13
1. ÇİN XALQ RESPUBLİKASI
BEYNƏLXALQ
MÜNASİBƏTLƏR SİSTEMİNDƏ
1.1. Dünya siyasəti və Çin Xalq Respublikası
Belə məlum olduğu kimi, XX əsrin əvvəllərində Çində
dərin sosial-iqtisadi və böyük siyasi böhran müşahidə
olunmuşdur. Hətta tədqiqatçılar həmin dövrdə bu ölkədə
mövcud olan reallıqları «faciəli vəziyyət»
1
kimi təqdim
etmişlər. Həmin vəziyyət XX əsrin ortalarına qədər
davam etmiş, Çin ağır sosial-iqtisadi cəhətdən geridə
qalmış ölkələrdən biri hesab olunmuşdur. Lakin keçən
yüzilliyin ikinci yarısından etibarən iqtisadi cəhətdən
zəif kommunist dövləti – Çin Xalq Respublikası bu qısa
müddətdə böyük yüksəlişə nail olmuşdur. Bu sürətli
inkişafın əsasında Çin Kommunist Partiyasının lideri
Mao Tsze Dunun və onun ardıcılı Den Syaopinin uğurlu
sosial-iqtisadi və xarici siyasət strategiyası dururdu.
“Çin səciyyəli sosializm” yolu tutmuş ÇXR-in seçdiyi
özünəməxsus iqtisadi inkişaf xəttinin bu dərəcədə uğur
gətirəcəyini ölkə liderlərinin özləri belə gözləmirdilər.
Lakin sosializm çərçivəsində bazar iqtisadiyyatına keçidə
yer verilməsi, azad iqtisadi zonaların yaradılması, bir
sözlə, iki əks qütbü əhatə edən iqtisadi sistemin yanaşı
fəaliyyətinin təmin olunması qısa müddət ərzində ölkədə
müsbət nəticələr vermişdir. XX əsrin əvvəllərində xarici
dövlətlərin məngənəsində əzilən Çin qısa bir zamanda
dünya iqtisadiyyatında xüsusi nüfuza malik olan qüdrətli
1
Евдакимова А.А. История стран Востока в новое время. Россия, Ростов на Дону,
«Феникс», 2011, стр.115