçən gecə isə hakimiyyət
nümayişçilər üzərinə silahlı əsgərlər və zirehli texnika
yeritmişdi. Həmin vaxt, rəsmi məlumatlara görə 200-300,
qeyri-rəsmi məlumatlara görə isə 2-3 min adam qətlə yeti-
rilmişdi. Bu hadisə bütün dünyada geniş əks-səda doğur-
muş və Çinə qarşı tənqidlər artmışdı. Hətta bəzi ölkələr
aşıq şəkildə Çinə silah embarqosu tətbiq etmişdilər.
Avropa ölkələri ilə Çin arasında münasibətlərin bəzi
özünəməxsusluqları da vardır. Belə ki, Qərbi Avropa
dövlətləri ABŞ-a nisbətən Çindən daha az çəkinirlər. Bu
ölkələrin liderlərinin əksəriyyəti belə hesab edirlər ki,
Çin öz təhlükəsizliyinə ABŞ-dan səkkiz dəfə az maliyyə
vəsaiti xərcləyir və ona görə də yaxın zamanda regionda
Çinin nüfuz dairəsinin formalaşması mümkün deyildir.
1
Belə yanaşma barədə çoxlu mübahisələr etmək olar. Çün-
ki Çinin dünya siyasətində və iqtisadiyyatında rolu və
çəkisi getdikcə artmaqda davam edir. Bu ölkə dünyanın
istənilən regionuna sürətlə daxil ola bilir və orada özünün
nüfuzunu formalaşdırır.
Çinin xüsusi maraqları olan və gərgin rəqabətin get-
diyi ən böyük region 58 dövləti birləşdirən Asiya-Sakit
okean regionudur. Əslində bu ad dünya siyasi səhnəsinə
Sakit okean hövzəsində yerləşən ölkələri və ada dövlət-
lərini əhatə edən siyasi və iqtisadi termin kimi daxil ol-
muşdur. Region daxilində alt regionlar olan Şərqi Asiya,
Cənub-Şərqi Asiya, bəzən Cənubi Asiya və digər bölgələr
1
Уткин А. Подъем и падение Запада. М.:АСТ
издательство, 2008, 761 с., с.576