Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə15/296
tarix17.12.2023
ölçüsü4,04 Mb.
#149956
növüDərslik
1   ...   11   12   13   14   15   16   17   18   ...   296
az tarixi 2

ölkənin paytaxtı Qazakaya 
gətirilir, buradan isə Pont (Qara) dənizinə. Kiçik Asiya vasitəsilə Aralıq dənizi 
sahillərinə apanlırdı. Ekbatan - Qazaka beynəlxalq ticarət yolu Kaspi (Xəzər) 
dənizi sahili ilə 
Alban ölkəsinə, 
oradan isə şimala doğru uzanırdı. Strabon 
yazırdı ki, bu yolla dəvə karvanları Hindistan və Babilistan malları daşıyırdı. 
Ticarətdə puldan geniş istifadə edilirdi. Atropatena ərazisində tapılmış 
21 


ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilmişdir. Tədavüldə 
Parfıya pulları da işlədilirdi. Yerli hökmdarların adma kəsilmiş pullara isə rast 
gəlinməmişdir. 
Qeyd etmək lazımdır ki, ellinizm dövründə Atropatena hökmdarlan 
ölkənin iqtisadi və mədəni inkişafını təmin etmək üçün şəhərsalma işinə xüsusi 
diqqət yetirirdilər. Yazılı mənbələrdə Qazaka, Fraaspa, Fanaspa, Aqanzana kimi 
şəhərlərin adlan çəkilmişdir. Dövlətin paytaxt şəhəri Qazaka idi və Atropatena 
hökmdarlarının sarayı da burada yerləşirdi. Sonralar ərəb müəlliflərinin Cənzə 
adlandırdıqları bu şəhər Urmiya gölünün cənub - şərqində, indiki Marağa 
yaxınlığında yerləşirdi. 
Atropatenanı Atropatlılar sülaləsindən olan hökmdarlar idarə edirdilər. 
Hökmdar hakimiyyəti irsi idi. Cəmiyyət əyanlardan, kahinlərdən (maq), 
kəndlilər, sənətkarlar, tacirlər və qullardan ibarət idi. Tarixi mənbələrə görə 
Misir və Assuriyada mövcud olmuş quldarlıq sisteminə Atropatenada rast 
gəlinməsə də, burada da qul əməyindən istifadə edilirdi. 
Atropatenada torpaq sahiblərinin təsərrüfatlarında qul əməyi ilə yanaşı, 
kəndli əməyindən də geniş istifadə edilirdi. Burada dövlət xəzinəsinin gəlir 
mənbəyini qul əməyinin istismarı ilə yanaşı, kəndli və sənətkarlardan yığılan 
vergilər təşkil edirdi. 
Atropatenanın sivasi tarixinin başlıca məsələhrL
Atropatdan 
başlayaraq Atropatena hökmdarları dövlətimizin siyasi, hərbi və iqtisadi 
qüdrətini möhkəmləndirməyə çalışırdılar. Atropat ölkəmizi Şərqdə ən böyük 
dövlətlərdən biri olan Seleyklilərin hücumundan qoruya bilirdi. Atropatenanın 
malik olduğu çox güclü 50 minlik ordunun 40 min nəfərini piyadalar, 10 min 
nəfərini isə atlı (süvari) döyüşçülər təşkil edirdi. E. ə. III əsrin 20-ci illərində 
Atropatena hökmdarı Artabazan Araz çayından nəinki cənubda, hətta şimala 
doğru çox geniş ərazilərə malik olmuşdur. Dövlətimizin sərhədlərinin Xəzər 
dənizindən Rioni çayının yuxarı axarlarmadək çatması onu göstərir ki, 
Ermənistan (Arminiya - indiki Türkiyə ərazisində yerləşirdi - Red.) və Iberiya 
da onun tərkibinə daxil idi. 
Selevki hökmdarı III Antioxun (e. ə. 223 - 187) Şərq yürüşü zamanı 
selevkilərlə savaşda məğlubiyyətə uğrayan Atropatena hökmdarı Artabazan 
sülh bağlayaraq onlardan asılılığı qəbul etməli oldu. E. ə. 190-cı ildə Maq- 
neziya döyüşündə romalılara məğlub olan selevkilərin Asiyadakı mövqeləri də 
xeyli zəiflədi. Bundan istifadə edən Atropatena asılılıqdan çıxıb, tam müstəqil 
oldu. 
E. ə. III əsrdə yaranmış Parfıya dövləti Şərqdə geniş işğalçılıq planlarını 
həyata keçirməyə çalışan Roma ilə rəqabət aparırdı. Ön Asiyada ağalıq uğrunda 
bu iki dövlətin apardığı müharibələrdə Atropatena əvvəlcə onunla dini 
baxımdan qohum olan Parfiyanı müdafiə edirdi. E. ə. 53-cü ildə Parfıya - 
Atropatena müttəfiq qoşunlarının Romaya qarşı apardıqları Karr döyüşündə 
romalılar 20 min döyüşçü itirərək ağır məğlubiyyətə uğradılar. E. ə. 36-cı ildə 
Roma triumviri Mark Antoni Parfiyanı və onun müttəfiqi Atropatenanı 
22 


sıradan çıxarmaq üçün böyük yürüşə başladı. Roma ordusu o dövr üçün çox 
müasir olan 300 mühasirə maşını və qalauçuran qurğu ilə silahlanmışdı. Antoni 
indiki Təxti - Süleymaniyyədə yerləşən Fraaspa şəhərini mühasirəyə alsa da, 
şəhərin müdafiəçiləri böyük qətiyyət göstərdilər, qala darvazalarını açıb 
romalılara ağır zərbələr vurdular. Geri çəkilməyə məcbur ol^ Antoninin itkisi 
çox böyük idi. Atropatena torpağında 35 min Roma döyüşçüsü məhv edildi. 
Atropatena hökmdarı I Artabazd (e. ə. 59 - 20) bu qələbəni təntənə ilə qeyd etdi. 
Roma tərəfində vuruşan Pont çarı Polemonu, xeyli hərbi əsiri, Roma 
bayraqlarını və çoxlu qənimət ələ keçirən Atropatena hökmdarı Artabazdla, 
onun müttəfiqi Parfıya çarı IV Fraat arasında ixtilaf yarandı. Parfıyanın 
Atropatenanı özünə tabe etmək cəhdi Artabazdın Roma ilə yaxınlaşmasına 
səbəb oldu. Pont çarını və Roma bayraqlanm Antoniyə qaytaran Artabazd qızı 
İotapeni Antoninin Misir kraliçası Kleopatradan olan oğlu Aleksandrla 
nişanlayaraq e. ə. 34-cü ildə Parfıyaya qarşı mübarizədə güclü bir müttəfiq 
qazandı. Antoninin və e. ə. 30-cu ildən sonra Oktavian Avqustun dövründə 
Artabazd öz taxt - tacını qoruyub saxlamaqla yanaşı, ölkədə böyük nüfuz 
sahibinə çevrildi. E. ə. 20-ci ildə Roma imperatoru Oktavian Avqustun 
vasitəçiliyi ilə Artabazdın qızı İotape hakimiyyətə Roma tərəfindən gətirilmiş III 
Mitridata ərə verilmiş və nəticədə o, Kommagena kraliçası I İotape kimi tarixə 
düşmüşdür. Omm qadın varislərinin hamısı İotape adlanırdı. Türkiyədə antik 
liman şəhəri olan İotapenin qalıqlan tapılmışdır. Bu şəhər Kommagena çarı IV 
Antioxun həyat yoldaşı olmuş VI İotapenin adını daşıyırdı. I İotapenin varisləri 
uzun müddət Kommagena, Emesa, İudeya və Kilikiyada hökmranlıq etmişdilər. 
Artabazd Roma hökmdarı Oktavian Avqustun tapşmğı ilə e. ə. 20-ci 
ilədək eyni zamanda Ermənistanı (Arminiya - Red.) da idarə etmişdir. Bölgədə 
Romanın siyasi üstünlüyünü qoruyub saxlamağa çalışan II Ariobar- zanın 
dövründə (e. ə. 20 - b. e. 2-ci ili) də Ermənistan ərazisi Atropatenanın 
tabeliyində olmuşdur. Eramızın 20-ci ilində Atropatena ərazisi Parfiya 
tərəfindən ələ keçirilmişdi. Nəticədə 350 ilə qədər mövcud olan Atropatena 
dövləti siyasi müstəqilliyini itirərək Parfiyanm tərkibinə qatılmışdı. 
Mədəniyyət
Atropatena zəngin mədəniyyətə malik olmuşdur. Burada 
yüksək şəhərsalma mədəniyyətinin olduğunu arxeoloji qazıntılar nəticəsində 
tapılmış şəhər qalıqları da sübut edir. Şəhərlər mühüm ticarət yolları üzərində 
yerləşən oturaq yaşayış məskənlərinin inkişafı nəticəsində, böyük məbədlərin 
ətrafında yaranır və yaxud hökmdarlar tərəfindən salınırdı. Şəhərlər ölkənin 
inzibati - iqtisadi və mənəvi-ideoloji mərkəzləri rolunu oynayırdı. Şəhərlərdəki 
binalarda daş sütunlardan, kirəmitdən geniş istifadə edilirdi. Evlərin üstü yastı 
və ya tağ şəklində örtülürdü. Atropatena memarlan antik Avropa və qonşu Şərq 
ölkələrinin memarlıq üslubları ilə teınış idilər. 
Şərqdə Ellin mədəniyyətinin yayılması nəticəsində Atropatenada da 
yunan yazısı və dilindən istifadə olunurdu. Kerefto adlı möhtəşəm memarlıq 
abidəsi üzərində yunan dilində yazı həkk olunmuşdur. Zaqros dağlarında 
23 


tapılan və dəri üzərində yazılmış üç əlyazmada icarə müqavilələrindən bəhs 
olunur. Əlyazmalar yunan dilində olsa da, müqavilədə iştirakçı şəxslər yerli ad 
daşıyırdılar. 
Atropatenadə əhali 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə