21
sahiblik iddiasını nə Çin, nə də Tayvan qəbul edir. Bundan
əlavə,onlar Yaponiyanın Şərqi Çin dənizində birtərəfli şə-
kildə təyin etdiyi məsafə xəttini də rədd edirlər. Çin-Ya-
poniya münasibətlərinə mənfi təsir edən adalar məsələsi-
nin həll edilməməsi başlıca problemlərdən biridir. Digər
tərəfdən, Cənub-Şərqi Asiya regionunda Çin ilə Yaponi-
ya arasında iqtisadi, siyasi və hərbi maraqları əhatə edən
ziddiyyətlər də mövcuddur.
Çin-Şimali Koreya Xalq Demokratik Respublikası:
Strateji əməkdaşlıq baxımından ciddi bir problemlərin
olmamasına baxmayaraq, illərdən bəri “Yalu” və “Tu-
men” çaylarındakı bəzi adalar üstündə mövcud olan mü-
bahisələr iki ölkə arasında həll olunmamış qalır. Hər iki
dövlətin eyni ideoloji sistemli ölkə olmasına baxmaya-
raq, aralarındakı ərazi mübahisələrini həll edə bilməməsi
müəyyən problemlər doğurur.
Məlum olduğu kimi, beynəlxalq aləmdə Çin Xalq Res-
publikası üçün ən mühüm məsələ Tayvan ilə əlaqədardır.
Çin Xalq Respublikası dünya miqyasında “vahid Çin”
prinsipi ilə çıxış edir. Ona görə də ölkə Tayvanla münasi-
bətlərini indiki halda dondurulmuş vəziyyətdə saxlayır.
Çin tərəfi son illərdə bir neçə dəfə dənizdə güc nümayiş
etdirsə də, hələlik özünü bu problemi həll edə biləcək
gücdə görmür və yaxud əlavə problemlər çıxarmağa cəhd
etmir. Bununla belə, Tayvan ÇXR üçün həyati əhəmiyyət-
li məsələdir. Hazırkı mərhələdə Çin Tayvan problemi-
nin güc yolu ilə həllinə üstünlük vermir və beynəlxalq
hüququn imkanlarından yararlanaraq əsaslar axtarmağa
çalışır. Çində belə hesab edirlər ki, Tayvan probleminin
güc vasitəsi ilə həlli ölkənin mövcud xarici siyasət strate-
22
giyasının reallaşdırılmasına mane ola bilər. Bu isə indiki
halda Çin üçün arzuedilən deyildir.
Qeyd etmək lazımdır ki, II Dünya müharibəsindən son-
ra Yaponiya müstəmləkəsindən azad olmuş Çində kom-
munistlərlə Homindan hakimiyyəti arasında mübarizə
sonuncuların Tayvan adasında məskunlaşması ilə nəti-
cələnmişdir.
ABŞ ilə SSRİ arasında Çində gedən diplomatik-siyasi
mübarizə ölkələrin taleyinə təsir etmişdir. ABŞ-ın Tay-
vanda Çan Kayşini, SSRİ-nin isə Çini müdafiə etməsi nə-
ticəsində “iki Çin” yaranmışdı. İndiyədək davam edən bu
problem Çinin “Axilles dabanı”na çevrilmişdir. Çin Xalq
Respublikasının yaranmasından sonra Homindan haki-
miyyəti ilə ABŞ arasında 1954-cü ildə imzalanmış “Müş-
tərək müdafiə sazişi” nəticəsində faktiki olaraq Tayvan
adası Çin Xalq Respublikasından ayrıldı. O zamandan
ötən müddət ərzində 22 dövlət Tayvan ilə diplomatik mü-
nasibətlər yaratdı. Lakin ABŞ tərəfi Çin ilə SSRİ arasın-
da ərazi-sərhəd məsələləri üstündə münasibətlərin gər-
ginləşməsini və Çinin dünyada kommunizmi yaymaqda
Moskva qədər maraqlı olmadığını görərək strateji məna-
feləri naminə Pekinlə yaxınlaşmaq qərarına gəldi. 1972-ci
ilin fevral ayında ABŞ Prezidenti Riçard Niksonun ÇXR-ə
səfəri zamanı “Şanxay Bəyannaməsi” adlı sənəd qəbul
olunmuş və nəticə etibarı ilə ABŞ rəsmi Pekini Çinin
bütün ərazisində qanuni hökumət kimi qəbul etmişdir.
