|
Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim vəaz tarixi 2turukki ordusu
üzərində qələbə qazanmışdı. Döyüş şübhəsiz ki, Turukki ölkəsindən kənarda
baş verdiyindən Hammurapi
Turukkumu
zəbt edə bilməmişdi.
E. ə. XIX əsrin sonu - XVIII əsrin I yansında döyüşkən turukkilər
mütəşəkkil hərbi-siyasi qüvvə kimi çıxış etmiş, yarım əsr ərzində Assur
hökmdarlan ilə savaşlara girmiş, Assurun Şərqə doğru hərbi təcavüzünü
dayandıraraq
tarixi Azərbaycan torpaqlarını
işğal təhlükəsindən
qurtarmışdılar.
E. ə. XIV - XIII əsrlərdə kuti, lullubi, su tayfaları ilə birlikdə turukkilər
də assurların tez-tez baş verən yürüşlərinə qarşı birlikdə mübarizə aparırdılar.
Bu tayfalar Azərbaycanın qədim tarixində mühüm rol oynamışlar. E. ə. I
minilliyin başlanğıcında Azərbaycanda öz dövlətlərini yaradan mannalılar
həmin tayfaların varisləri hesab olunurlar. Kuti-lullubi dillərində sözlər
qalmadığından və dil materialı yalnız şəxs adlarından ibarət olduğundan onlann
dil mənsubiyyəti indiyədək dəqiq müəyyən edilməmişdir. Tarixşünaslıqda
kuti-lullubi tayfalarının türkdilli olması haqqında müəyyən ehtimallar vardır.
Manna dövləti
Azərbaycan
dünyada qədim dövlətçilik ənənələrinə malik olan bir ölkə
kimi tanınır. Fəxrlə belə söyləmək olar ki,
Azərbaycan türklərinin
adı ən
qədim çağlardan dövlət yaradan və dövlətçilik ənənələrini qoruyub saxlaya
bilən xalqların sırasında çəkilir. E. ə. III minillikdə erkən dövlətlər yaratmaqla
tarixin səhnəsinə çıxan Azərbaycan türkləri e. ə. I minilliyin əvvəllərində
Azərbaycanın cənubunda
Manna
adlı yeni bir dövlətin əsasım qoymuşdular.
Mannanın adı ilk dəfə
e. ə. 843-cü
ildə Assur mixi kitabəsində «Munna» kimi
çəkilmişdir. Urartu yazılannda bu dövlətin adı Mana, Tövratda isə Minni kimi
verilmişdir. Urmiya gölündən cənubda İç Zamuada yaşayan mannalılar bu
bölgədə mövcud olan siyasi qurumlan - «ölkələri» öz dövlətlərinin tərkibində
birləşdirmişdilər. Nəticədə Mannamn coğrafi hüdud- lan xeyli genişlənmişdi.
E. ə. 843-cü ildə Assur çarı III
Dostları ilə paylaş: |
|
|