29
xüsusilə seçilir. Malakka körfəzindən keçən dəniz yolları
Şimal-Şərqi Asiya ölkələrini neft və digər mühüm ehtiyat-
larla təmin edir. Bu dəniz yolları həm də region dövlətlə-
rinin dünya bazarlarına hazır məhsullar ixrac etdiyi əsas
arteriyadır. Ümumilikdə ÇXR Asiyanın şərqinə və cənu-
buna xüsusi diqqət yetirir.
Çünki ÇXR-ə idxal olunan bü-
tün malların 85%-i, o cümlədən enerji idxalının 80%-i bu
yolla həyata keçirilir. Ona görə də ölkənin xarici siyasət
fəaliyyətində ən ciddi məsələlərdən biri Malakka boğazı-
nın təhlükəsizliyini təmin etməkdən ibarətdir. Malakka
boğazının təhlükəsizliyinə qarşı törədilə biləcək hər hansı
bir təhdidi Çin heç nədən çəkinmədən dəf etmək əzmin-
dədir. Bu, artıq beynəlxalq münasibətlərdə açıq bilinən
tendensiyadır.
Məlum olduğu kimi, Asiya-Sakit okean regionunun
aparıcı dövlətləri Çin, Rusiya, Hindistan, iki Koreya və
ABŞ-dır. Regionda Çinin müttəfiqləri ilə yanaşı, araların-
da kəskin ziddiyyətlərin, hətta tarixi düşmənçiliyin möv-
cud olduğu dövlətlər də var. Ziddiyyətlərin başlıca səbəbi
isə regionun təbii ehtiyatlarına yiyələnmək və nüfuz da-
irələri qazanmaq uğrunda mübarizə, eyni zamanda, ta-
rixdən gələn ərazi mübahisələridir.
Ümumiyyətlə, Tayvan problemi, ikiyə ayrılmış Koreya,
Cənubi Çin dənizi və Spratli adaları, ASEAN-ın getdikcə
siyasi təşkilat kimi etimad qazanması, ABŞ-ın Vyetnam ilə
yaxınlaşması, Orta Asiya respublikalarından neft və təbii
qaz alınması istiqamətində ABŞ-ın fəaliyyəti, Birləşmiş
Ştatların Hindistan və Yaponiya ilə sıx əlaqələrinin get-
dikcə intensivləşməsi kimi məsələlər iki ölkəni qarşı-qar-
şıya qoya bilər. Çin həmçinin NATO-nun Şərqə doğru