20
edən kartoqrafik uyğunsuzluğa görə əmələ gəlmiş ərazi
münaqişəsinin həlli istiqamətində ortaq sərhəd xəttinin
müəyyənləşdirilməsi üçün ikitərəfli danışıqlar davam
etdirilir. Bu vəziyyət indi də Çinin xarici siyasətinə təsir
edən amillərdən biridir.
Çin-Myanma: Çinin ətraf mühit və sosial problemləri
nəzərə alaraq “Salven” çayı üzərində layihələndirilmiş 13
su dambasının tikintisini təxirə salmasına baxmayaraq,
elektrik enerjisi azlığından əziyyət çəkən Myanma regi-
onal və beynəlxalq etirazlara məhəl qoymadan Tailandın
dəstəyi ilə 5 hidro-elektrik
damba inşa etmək niyyətində-
dir. Bu fəaliyyət iki ölkə arasındakı geosiyasi və iqtisadi
münasibətlərə müəyyən dərəcədə təsir edir.
Bundan başqa, Cənubi Çin dənizinin sahilyanı ölkələr
ilə mübahisəli məsələləri də öz həllini tapmamışdır. Belə
ki, Cənubi Çin dənizində beynəlxalq sərhəd xətlərinin
müəyyənləşdirilməməsi səbəbindən Çin ilə Vyetnam
arasında problemlər mövcuddur. Çin tərəfi Filippin və
Tayvan ilə yanaşı “Skarboro Rif” üzərində, Malayziya, Fi-
lippin, Tayvan, Vyetnam və Bruneylə yanaşı isə “Spratli
adaları”nın üzərində öz suverenliyini bəyan edir. 2002-ci
ildə tərəflər arasında qəbul olunan “Tərəflərin Davranış-
ları Bəyannaməsi” Spratli adaları üzərindəki gərginliyin
azalmasına gətirib çıxardı. Çin, eyni zamanda, Tayvan və
Vyetnam tərəfindən də iddia edilən “Parasel adaları”nı öz
nəzarəti altında saxlayır. Bu vəziyyət də Çinin qonşula-
rı ilə əməkdaşlığına və beynəlxalq fəaliyyətinə öz təsirini
göstərir.
Çin-Yaponiya: İnsan yaşamayan ərazidən ibarət olan
“Senkaku-şoto” (Diaoyu) adaları üzərində Yaponiyanın