14
bir dövlətə çevrilmişdir. Bu ardıcıl inkişafa hakimiyyətdə
siyasi-iqtisadi varislik məsələsinin qanunu saxlanılması və
daha da möhkəmləndirilməsi də özünün müsbət təsirini
göstərmişdir. Buna görə də ölkənin valyuta ehtiyatı böyük
sürətlə artmışdır. Rəsmi məlumatlara görə, hazırda Çin
Xalq Respublikası qızıl-valyuta ehtiyatlarının həcminə
görə dünyada lider ölkədir. 2013-cü ilin məlumatlarında
deyilir ki, bu məbləğ 3,8 trilyon ABŞ dolları həcmində
olmuşdur.
1
2014-cü ilin mart ayı üçün isə bu rəqəm 3,95
trilyon ABŞ dolları təşkil etmişdir.
2
Bir zamanlar xarici
borcların
içərisində boğulan Çin hazırda kapital ixrac
edən, borc verən bir ölkə kimi qəbul olunur. Hətta ABŞ
kimi bir dövlətin bu ölkəyə borcu olduğunu nəzərə alsaq,
Çindəki inkişafın miqyasını təsəvvür etmək çətin olmaz.
Artıq Çin Xalq Respublikası sürətli inkişafı ilə bir çox
rəqiblərini geridə qoymuşdur.
Hazırda bütün dünya üçüncü minillikdə beynəlxalq
münasibətlərdə Çini ən mühüm geosiyasi amillərdən
biri kimi görür. Təsadüfi deyildir ki, keçən əsrin 90-cı il-
lərindən başlayaraq ABŞ-da formalaşan bütün geosiyasi
konsepsiyalarda Çin yeni böyük güc kimi səciyyələnir.
ABŞ-ın müasir dövr strateqlərindən biri Henri Kissincer
ərazisinin həcmini, əhalisinin sayını, yeni texnologiyaları
tətbiq etməsini, ucuz xammal mənbələrinə və işçi qüvvə-
sinə, habelə əlverişli satış bazarlarına sürətlə yiyələnmə-
sini və b. amilləri təhlil edərək Çini yeni dünya nizamını
quracaq beş əsas gücdən (ABŞ, Avropa, Rusiya,
Yaponiya
və Çin) biri hesab edir
3
. ABŞ-ın keçmiş Dövlət katibi Hil-
1
https://www.cia.gov/library/publications/the-world-factbook/rankorder/2188rank.html
2
Селищев А. Валютные резервы Китая увеличились к концу 1-го квартала на
3,2%-http://itar-tass.com/ekonomika/1121563, (15.04.2014)
3
Henry Kissinger. Diplomacy. 1995. Simon & Schuster. p.15
15
lari Klinton isə “Çətin seçimlər” adlı kitabında yazır ki,
“Çinin yüksəlişi bizim dövrün ən mühüm strateji inkişaf
meyillərindən biridir”.
1
Ümumiyyətlə, XX əsrin ikinci yarısında Qərbin aparıcı
analitik və siyasətşünaslarının əsərlərində Uzaq Şərq re-
gionu və xüsusən Çin başlıca yer tutmuşdur. O cümlədən
H.Kissencer, S.Hantinqton, Z.Bjezinski, F.Zəkəriyyə kimi
ABŞ-ın böyük politoloqları Çinin müasir dünya siyasətin-
də oynadığı rola tutduğu yerə və gələcək inkişafına dair
çoxlu fikirlər irəli sürmüşlər. Onların həmin fikirlərini
birləşdirən bir tezis vardır – Çin artıq müasir dünyanın
geosiyasi mühitində ABŞ-a rəqib ola biləcək dövlətə çev-
rilmişdir.
2
Dünya siyasətində Çinin oynadığı nəhəng rolu düzgün
qiymətləndirməyən siyasətşünas Qərb ölkələrində demək
olar ki, yoxdur. Lakin həmin qiymətlərin hər birində Çin
öz inkişaf sürəti ilə ABŞ-a və Avropa İttifaqına rəqib kimi
qəbul edilir,
bəzi hallarda isə həyəcan
təbili çalınır.
Bundan başqa, Çin alimləri də ölkələrinin seçdiyi inki-
şaf yolunu, onun perspektivlərini dərindən təhlil edirlər.
Məsələn, Qao Şutsin yazır ki, müasir Çin iqtisadi qlobal-
laşma istiqamətində irəliləyir, inkişaf etmiş ölkələrlə iq-
tisadi əlaqələri inkişaf etdirir. Lakin bu dövlət siyasi qlo-
ballaşmanın Qərb yolu ilə getmir, sülh, qarşılıqlı hörmət,
suverenlik və azad inkişaf yollarının bərabərliyini öz xa-
rici siyasətinin əsas prinsipləri hesab edir.
3
Burada baş-
lıca məqsəd Çinin dünyada iqtisadi və siyasi fəallığının
1
Hillary Clinton. Hard choices. Penguin, 2014. p.42
2
Novruz Məmmədov. Xarici siyasət: reallıqlar və gələcəyə baxış. Bakı, 2013,
səh.158
4
Шуцин Гао. Глобализация: взгляды из Китая // «Азия и Африка сегодня», №11,
2004, s.9-10, s.10