Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə7/296
tarix17.12.2023
ölçüsü4,04 Mb.
#149956
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   296
az tarixi 2

birinci ictimai əmək bölgüsü 
hesab edilir. 
E. ə. III minillik ibtidai cəmiyyətin həyatında əmlak bərabərsizliyinin 
ilkin əlamətlərinin üzə çıxdığı və ilkin tayfa birliklərinin yarandığı dövr kimi də 
xarakterizə olunur. Bu dövrdə Azərbaycanın cənubunda kuti, lullubi tayfa 
birlikləri və Kür-Araz vadisində daha bir tayfa birliyi meydana çıxmışdı. 
Orta tunc dövründə (e. ə. 
III 
minilliyin sonu - e. ə. 
II 
minilliyin 

yarısı) 
qəbilə icmasının təsərrüfatı və sənətkarlığı çoxnövlü olması ilə seçilirdi. 
Bu zaman mülki və ictimai bərabərsizlik xeyli dərinləşmişdi. 
Orta tunc dövründə cəmiyyətin həyatında 
yeni ictimai əmək bölgüsü 
baş vermiş, 
sənətkarlıq 
əkinçilikdən ayrılmışdır. Sənətkarlığın metalişləmə, 
dulusçuluq və toxuculuq sahələri aparıcı yer tuturdu. Naxçıvanda II Kültəpə 
abidəsində dörd kürəsi olan dulus emalatxanalan tapılmışdır. Həmin 
emalatxanalarda əllə hərəkətə gətirilən dulus çarxlannda zəngin naxışlara malik 



boyalı qablar istehsal edilirdi. Üzərliktəpədə tapılan toxucu qurğusunun 
qalığı-dörddişli alət sənətkarlıq texnikasının xeyli təkmilləşdiyini göstərir. 
Heyvandarlığın aparıcı sahəsi olan qoyunçuluq toxuculuq sənətini əsas xammal 
olan yunla təmin edirdi. 
Orta tunc dövründə şəhərəbənzər yaşayış məskənlərinin meydana 
çıxması ilk növbədə sənətkarlığın inkişafı ilə bağlı idi. Şəhərəbənzər məskənlər 
möhkəmləndirilmiş müdafiə hasarları ilə əhatə olunurdu. Buradakı evlər 
müəyyən plan üzrə Sıra ilə kvadrat kərpiclərdən tikilirdi. Naxçıvanda orta tunc 
dövrünə aid yaşayış məskənlərinin öyrənilməsi burada Şərqin ən qədim və ilkin 
şəhər mədəniyyətinin təşəkkül tapmasından xəbər verir. 
Sənətkarlığın əkinçilikdən getdikcə daha çox ayniması nəticəsində 
sənətkarlıq məhsulları satlıq məhsula - əmtəəyə çevrilməyə başlamışdı. Alqı - 
satqımn genişlənməsi tacirlər zümrəsinin yaranmasına doğru apanrdı. Bu 
dövrdə Azərbaycanda pul yerinə xırdabuynuzlu mal - davar işlənilirdi. 
Orta tunc dövründə əkinçilik süni suvarmaya əsaslanır, xış əkinçiliyi 
tətbiq edilir, buğda, arpa və dan becərilirdi. Taxılın döyülməsində daş vəllərdən 
istifadə olunurdu. Kənd təsərrüfatında üzümçülük də mühüm yer tuturdu. 
Arxeoloji qazıntılar zamanı tapılmış mədəni üzüm tumlan, şirəsıxan daş 
təknələr orta tunc dövründə Azərbaycanda üzüm emalının və şərabçılığın 
yarandığını göstərir. 
Əkinçilik və maldarlıq təsərrüfatlarının çiçəklənməsi şəraitində artıq 
məhsul, zinət əşyaları, sürülər, otlaqlar və s. tayfa başçılannm və əyanlann 
əlində cəmləşərək tədricən xüsusi mülkiyyətə çevrilirdi. Cəmiyyət varlılar, 
sənətkarlar və icmaçı kəndlilər (əkinçi və maldarlar) zümrəsinə bölünməyə 
başlayırdı. İcmaçı kəndlilər və sənətkarlar cəmiyyətin əsas istehsalçı qüvvəsini 
təşkil edirdilər. Suvarma arxlanmn çəkilməsi, müdafiə qurğulanmn tikilməsi və 
tayfa ərazisinin qorunması kimi ağır vəzifələri də onlar yerinə yetirirdilər. 
Son tunc - erkən dəmir dövründə (e. ə. XIV - e. ə. VII əsrlər) 
təsərrüfatın və mübadilənin daha da inkişaf etməsi tayfa başçılanmn və 
əyanların icmanın əsas kütləsindən ayrılmasına, ailələr arasında əmlak 
bərabərsizliyinin dərinləşməsinə gətirib çıxartdı. Nəticədə ibtidai icma 
quruluşunun dağılma prosesi özünün son mərhələsinə çatdı. Var - dövlət və 
sərvət əldə etmək üçün müharibə peşəyə çevrilməyə başladı. E. ə. II minilliyin 
ortalanna aid külli miqdarda çoxnövlü hücum və müdafiə silahlannm tapılması 
tayfalararası müharibələrin geniş miqyası və amansızlığından xəbər verir. 
Dəmir istehsalımn başlanğıc mərhələsində (e. ə. XII - e. ə. XI əsrlər) əmək 
alətləri ilə yanaşı, çoxlu silah düzəldilməsi cəmiyyətin silahlanmasına imkan 
yaratmışdı. Müharibələr zamam tutulmuş əsirlər qul edilərək istehsala cəlb 
olunurdular. 
Bu dövrdə süni suvarmanın genişləndirilməsi əkinçiliklə yanaşı, 
bağçılıq, bostançılıq və üzümçülüyün inkişafına şərait yaradırdı. Yaylaq 
maldarlığı genişlənir, atçılıq sürətlə inkişaf edirdi. Atdan hərbi yürüşlərdə və 
10 