Həmin tarixdən etibarən Tayvan da Çinin ayrılmaz his-
səsi kimi bəyan edildi və Ağ Ev bu ada ilə “diplomatik
əlaqələr”ini kəsdi. Yaranmış şəraitdə Çin hökuməti tarixi
reallığı və ölkənin milli maraqlarını nəzərə alaraq Tay-
23
vanla əlaqələri tənzimləyən “sülh yolu ilə birləşmə və ya
bir dövlət - iki sistem” adlı yeni konsepsiyanı irəli sür-
dü. Həmin konsepsiyanın əsas mahiyyəti aşağıdakı dörd
maddədən ibarətdir:
1. Vahid Çin nəzəriyyəsi. Həmin anlayışa görə Tay-
van adası Çin Xalq Respublikasının ayrılmaz hissəsidir,
mərkəzi hökumət Pekində yerləşir.
2. İki sistemin bir arada mövcudluğu prinsipi. Bu
prinsipə əsasən Tayvanın Vahid Çinin tərkibində olma-
sı şərti ilə sosializmin ölkənin əsas hissəsində davam et-
məsi, kapitalizmin isə Tayvanda mövcudluğu və inkişafı
nəzərdə tutulur.
3. İdarəetmənin ən yüksək səviyyəsi. Bu anlayışa
görə Tayvan mərkəzi ərazi ilə birləşdikdən sonra xüsusi
inzibati rayon statusunu əldə edəcək və yüksək idarəet-
mə səviyyəsinə xas olan bütün hüquqlardan istifadə edə
biləcəkdir.
4. “Sülh yolu ilə birləşmə və ya bir dövlət - iki sistem
formatı”. Bu sülh vəd edən konsepsiyanın olmasına bax-
mayaraq, Çin hökuməti məsələlərin həllində lazım gələr-
sə güc tətbiq etməyi də istisna etmir.
Beləliklə, qonşu dövlətlərlə müəyyən ərazi-sərhəd
problemləri olsa da, Çinin xarici siyasəti regionda və dün-
yada ciddi münaqişələrdən yayınmaqla öz iqtisadi qüd-
rətini və mövqelərini gücləndirməyə yönəlmişdir. Yaran-
dığı zamandan indiyədək Çin Xalq Respublikasının bey-
nəlxalq münasibətlər sistemində tutduğu yeri və oynadığı
rolu bir neçə mərhələdə fərqləndirmək olar: Birincisi, XX
24
əsrin 50-60-cı illəri. Bu mərhələdə bəzi Qərb ölkələri tərə-
findən təzyiqlərlə üzləşən Çin Xalq Respublikası dünya
birliyi tərəfindən tanınmağa və daha çox Asiyanın sosia-
list ölkələri ilə qarşılıqlı münasibətlər qurmağa yönəlmiş,
xarici siyasət yürütmək xəttinə üstünlük vermişdir.
XX əsrin 70-80-cı illərini ikinci mərhələ hesab etmək
olar. Bu mərhələ iqtisadiyyatın Qərb modelinin nailiyyət-
lərindən yararlanmaqla özünəməxsus Çin modelinin ya-
radılması ilə xarakterizə olunur. Həmin illərdə ÇXR bir
sıra böyük dövlətlər tərəfindən tanınmışdır. Belə ki, ölkə
1972-ci ildə Yaponiya, 1978-ci ildə isə ABŞ ilə diplomatik
münasibətlər qurmuşdur.
Bu illərdə Çin iqtisadiyyatının xaricə açılması ikinci
mərhələnin dönüş nöqtəsidir. 1978-ci ilin dekabr ayın-
da XI çağırış Çin Kommunist Partiyası Mərkəzi Komitə-
sinin üçüncü plenumunda uzun-uzadı müzakirələrdən
sonra ölkədə islahatlar aparmağa dair qərar qəbul edil-
di. Bu tarixi siyasi məclisdə xarici aləm üçün “açıq qapı”
prinsipi qəbul edildi. Ölkədə sosial-iqtisadi islahatların
mərhələ-mərhələ həyata keçirilməsi müəyyənləşdirildi.
1
Qeyd etmək lazımdır ki, «Açıq qapı» siyasəti Çinin bey-
nəlxalq fəaliyyətinə, xüsusən xarici iqtisadi əlaqələrinin
genişlənməsinə müsbət təsir etdi.
Növbəti mərhələ - 1990-cı illərdən başlayan, sürətlə in-
kişaf edən mərhələdir. «Soyuq müharibə» sona çatdıqdan
sonra başlayan bu mərhələdə Çin iqtisadi inkişaf sürətinə,
mühüm iqtisadi göstəricilərinə görə Qərbin əksər dövlət-
lərindən önə keçərək dünyanın iqtisadi liderləri sırasın-
da ilk yerlərdən birini tutmuşdur. Lakin bunun müqabi-
1
Bax: Ziyad Səmədzadə. Çin qlobal dünya iqtisadiyyatında. Bakı, 2009, səh.142
Dostları ilə paylaş: |