köç arabalarında istifadə edilməyə başlanmışdı. Sarıtəpədən (Qazax) tapılmış 
qablar üzərində təkər, Xaçbulaqda (Daşkəsən) tapılmış tunc kəmər üzərində isə 
iki at qoşulmuş döyüş arabası təsvir edilmişdir. 
E. ə. II minilliyin sonunda Azərbaycanda soyuqüfurmə texnikasına 
əsaslanan dəmir istehsalına başlanmışdı. Metallurgiya və metalişləmə sənəti 
yüksəliş keçirirdi. Sənətkarlıqda dabbaqlıq (gön - dəri), toxuculuq sahələri də 
mühüm yer tuturdu. Mingəçevirdə tapılmış boyanmış yun və kətan parça 
qalıqları toxuculuğun və boyaqçıhğın yüksək inkişafından xəbər verir. Saxsı qab 
istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxının geniş tətbiqi istehsalın 
həcmini və məhsulun keyfiyyətini artırmışdı. Vətənimizin Gəncə bölgəsində 
qara və boz rəngli qab - qacaq, Qarabağda qara cilalı və həndəsi naxışlı saxsı qab 
hazırlanması üstünlük təşkil edirdi. Naxçıvan və Urmiya bölgələrində insan, 
heyvan, quş təsvirləri olan birrəngli və çoxrəngli boyalı qablar geniş yayılmışdı. 
Saxsı nehrələrə də rast gəlinir. 
Son tunc - erkən dəmir dövründə təsərrüfatın mühüm sahələrinin 
inkişafı tayfalararası və ölkələrarası ticarəti daha da gücləndirmişdi. Alqı - satqı 
davar, qaramal, yun, əkinçilik, maldarlıq və sənətkarlıq məhsullan ilə apanhrdı. 
Davarla yanaşı, müəyyən çəkisi olan metal parçalan, silah və s. pul kimi 
işlənilirdi. Azərbaycamn Ön Asiya, xüsusilə Mesopotamiya (İkiça- yarası) 
ölkələri ilə müntəzəm ticarət əlaqələri var idi. E. ə. II -1 minilliklərdə 
Assuriyadan Azərbaycana silah və bəzək şeyləri gətirilirdi. Urmiya gölünün 
cənubunda yerləşən Həsənli abidəsində Assuriyadan gətirilmiş və üzərində e. ə. 
XIV əsrə aid yazı olan toppuzun, Xocalıda üzərində Assur hökmdannm adı 
yazılmış muncuğun, Qarabağda və digər yerlərdə assur tipli şirli qabların 
tapılması Azərbaycan - Assuriya ticarət əlaqələrindən xəbər verir. Qərbi 
Azərbaycanda hazırlanmış tunc kəmər və qalxan döşlüyü Kiyevədək, balta və 
yabalar isə Tehran və Kaşana qədər gedib çıxmışdır. 
Beləliklə, ibtidai cənüyyət daxilində xüsusi mülkiyyətin, mülki 
bərabərsizliyin, ictimai təbəqələşmənin yaranması və sənətkarlığın müstəqil 
peşəyə çevrilməsi icma daxilində birgə əmək, birgə əmlak və birgəyaşayış 
qaydalannm pozulmasına gətirib çıxartmışdı. Azərbaycanda qəbilə icmasının və 
icma təsərrüfat formasımn dağılması prosesi e. ə. II minilliyin sonu - I minilliyin 
başlanğıcında başa çatmışdır. 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə